Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə67/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   63   64   65   66   67   68   69   70   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     152 
 
 
O, xanla görüşüb bacısı Pəriyə elçilik edir. Vəzirin etirazına baxmayaraq, qızın 
razılığını alır və onunla kəbin kəsidirir. Batmanqılınc Məhəmməd xan Abbası öz 
yerinə təyin edib səfərə çıxır, söz verir ki, qayıdanda onların toyların edəcək. Bu 
yandan  Şah  Abbas  Gülgəz  Pərinin  gözəlliyindən  xəbər  tutur,  qızı  zorla  saraya 
apartdırır.  Abbas  nişanlısının  arxasınca  İsfahana  yollanır,  yolda  şahın  adamları 
onu Xoca Yaqub quyusuna salır. Abbas ağası Şahi Mərdan Əlinin köməyilə xi-
las olur, Xızırın tərkində uzun yolu qısa vaxtda qət edib şahın hüzuruna gəlir. Bu 
dəfə də şah onu zəhər quyusuna atdırır. Yenə ağasının köməyilə xilas olan Ab-
bas şahın bir çox sınaqlarından keçərək sevgilisini geri alıb Tufarqana qayıdır. 
“Əsas  versiya”  adı  verdiyimiz  versiyanın  doqquz  variantı  əlimizin  altın-
dadır. Bu variantlar aşağıdakılardan ibarətdir: 
I  variant  1965-1968-ci  illərdə  nəşr  olunmuş  beş  cildlik  “Azərbaycan  das-
tanları”nın ikinci cildində nəşr edilib [3, səh.113-174]. Həmin cild M.Təhmasib 
və Ə.Axundov tərəfindən tərtib olunub. Sözü gedən  nəşrdə dastanın toplayıcısı 
haqqında  məlumat verilmir. Tərtibçilərin  verdiyi  məlumata görə, variant Gəncə 
şəhərində  yaşayan  Aşıq  Qara  Mövlayevdən  yazıya  alınmışdır.  Həmin  variant 
sonralar  “Azərbaycan  məhəbbət  dastanları”  [9,  səh.  261-308],  “Azərbaycan 
folkloru külliyatı” [7, səh. 121-186] kitablarında  da nəşr edilmişdir. Bu  variant 
əlli altı şeirdən ibarətdir. Şeirlərdən qırx yeddisi qoşma, doqquzu gəraylıdır.  
II  variant  İ.Abbaslı,  B.Abdulla  tərəfindən  2004-cü  ildə  tərtib  olunan 
“Azərbaycan dastanları” kitabında nəşr edilib [4, səh. 265-308]. Nəşrdə dastanın 
toplayıcısı  və  söyləyəni  göstərilməyib.  Bu  mətndə  əlli  iki  şeir  parçası  verilib. 
Bunlardan  qırx  biri  qoşma,  doqquzu  gəraylı,  biri  cığalı  təcnisdir.  Bu  variantda 
birinci variantın bir çox uyğunluqlarını nəzərə alıb onun birinci variant əsasında 
tərtib edildiyini güman etmək olar.  
III  variant  “Azərbaycan  folkloru  külliyatı”nın  30-cu  cildində  verilib  [6, 
səh.  69-169].  Bu  mətn  Elxan  Məmmədli  tərəfindən  Gürcüstan  Respublikasının 
Qardabani  rayonunun  Kosalı  kənd  sakini  Aslan  Kosalıdan  1989-cu  ildə  yazıya 
alınıb. Mətndə doxsan şeir özünə yer tapır. Bunlar arasında yetmiş iki qoşma, bir 
təcnis, bir cığalı təcnis, on dörd gəraylı, bir on beş hecalı və bir on altı hecalı şeir 
var. Bu variantın bir mətni Folklor İnstitutunun arxivində “Mündəricat. 26-7-95, 
2m/v,  50e”  şifrəli  qovluqda  saxlanılır.  Qovluğun  üz  qabığında  mətnin  Bünyad 
Səməd  oğlu  Hüseynov  və  Elxan  Məmmədli  tərəfindən  1989-cu  ilin  dekabr 
ayında yazıya alındığı qeyd olunur. 
IV  variant.  “Əsas  versiya”nın  başqa  bir  variantı  Aşıq  Şevki  Halıcıdan 
1998-ci  ilin  noyabrında  toplanıb.  Mətn  Fikret  Türkmen  və  prof.  dr.  Mustafa 
Cemiloğlu  tərəfindən  yazıya  alınıb.  Türkiyənin  İzmit  Körfəz  İlçəsində  yaşayan 
bu  aşığın  ailəsi  Tiflis  bölgəsindən  Türkiyənin  Qars  ərazisinə  köç  etmişdir.  Bu 
variant Ankarada nəşr olunan “Aşık Şevki Halıcıdan derlenen Halk Hikayeleri” 
kitabında nəşr edilib [2, səh. 85-194]. Bu variantın nəzm hissəsi əlli səkkiz şeir-
dən  ibarətdir.  Bunlar  arasında  qırx  beş
 
qoşma,  səkkiz  gəraylı,  bir  müxəmməs, 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     153 
 
 
bir cığalı təcnis,  iki  bayatı, bir on beşlik  yer almışdır. Bunlardan əlavə, qoşma-
lardan ikisində bəndlərin arasında bayatı da verilmişdir.  
V
 
variant.  “Əsas  versiya”nın  variantlarından  ikisi  Güney  Azərbaycandan 
toplanıb. Bunlardan biri “Tufarqan rəvayətində” başlığı ilə Bəhlul Abdullayevin 
“Arazam, Kürə bəndəm” kitabında yer alıb [1, səh.123-156]. Kitabın “qeyd” böl-
məsində  göstərilir  ki,  bu  dastan  “Varlıq”  jurnalından  (1979-V,VII  və  1980-I,  II 
sayları) götürülüb, Abbas Məhyar tərəfindən 100 yaşlı Səməd Həkimidən topla-
nıb. Bu variantın əlli üç şeiri var. Bunların qırx dördü qoşma, doqquzu gəraylıdır. 
VI  variant  Nabi  Kobotarian  1990-cı  ildə  Təbriz  aşığı  Hasan  Qaffaridən 
toplamış  və  internet  səhifəsində  yerləşdirmişdir  (www.turuz.com).  Bu  variant 
bizim tərəfimizdən  internet səhifəsindən  yazıya alınıb. Bu variantın əlli doqquz 
şeir parçası var: qırx qoşma, on altı gəraylı, bir müxəmməs, Yer və Göy merac-
namələri. Qeyd edək ki,  Aşıq Hasan Qaffarinin davamçılarından  biri olan Aşıq 
Ələsgərdən  bu  variantın  qısa  məzmununu  əldə  etmişik,  burada  bir  sıra  fərqli 
məqamlar özünü göstərir.  
VII  variant  Tovuz  bölgəsindən  Aşıq  Mahmud  Qasımoğlunun  ifasındadır. 
Bu  ifa 2000-ci  ildə  yeddi gecəlik  film şəklində çəklimiş və  internet səhifəsində 
(www.youtube.com)  yerləşdirilmişdir. Mətn bizim tərəfimizdən  internet səhifə-
sindən  köçürülmüşdür.  Bu  variantın  (əlimizdə  olan  hissələrdə)  əlli  səkkiz  şeir 
parçası var. Bunlar arasında qırx beş qoşma, on üç gəraylı var. 
VIII variant 972-ci  invertar nömrəsilə Folklor İnstitutunun arxivində sax-
lanılır. Mətn 104 səhifədən ibarətdir. Mətnin toplayıcısı və söyləyicisi haqqında 
məlumat  yoxdur.  Ehtimal  olunur  ki,  bu  material  hansısa  bir  kitabın  226-335-ci 
səhifələrinin surətidir. Çünki burada “Tufarqanlı Abbasnan Gülgəz Pəri” adı ilə 
verilmiş  mətndən  əvvəl  başqa  bir  dastanın  duvaqqapması,  sonra  isə  “Qurbani” 
dastanının mətninin ilk səhifəsi (ilk iki ustadnamə) verilib. Bu variant variantlar 
içərisində  həcmcə  ən  genişidir.  Bu  mətnin  nəzm  hissəsi  yüz  on  iki  şeirdən 
ibarətdir. Bu şeirlərdən doxsanı qoşma, iyirmisi gəraylı, ikisi müxəmməsdir.  
IX  variant  iki  cildlik  “Azərbaycan  xalq  dastanları”nın  1-ci  cildində  nəşr 
edilib [8, səh. 199-274]. Bu variantın toplayıcısı və söyləyicisi verilmir. Həmin 
variantın  əlyazması  Folklor  İnstitutunun  arxivində  saxlanılır.  Bu  əlyazma  Ə. 
Axundova aiddir. O, bu variantın 1961-ci  ildə “Azərbaycan xalq dastanları”nın 
1-ci  cildində  nəşr  edildiyini  həmin  əlyazmada  qeyd  edir.  Sözü  gedən  variant 
sonrakı dövrlərdə də nəşr olunmuşdur [11, səh. 387-466]. Variantda yetmiş üçü 
qoşma, iyirmi dördü gəraylı, biri cığalı təcnis olmaqla, cəmi doxsan səkkiz şeir 
parçası yer alır. 
Bunlarla yanaşı, M.Təhmasib “Azərbaycan xalq dastanları” kitabında das-
tanın yeddi variantının əldə olduğunu qeyd edir [13, səh. 263]. Həmin variantları 
əldə etmək mümkün olmadı. 
1965-1968-ci illərdə nəşr olunmuş beş cildlik “Azərbaycan dastanları”nın 
ikinci cildində  “Abbas-Gülgəz” dastanının  nəşrinin qeydlər  hissəsində  müxtəlif 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə