Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə61/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   57   58   59   60   61   62   63   64   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     137 
 
 
lərinin semantik toxumunu, bir tərəfdən, bacı ilə qardaşın nikahının əvvəlcədən 
müəyyənləşdirilməsi  (qismət/tale/yazı  –  G.V.),  ikinci  tərəfdən,  qəhrəmanlarda 
belə bir nikaha yol verməyin mümkünsüzlüyü haqda əqidə, ondan qaçmağa can 
atmaq və nəhayət, qaçmağa nail olmaq təşkil edir. Bu nikahın əvvəlcədən müəy-
yənləşdirilməsi məqamı qəhrəmanın sonda onun bacısı çıxacaq qismətini axtar-
ması motivində vurğulanır. Bu qismət motivi personajların mümkün insest nika-
hından yaranacaq günahlarını qabaqcadan sığortalayır və onların “belə” qismətlə 
mübarisəsinə qəhrəmanlıq xarakteri verir. B.N.Putilov bacı ilə qardaş arasındakı 
nikahın  mifik  köklərlə  bağlı  olduğunu  göstərərək  yazır:  “Məlum  olduğu  kimi, 
mifoloji eposda ilk əcdadlar olan bacı və qardaşın nikah münasibətləri toplumun 
normalarının pozulması hesab olunmurdu” (10, 135). 
Mifoloji görüşlərdə qardaşın əkiz tayını (bacısını) alması əks tərəflərin qovuş-
ması inamına əsaslanır. Oğlan və qız əks cinslər bir-biri ilə təzad yaradır. Oğlanın 
öz əkiz tayını  alması əks tərəflərin qovuşması  inamına  əsaslanır. Bu  inam sonrakı 
dövrlərin  folklor  mətinlərində,  təbii  ki,  dəyişilmiş  şəkildə  ortaya  çıxır.  İlkin  dövr-
lərdə həqiqi əkizlərin evlənməsi ilə əvəz olur. Belə məcazi əkizliyin bizim folklorda 
geniş  yayılmış  iki  forması  var:  eyni  almadan,  ayrı-ayrı  valideynlərdən  törəmə  və 
nəzir-niyaz sahəsində müxtəlif valideynlərdən törəmə (4, 25). 
Belə sujet xəttinin öz əksini tapdığı nağıl və dastanlara Azərbaycan folklo-
runda  da  rast  gəlmək  mümkündür.  Bunlara  “Tahir  və  Zöhrə”  dastanı,  “Əhməd 
və Sənəm”, “Nəsir və Nəsrəddin”, “Tapdıq” kimi nağılları göstərmək olar. 
“Nəsir və Nəsrəddin” nağılı bu baxımdan səciyyəvidir. Yuxarıda qeyd et-
diyimiz kimi, burada da iki qardaş, şah və vəzirin nəzir-niyazla törəyən övladları 
arasındakı  sevgidən  danışılır.  Nağılda  nəzir-niyazla  övlad  sahibi  olan  padşahın 
qızının  adını  Nəsdərən,  vəzirin  oğlunun  adını  Nəsir  qoydular  və  iki  qardaş  elə 
oradaca əhd-peyman elədilər ki, qız oğlanındır. Lakin vəzir öldükdən sonra pad-
şah  əllərindən  var-dövləti  çıxan  Nəsirə  qızını  vermək  istəmir  və  əhd-peymanı 
pozur.  Qızını  daha  sanballı  yerə,  padşah  oğluna  vermək  istəyir.  Bütün  bunlara 
baxmayaraq  qızının  etirazlarına  əsəbləşən  padşah  onu  qoca  bənnaya  ərə  verir. 
Qıza yazığı gələn bənna onu öz övladı kimi yanında qoruyub saxlayır. 
Nəsirin  sevgilisinə  qovuşması  çox  çətin  olur.  O, öz  ağlı  və  vəfası  ilə  qo-
vuşsa  da,  padşah  bundan  xəbər  tutub  onu  yenidən  zindana  salır.  Sonda  bu  iki 
aşiq  qəhrəmanın  övladı  Misir  ağlı,  şücaəti  ilə  babasını  məğlub  edib,  atasını 
zindandan xilas edir. Nəticədə iki aşiq çətin də olsa qovuşurlar. 
“Tapdıq”  nağılında  bu  tip  sujet  xəttinə  malik  nağıllar  sırasına  daxildir. 
Nağılda  şahlar  qədər  zəngin  olan  Süleyman  adlı  tacirin  nəzir-niyaz  və  sehirli 
qüvvələrin  köməyi  ilə  sahib  olduğu  oğlu  Tapdıq  ilə  qızı  Qəməri  nigahlamaq 
arzusu və onların başına gələn qeyri-adi əhvalatlardan danışılır. 
Süleymanın Qəmər xanım adlı qızından başqa övladı yox idi. Oğul adı gə-
ləndə bu kişinin dodağı yeddi yerdən partlayırdı, ürəyi ütülüb soyulurdu. O qızı 
Qəmərə  baxıb  öz  qəmini  dağıdırdı.  Qız  elə  bil  ayparçası  idi.  Süleyman  dur-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     138 
 
 
madan  fikir  edirdi  və  yoldaşına  deyirdi:  “Ay  mənim  məhəbbətli  arvadım,  mən 
fikir eləməyim, kim fikir eləsin. Saqqalıma dən düşüb, bu gün-sabah darfənadan 
dar-üqbaya rəhlət təbilini vuracam. Bəs mənim bu dövlətimə, cahi-cəlalına kim 
sahib olacaq?” (2, 117). 
Bir  gün  Süleyman  şəhəri  dolaşmağa  çıxdı.  Birdən  nərilti  eşitdi.  Bir  işıq 
qaranlığı  yara-yara  yerə  düşdü.  Süleyman  tacir  öz-özünə  dedi:  “Xudaya  sənə 
çox şükür. Yəgin rəhmin gəlib göydən bu uşağı mənə saldın ” (2, 117). 
O, uşağı qucağına alıb evinə gətirdi. Onlar sözü bir elədilər ki, bu sirri heç 
yerdə deməsinlər. Uşağın adını da “Tapdıq” qoydular. Beləliklə Tapdıq və bacı-
sı  Qəmərlə  bir  yerdə  böyüyüb  on  beş  yaşa  çatdılar.  Dünyanın  hər  yerindən 
Qəməri istəməyə gəlirdilər. Lakin Süleyman tacirin fikri başqa idi. O, övladları-
nın  böyüməsini  gözləyirdi  ki,  bütün  hər  şeyi  açıb  onlara  danışsın  və  Qəməri 
Tapdığa versin. 
 
Bir gün Süleyman yoldaşı ilə şahın verdiyi qonaqlığa gedir. Tapdıq da ki-
tablarını yığıb dərsə, mollasının yanına gedir. Evdə tək qalan Qəmər darıxdığın-
dan  bağçaya  gəzməyə  çıxır.  Lakin  qızı  Tufan  dev  Günün  xahişi  ilə  qaçırdır  və 
onu  ölü  tilsimə  aparır.  Orada  onu  öldürüb  bir  zərli  pərdənin  dalına  qoyur.  Sən 
demə.  Günün  Qəmərlə  ədavəti  varmış.  O,  Qəməri  çox  gözəl  olduğu  üçün  onu 
qısqanırmış. Onun üçün də öz sevgilisi Tufan devə tapşırır ki, onu tapıb gətirsin. 
Gün özü isə Tufan devlə Qaf dağının başında gizli-gizli görüşürmüş. 
Sujetdən də göründüyü kimi, ata iki bacı və qardaşı, Tapdıqla Qəməri ev-
ləndirmək  fikrinə düşür. Bu sujetdə Tapdıqla Qəmər  məcazi  əkizlərdir. Qəməri 
evdə tapa bilməyən Tapdıq bacısını axtarmaq üçün yola düşür və gəlib çətinliklə 
Gülüstani-Bağı-İrəmə  çıxır.  Burada  ağacın  altında  yatan  gözəli  görən  kimi  ona 
heyran olub bir könüldən, min könülə aşiq olur. 
Tapdıq əsər boyu bir çox sınaqdan keçir, çətinliklərin öhdəsindən gəlir. O, 
sehrli qüvvələrlə vuruşaraq, ağıl və hünəri ilə bacısı Qəməri xilas edir. Lakin hər 
şey qaydasına düşüb, Şəmslə ailə qurmaq vaxtı çatanda məlum olur ki, Tapdıq, 
əslində, Gün xanımla Tufan devin övladı, Şəmsin isə doğma qardaşıdır. İşin nə 
yerdə  olduğunu  öyrənən  Şəms  deyir:  “Qardaş,  fikir  eləmə,  qardaş-bacını,  bacı-
qardaşı  sevgilisindən  artıq  sevər.  Biz  də,  şükür  Allaha,  bir-birimizi  bacı-qardaş 
kimi sevmişik. İndi mən qardaşımın toyunu özüm eləyəcəm”. 
Tapdıq ögey  bacısı Qəmərlə ailə qurur. Nağılın  sujet xəttinə diqqət  yetir-
dikdə  aydın  olur  ki,  sujetdəki  bacı-qardaş  münasibəti  (Tapdıqla  Şəms)  sujetin 
sonunda əxlaqi-estetik tərəfdən dəyərləndirilir ki, bu da cəza ilə nəticələnir. Tap-
dıq öz sevgilisi Şəmsə qovuşa bilmir. Mətndə iki münasibət səviyyəsi vardır. Bi-
rinci münasibət səviyyəsi Tapdıq və ögey bacısı Qəmər arasında olan, ikinci mü-
nasibət səviyyəsi Tapdıqla doğma bacısı Şəms arasında olan münasibət. Gün xa-
nımın sirri açması  ilə  mətnin  ikinci səviyyəsi  yaranır. Sirrin açılması  ilə birinci 
tərəfdəki münasibət səviyyəsi tam şəkildə II münasibət səviyyəsinə ötürülür. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə