Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə69/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   65   66   67   68   69   70   71   72   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     156 
 
 
vuşmasını  çətinləşdirir.  Sevgililər  böyük  mübarizə  və  sınaq  yolu  keçməli  olur, 
hətta Şah Abbasın  hüzuruna qədər gedib çıxırlar. Nəhayət, şahın  icazəsi  və  xe-
yir-duası  ilə  Tufarqanda  böyük  toy  məclisi  qurulur.  Beləliklə,  dastan  Abbasla 
Gülgəzin qovuşması  ilə  başa çatır. Bununla  yanaşı,  hər bir versiya və variantın 
özünəməxsus xüsusiyyətləri var. Hər birində fərqli motiv və epizodlar, şeir par-
çaları yer almışdır. 
İşin elmi nəticəsi. Gəldiyimiz qənaət belədir ki, dastanın bu günədək top-
lanmış və nəşr edilmiş mətnləri üç versiyanın müxtəlif variantlarıdır. Həmin va-
riantların ümumi sayı on ikidir. 
İşin elmi yeniliyi. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, “Abbas-Gül-
gəz” dastanının versiya və variantları ilk dəfə olaraq xüsusi şəkildə araşdırılır. 
İşin tətbiqi əhəmiyyəti. “Abbas-Gülgəz” dastanının versiya və variantları 
haqqında məlumatın verilməsi dastanın ümumilikdə öyrənilməsinə münbit şərait 
yaradacaq. 
 
ƏDƏBİYYAT 
1. Abdullayev B. Arazam, Kürə bəndəm, Bakı, “Yazıçı”, 1986  
2. Aşık Şevki Halıcıdan derlenen Halk Hikayeleri. Ankara, 2009 
3. Azərbaycan dastanları. 5 cilddə, II cild, Bakı, Azərbaycan Elmlər Akademiyası 
nəşriyyatı, 1966, səh.113-174 
4. Azərbaycan ədəbiyyatı. Azərbaycan dastanları. Bakı, Çaşıoğlu, 2004 
5.  Azərbaycan  folkloru  külliyatı.  29-cu  cild.  “Dastanlar”  (19-cu  kitab),  Bakı, 
“Elm və təhsil” nəşriyyatı, 2011 
6.  Azərbaycan  folkloru  külliyatı.  30-cu  cild,  “Dastanlar”  (20-ci  kitab),  Bakı, 
“Elm və təhsil” nəşriyyatı, 2012 
7. Azərbaycan folkloru külliyatı. Azərbaycan dastanları. 5 cilddə 
8. Azərbaycan xalq dastanları. I cild, Bakı, 1961 
9. Azərbaycan məhəbbət dastanları. Bakı, “Elm” nəşriyyatı, 1979 
10.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər  (IX  kitab),  Bakı,  “Səda” 
nəşriyyatı, 2000 
11. Dünya uşaq ədəbiyyatı kitabxanası. Azərbaycan xalq dastanları. Bakı, 1988 
12. Şirvan dastanları və aşıq rəvayətləri. I hissə, Bakı, “Elm və təhsil”, 2012 
13. Təhmasib M. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972 
14. www.youtube.com  
15. www.turuz .com 
 
Çapa tövsiyə edən: fil.ü.f.d. Elxan Məmmədli
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     157 
 
 
Xanım SULTANOVA 
Filologiya üzrə fəlsəfə doktoru,  
AMEA  Nizami adına Ədəbiyyat  
 İnstitutunun doktorantı 
e-mail: sultanovaxanim@gmail.com 
 
MİF-MİFOLOGİYA-MİFOPOETİKA 
(Problemin tədqiqinə dair) 
 
Xülasə 
Məqalədə mifologiyanın yaranmasında miflərin inkişafını izləyən müxtəlif ölkələrin araş-
dırıcılarının tədqiqatları kontekstində mif və reallıq probleminə baxış var. Eyni zamanda məqa-
ləyə mifopoetikanın bir sıra aktual problemlərini izləyən populyar fikirlər daxil edilmişdir. Xü-
susilə də Azərbaycanda miflər haqda elmin yaranmasına diqqət yetirilir. Mifopoetikanın inkişa-
fına zəmin yaradan bir çox sahələr təqdim olunur. 
Açar sözlər: Mif, mifologiya, mifopoetika, arxetip, Azərbaycan poeziyasi, folklor, poezi-
yanın konseptləri
 
 
MYFH-MYTHOLOGY-MYTHOPOETIC 
 
Summary 
The  article  says  about  the  problems  between mythology  with reality  by  investigators  of 
different  countriees  about  myths  and mythology  their  existing  and  developing .The  plot  of  the 
article says of different popular thoughts which are very important of myhtopoetics.Particullarly 
attention waz paid about fields of myths in Azerbaycan were introduced of tasks of theiir solving 
which are the aim of developing mythology .
 
Key words: Myth, mythology, mythopoetic, arcetype, Azerbaycaen poetry, folk, the 
conseption of poetry
 
 
MИФ-МИФОЛОГИЯ-МИФОПОЭТИКА 
 
Резюме
 
В статье рассматриваются проблемы соотшения мифов  с реальностью в контексте 
прослеживания  исследователями  разных  стран  развития  мифов  становления  мифологии. 
В  обойму  статьи  попали  различные  мысли,  порой  популярные,  в  которых  так  или  иначе 
прослеживаются  актуальные  проблемы  мифопоэтики.  Особое  внимание  уделено  станов-
лению науки о мифах в Азербайджане. Представлен спектр задач, решение которых будет 
способствовать развитию мифопоэтики. 
 Ключевыеслова:  миф,  мифология,  мифопоэтика,  архетип,  азербайджанская  поэ-
зия, фoльклор,консепты поэзии. 
 
Məsəlinin qoyuluşu: Hər bir xalqın tarixinin və mədəniyyətinin başlanğı-
cı onun mifologiyası ilə təsdiqlənir. Qədim xalqların ilkin dünyagörüşünün məh-
sulu  olaraq  miflər  arxetipik,  universal,  fövqəltəbii  obrazlar  silsiləsi  sayılır.  Bü-
tün dünya xalqarının mədəniyyəti mif bünövrəsinin üstündə yüksəlir. Mif-mifo-
logiyanı  öyrənmədən  heç  bir  mədəniyyətin,  o  cümlədən  milli  poeizyanın  milli 
spesifikasını sonadək öyrənmək mümkün deyildir.  


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     158 
 
 
İşin  məqsədi: Məqalədə əsas  məqsəd “mif”, “mifologiya” və “mifopoeti-
ka”  anlayışlarına  dünya  və  Azərbaycan  folklorşünaslığındakı  baxışları  ümumi-
ləşdirmək  və  bu  əsasda  XX  əsr  Azərbaycan  poeziyasında  mifopoetik  ənənə 
probleminin elmi-nəzəri əsaslarını müəyyənləşdirməkdir.  
  
Mifologiya  elmi  ilə  məşğul  olan  bir  cox  mütəxxəsislərin  (A.K.Bayburin, 
S.A.Tokarev, Y.M.Meletinskiy və b.) fikrincə, mif antik dövr və Bibliyadan gə-
lən  poetik-əfsanəvi,  qəribə  əhvalatlardır.  Görkəmli  rus  alimi  A.K.Bayburin 
“mif” terminini  bir tərəfdən, özündə  müəyyən təsvirlə  bağlı  mətn kimi (sintaq-
matik),  digər  tərəfdən  isə  daha  geniş  anlamda  dünya  modeli  ilə  bağlı  (paradiq-
matik  vahid)  məna  kəsb  edən  təsəvvür  sistemi  adlandırmışdir.  Yunanlarda  isə 
“mif“  sözü  mahiyyətinə  uyğun  mənada  başa  düşülür  və  yarandığı  anın  dünya-
duyumunu əks etdirir.  
Folklorşünas alim Seyfəddin Rzasoyun  fikrincə, “mifologiya bəşər  mədə-
niyyətinin  başlanğıc  nöqtəsidir.  ...insanın  özünü  dərkinin  yolu  mifologiyadan 
kecir. Mifologiyasız heç bir mədəniyyətin etnokosmik
 
mahiyyətinə nüfuz etmək 
mümkün  deyil.  ...Mifologiya  hər  bir  mədəniyyətin  etnokosmik  substratı  kimi 
onun  diaxron  və  sinxron  strukturunu  eyni  zamanda  (paralel  olaraq)  təşkil  edir. 
İnsan  şüurunun  diaxronik  başlanğıcı  olan  mifologiya  onun  təkamül  dialektika-
sınin  arxetipik  sxemi  olmaqla  qalmayıb,  həmin  şüurun  bütün  tarixi  inkişafınin 
sinxron böyümə formullarının da genetik əsasında durur” (7, 5-6).  
Bu  fikirlərə  əsaslanaraq  qeyd  etmək  istərdik  ki,  mifologiya  bəşər  mədə-
niyyətinin  bir  parcası  olan  ədəbiyyatın  da  ilkin  qaynağıdır.  Belə  ki,  bu  mifolo-
giya yazılı və şifahi ədəbiyyatın bir çox qiymətli, gözəl nümunələrinə təsir gös-
tərmiş, dünya ədəbiyyatının böyük simalarının yaradıcılığında, bədii təfəkkürün-
də  silinməz  izlər  buraxmışdır.  Yazılı  ədəbiyyatın  qədim  nümunələrindən  olan 
“Avesta” və “Kitabi-Dədə Qorqud” bunun bariz nümunəsidir. 
“Avesta”  ilə  azərbaycanlıların  bədii  təfəkkür  əlaqəsini  göstərən  Y.V.  Cə-
mənzəminli, M.H.Təhmasib, M.Seyidov kimi tədqiqatcıların fikirləri böyük ma-
raq doğurur. Bu barədə aparılan elmi müzakirələrə nəzər salmaq yerinə düşərdi. 
Elmə  məlum  olduğu  kimi  əvvəlcə  görkəmli  yazıcı  və  folklorcu-alim  Y.V.Cə-
mənzəminli, daha sonralar isə M.Seyidovun dövründə yaşamış xalq yaradıcılığı 
mütəxxəsisi  M.H.Təhmasib  midiyalıların  əsatiri  təfəkkürlərinin,  eləcə  də 
“Avesta”müddüalarının  Azərbaycanla  əlaqəsindən  bəhs  edərkən  bu  sahədə  ilk 
addım atmalarına baxmayaraq, cox ciddi elmi  mülahizələr  irəli  sürmüş, bir cox 
elmi  məsələlərin  həllinə  cəhd  etmiş  və  yeni,  orijinal  fikirlər  söyləmişlər.  Onlar 
ayrı-ayrı folklor materiallarını, xüsusilə əsatir qalıqlarını tədqiq və təhlil edərkən 
maraqlı  elmi  nəticələrə  gəlmişlər.  Lakin,  tanınmış  alim  M.Seyidov  aparılan 
tədqiqatları  yüksək  qiymətləndirsə  də,  adı  cəkilən  alimlərin  əldə  etdikləri  nəti-
cəyə daha dəqiq hesab etdiyi tərəfdən yanaşmış və qoyulan problemə elmi müla-
hizələri ilə aydınlıq gətirməyə calışmışdır. Tədqiqatcı yazır: “...hər iki müəllifin 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə