Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə59/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     133 
 
 
Əsərdə  göstərilir  ki,  qardaşlar  bütün  bu  göstəricilərə  baxmayaraq,  daim 
bir-birinə  əks  qütblərdə  durur, onların  bir  yerdə  mehribancasına  davranmasının 
qeyri-mümkünlüyünü  isə  alim  naxırçı  qardaşın  əkiz  qardaşına  dediyi  yekun 
sözlərlə izah edir: “Allah-tala taleh yazanda saa bir ağ qoş göndərib, buynuzdu, 
kərə  quyruxlu  qoşdu.  Maa  da  bir  qara  qoş  göndərib,  buyn0uzsuz,  quyruxsuz 
qoşdu.  Ona  görə  ki,  buynuzunnan  quyruğunu  qatdayıb  qoparıb.  İndi  mən  saa 
vəzir  olammərəm,  talehimiz  ayrı  cürə  yazılıb”.  Naxırçının  bu  sözləri  əkizlərin 
əks  qütblərdə  dayanmasından  xəbər  verir.  Əkizlərdən  biri  ağ  qoçu,  digəri  qara 
qoçu  təmsil  edirsə,  bu  o  deməkdir  ki,  nağılda  əkizlik  dualizm  dünyagörüşü  ilə 
əlaqələndirilir (4, 38). 
Əkiz qardaşlar və ya əkiz bacı və qardaş haqqında miflərə Azərbaycan fol-
klorunda  bir  çox  nümunələrdə  rast  gəlirik.  Məs:  “Qızıl  xoruz”,  “İki  qardaş”, 
“Bacı  və  qardaş”,  “Aldərviş  nağılı”,  “Göyçək  Fatma”,  “Güloğlan”  və  s.  kimi 
nağıllarda əkizlər mifinin bu formalarını görürük. 
Bu  sujet  “Göyçək  Fatma”  nağılında  da  öz  əksini  qabarıq  şəkildə  tapır. 
Nağılda göstərilir ki, Fatma adlı qızı və oğlu olan dul qalmış aciz kişi evlənməyə 
məcbur olur. Bu evlilikdən onun bir qızı dünyaya gəlir. Anası bu qıza da Fatma 
adını verir. Buna baxmayaraq qız çox çirkin olur. 
Uşaqları  gözü  götürməyən  analıq  bacı-qardaşa  gün  verib-işıq  vermirdi. 
Onları  gah  suya,  gah  oduna  göndərib  evdə  qarabaş  kimi  işlədirdi.  Bu  sujetdən 
görünür ki, bəzi dualist miflərdə olduğu kimi, burada da bacı və qardaş bir-biri-
nə düşmən deyillər, əksinə müxtəlif başlanğıcların təcəssümüdürlər. Belə ki, on-
lar arasında rəğbət və  məhəbbət, sonrakı sujet xəttlərində qardaşın  müxtəlif şə-
kildə və yollarla bacısına kömək olmasına səbəb olur.  
Günlərin bir günü arvad iki ayağını bir başmağa dirəyib ərini uşaqları az-
dırmağa vadar edir. Meşədə azıb gecələməli olan uşaqların başına bir çox oyun 
gəlir. Fatmanın qardaşı onun sözünə məhəl qoymayaraq sehirli bulaqdan su içir 
dönüb  qara  inək  olur.  Fatmaya  müraciət  edərək:  “Bacı,  daha  iş-0işdən  keçib, 
mənimki də beləymiş, gəl gedək. Amma bu sirri nə badə bir adama deyesən ha!” 
(2, 37) – deyən qardaş sujet boyu bacının ən yaxın yardımcısına çevrilir. Belə ki, 
inəyi görən analıq nəfsinə güc gələ bilməyib, Fatmanı qəbul edir. Analıq hər gün 
Fatmanın əlinə bir az yun verib, inəyi otarmağa göndərirdi. 
Nağılda  Fatma  anasından  və  bacısından  təkcə  ağlına  və  gözəlliyinə  görə 
yox,  həm  də  xeyirxahlığına  görə  fərqlənirdi.  Belə  ki,  o,  xeyirxahlıq  göstərib, 
bədheybət qarının evini yığışdırdığı, başındakı bit-birələri təmizlədiyi üçün qarı 
ona  kömək  edir  və  deyir:  “  Bala  burdan  gələndə  qabağına  üç  bulax  çıxacaq, 
birinin  suyu  düm  ağ,  süd  kimi,  o  birinkini  qapqara  şəvə  kimi,  birinin  də  suyu 
qıpqırmızı  lalə kimi.  Ağ suda çimərsən, qara sudan da qaşına, saçına, kirpiyinə 
çəkərsən. Qırmızı sudan da yanaxlarına, dodaxlarına çəkərsən. Sonra qara inəyin 
bir buynuzundan yağ, burnundan da bal əməcəksən” (2, 38). 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     134 
 
 
Qarının dediklərinə əməl edən Fatma gündən-günə daha da gözəlləşir. Bu-
rada  sözü  gedən  qara  inək  məhz  Fatmanın  sehirli  bulaqdan  su  içməklə  inəyə 
çevrilən qardaşıdır. 
Fatmanın  gündən-günə  gözəlləşdiyini  görən  analıq  yenə  də  paxıllıq  edir, 
qızını da ona qoşur ki, bəlkə, oda gözəlləşə. Lakin çirkin Fatmanın daxili dünya-
sı  da  üzü  kimi  çirkindir.  O, öz  əməlləri  müqabilində  sehrli  qüvvələr  tərəfindən 
daha da çirkinləşdirilir.  
M.Kazımoğlu Fatmanın analığını yalançı qəhrəmanın köməkçisi kimi şərh 
edərək  göstərir  ki,  “qisməti,  müvəqqəti  olsa  da,  əlindən  alınan  gözəl  qız  süje-
tində  bəzən  yalançı  qızın  köməkçisinə  də  rast  gəlirik.  Bu  köməkçi  bəzi  nağıl-
larda  baş  qəhrəmanın  ögey  anası,  bəzi  nağıllarda  bibisi,  yaxud  başqa  bir  qohu-
mudur.  Qeyri-adi  mənşəli  qız  və  yalançı  qız  süjetlərində  ögey  ana  surəti  daha 
qabarıq şəkildə nəzərə çarpır”. “Göyçək Fatma” adlı nağılda ögey ana Fatmaya 
öz qızınının rəqibi kimi baxır. Ögey ana öz qızına da Fatma adı qoymaqla Göy-
çək  Fatmanı  sıradan  çıxarmaq,  dogma  qızını  irəli  vermək  məqsədi  güdürdü  (4, 
6). Alim göstərir ki, yalançı qəhrəmanın köməkçisi rolunu oynayan ögey ana hər 
bir vəchlə çalışır ki, çirkin qızını irəli verərək Göyçək Fatmanı sıradan çıxarsın. 
Lakin o bu məqsədinə çata bilmir. Hər dəfə ağıllı və göyçək Fatma sehrli qüvvə-
lərin köməyi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlir və şahzadə ilə ailə 
qurur.  Lakin  ögey  ana  yenə  taleyin  hökmü  ilə  barışmır  və  qızı  çirkin  Fatmanı 
saraya  göndərir.  Keçəl  Fatma  Göyçək  Fatmanı  çaya  itələyərək  yerinə  keçir. 
Sonda  haqq  öz  yerini  tapır  və  yalançı  qız  öz  çəzasını  layiqincə  alır.  Padşahın 
oğlu vəziyətin nə  yerdə olduğundan xəbər tutan kimi dəli qatır gətirmələrini  və 
keçəl  Fatmanı  qatırın  quyruğuna  bağlamalarını  əmr  edir.  “Nağılda  yalançı  qıza 
aid  bir  çox  hərəkətlər  eyni  zamanda  köməkçi  obrazın  hərəkətləri  kimi  təqdim 
olunur. Bu hərəkətlər sırasına yalançı qızın sonda uduzması da daxildir. Yalançı 
qız  sonda  uduzursa.  bu  o  deməkdir  ki,  onun  köməkçisi  də  uduzur.  Yalançı  qız 
sonda cəzalanırsa, demək, onun köməkçisi də сəzalanır” (4, 64). 
Folklorda  iki  qardaş  və  ya  əkiz  bacı-qardaşlar  haqqında  mif  formaları  ilə 
yanaşı, üç qardaş və ya üç bacı (“Üç qardaş”, “Üç bacı”, “Məlikməmməd”, “Üç 
şahzadə”,  “Üç  qız”,  “Süleyman  peyğənbərin  qızı”  və  s.),  yeddi  qardaş  bir  bacı 
(“Yeddi  qardaş  bir  bacı”,  “Pəri  xanımın  nağılı”  və  s.)  kimi  sujet  formaları  öz 
əksini tapmışdır. 
Burada qardaşların, yaxud bacı və qardaşların sayının çox olması (3, 7, 7 + 
1)  olması  məsələnin  mahiyyətini  dəyişmir.  Yəni  bu  süjetlər  də  əkizlər  mifinə 
aiddir. 
Əkizlər  mifi  həmişə  iki tərəfi  nəzərdə tutur. Bu iki tərəfi təmsil edən ele-
mentlər 2 də, 3, də, 7 də, 7 + 1 də ola bilər. Şübhəsiz ki, bu elementlər Azərbay-
can folklor düşüncəsi üçün xarakterik rəqəmlərdir. Bunlar folklorşünaslıqda nu-
meroloji rəqəmlər adlanırlar. Lakin numeroloji vahidlərin (rəqəmlərin) sayından 
asılı olmayaraq onlar həmişə iki qütbdə birləşirlər: 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə