Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə65/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   61   62   63   64   65   66   67   68   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     147 
 
 
xan” dastanında bu xalq qəhrəmanının parlaq bədii obrazı yaranmış, onun igid-
likləri ilə bağlı nəğmələr xalqın dilinin əzbərinə çevrilmişdir. Bu dastan özünün 
güclü folklorizmi ilə diqqəti cəlb etdi. Aşıq Hüseyn Cavanın “Səttar xan” dasta-
nında  xalq  ruhu  güclüdür.  Burada  Səttar  xan  qəhrəmanlığınadan  daha  çox  onu 
yetirən mühit, bu mühitdəki adət-ənənələr, qəhrəmanın uşaqlıq və gənclik illəri, 
mübarizələrə  qoşulması,  şahla  qarşıdurması,  ona  əyilməməsi  və  yeni  bir  əzmlə 
mübarizələrə başlaması ustalıqla təsvir edilmişdir (10, s.24). 
XX əsrin tanınmış şairlərindən olan və müasir Azərbaycan poeziyasının ən 
oxunaqlı,  çox  sevilən  şairlərindən  olan  Məmməd  Arazın  yaradıcılığı  rəngarəng 
və təkrarsızdır. M.Araz poeziyasının bu qədər şirinliyi, və ecazkar qüvvəyə ma-
lik olması, ilk növbədə, duyduğu, yaşadığı gözəlliklərin xalq ilə təmasından qay-
naqlanmış,  xalq  yaradıcılığı  süzgəcindən  keçərək  ələnmiş,  arıdılmış  duyğu  dü-
zümündə  təqdim  edilməsi  ilə  bağlıdır.  Heç  şübhəsiz  ki,  xalqın  içindən  çıxan, 
onun kəndlisi, çobanı,  maldarı  ilə oturub-duran, nənələrin şirin  nağılları  ilə  yu-
xuya gedən, xoruz banı ilə yuxudan qalxan, ciyərlərinə tərtəmiz dağ havasını çə-
kən  bir  insanın  duyum  və  düşüncə  tərzi  belə  təmiz  və  aydın  ola  bilər.  Məhz 
Məmməd Araz da doğulduğu Sahbuz rayonunun Nurs kəndində belə  bir gözəl-
liklərin  əhatəsində  böyüdü,  eşitdiyi  nağıl  və  dastanlara,  əfsanələrə,  ağılara, 
bayatılara, atalar sözləri və zərb-məsəllərə heyran-heyran qulaq asdı,hafizəsində 
hifz etdi və yeri gəldikcə öz yaradıcılığında da məharətlə işlətdi (16, s. 9). 
Azərbaycan  yazılı  ədəbiyyatında  Nizami  Gəncəvidən,  Füzulidən.  Vaqif-
dən  bu  günə  qədər  elə  bir  yazıçı,  elə  bir  şair  yoxdur  ki,  xalq  yaradıcılığından 
faydalanmasın. Məmməd Araz da təbii ki, xalq yaradıcılığından bütün əsərlərin-
də bu və ya digər şəkildə yararlanmışdır. Ancaq şairi sələflərindən fərqli olaraq 
əsərlərində folklorizmlərdən sadəcə müstəqim şəkildə detyil, həm daxili element 
kimi istifadə etməsidir. Başqa sözlə M.Araz folklorda olan fikri yeni deyim tərzi 
ilə  ortaya  qoyur,  şirinləşdirir,  xalqdan  aldığını  yenidən  xalqa  qaytarırdı.  Məsə-
lən, xalq deyimlərində  “Könül  sevən göyçək olar”  ifadəsini şair  bir şeirində bu 
şəkildə dəyişmişdir: 
Könül sevdiyini sevəsən gərək, 
Kiçik bir şeir də könül varıdır. 
Bu axşam bayırda at çapan külək 
Sanki xəyalımın qanadlarıdır (22, s.50). 
Təbii  ki,  Azərbaycan  poeziyası  və  folklorun  qarşılıqlı  əlaqələri  şeirimizi 
təkcə  məzmunca  tamamlamayıb,  eyni  zamanda  ona  yeni  mündəricə  verib,  etik 
və estetik cəhətdən onu daha da zənginləşdirmişdir. 
Məmməd Araz nağıl, əfsanə, lətifə və s. əsərlərində gen-bol  istifadə edən 
şairdir. Məsələn, onun “Yeddi bulaq əfsanəsi”ndən yaradıcılıqla necə istifadə et-
diyinə diqqət edək: 
Üzərində dayandığım, 
Su içdiyim yeddi bulaq, 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     148 
 
 
Deyirlər ki, yeddi qızın, 
Göz yaşından yaranmış, ah.(23, s.39) 
M.Arazın  folklorizmdən  yaradıcılıqla  istifə  etdiyi  əsərlərdən  biri  də  “Altı 
qızın biri Pəri...” şeiridir. Lirik qəhrəman ilk dəfə gördüyü, arxasınca at çapdığı, 
ancaq  yarı  yolda  itirdiyi altı qızın  biri Pəri özgəsinə qismət olmuş, illər keçmiş 
Pəri də dəyişmişdir. 
Bir gün gördüm Pəri sınıb, 
Suyu sovuq, pəri sınıq... 
Kimsə deyir: 
Altı qızın biri Pəri, 
Heyif, onu atıb əri...(24, s.111) 
Göründüyü  kimi,  XIX-XX  əsrlər  Azərbaycan  poeziyasında  folklorizmin 
təzahür  formaları  müxtəlif  olmuşdur.  Deməli,  folklorizm  bu  dövrün  müxtəlif 
mərhələlərini  əhatə  edən,  bədii  düşüncənin  görünən  və  görünməyən  qatlarında, 
mətnaltı düşüncədə, eləcə də dünyagörüşündə müxtəlif şəkillərdə əks oluna bilir. 
Folklorizmlər müxtəlif zaman kəsimində bir və yaxud bir neçə yazıçının yaradı-
cılığında deyil, ümumilikdə poeziyada folklorizmin ümumi yüksəlişi üçün mün-
bit  şəraitin  yarandığı  zaman  kəsimində  meydana  çıxır  və  belə  nümunələrdə  sə-
ciyyəvi faktor kimi nəzərə çarpır.  
İşin  elmi  yeniliyi.  XIX-XX əsrlər  Azərbaycan  poeziyasında  folklorizmin 
təzahür formaları daha geniş  vüsət almağa  başladı. Bu dövr  Azərbaycan poezi-
yasında  mövcud  olan  folklorizmlərin,  folklor  süjetlərinin  ayrı-ayrı  nümunələr 
əsasında ətraflı şəkildə öyrənilməsi məqalənin başlıca elmi yeniliyidir. 
Tətbiqi əhəmiyyəti. Məqalədən XIX-XX əsrlər Azərbaycan poeziyasında 
yazılı ədəbiyyat və folklorun əlaqəsi ilə məşğul olan, bu sahədə tədqiqatlar apa-
ran alimlər, mütəxəssislər, ali məktəb tələbələri istifadə edə bilərlər. 
 
ƏDƏBİYYAT 
 
1. Zakir Q. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 400 s. 
2. Vazeh M.Ş. Nəğmələr. Bakı, Şərq-Qərb, 2004, 96 səh. 
3. Şirvani S.Ə. Əsərləri. Üç cilddə. I cild, Bakı, Avrasiya Press, 2005, 400 s. 
4. Sabir M.Ə. Hophopnamə. İki cilddə. I cild. Bakı, ŞərqQərb, 2004, 480 səh. 
5. Nəzmi Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2006, 544 səh. 
6.  Möcüz  M. Ə.  Seçilmiş  əsərləri.  Tərt.  Q.  Məmmədli.  Bakı,  Avrasiya  Press, 
2006, 216 s. 
7. Axundzadə M. F. Əsərləri. Üç cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005, 296 səh. 
8. Hadi M. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005, 464 səh. 
9. Səhhət A. Seçilmiş əsərləri. Bakı, Lider nəşriyyat, 2005, 456 səh. 
10. Cavad Ə. Seçilmiş əsərləri, Bakı, Şərq-Qərb, 2005, 295 s. 
11. Cavid H. Əsərləri. Beş cilddə. I cild. Bakı, Lider nəşriyyat, 2005, 256 səh. 
12. Vurgun S. Seçilmiş əsərləri. Bes cilddə. I cild. Bakı, Sərq-Qərb, 2005, 264 səh. 
13. Müşfiq M. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 352 səh. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə