Dədə Qorqud ● 2015/I I 125
gap(təsnifat), bağlama, beşik(nəğmə), meyxanə-bədiyə, tərifnamə kimi parçalara
ayırmaq olar. Mənsur qismə gəldikdə o da müxtəlif məzmunlu nağıllar, dastan
(qəhrəmannamələr), qaravəllilər (sərgüzəştlər), timsal və təmsillər, əfsunlar, tap-
macalar, atalar sözü (sınaq və başqaları) kimi çöbələrə ayirdiqda, qəhrəmanna-
mələr, əfsanələr ilə yanıltmacalar və tərifnamələri həm mənsur, həm də mənzum
qismdə görmək olur. Ən doğrusu bunlarda hər iki cəhət vardır” (5, 11).
Bu kitabın ayağı isə uğurlu oldu. Belə ki Hənəfi Zeynallı düz on il bir fol-
klor tədqiqatçısı və naşiri kimi milli folkloru elmi prinsiplərlə tədqiq və təbliğ
etdi. Azərbaycan folklorşünaslığı tarixində boyük xidmətləri olan Hənəfi Zey-
nallının folklorumuzun bir çox janrlarının-nağıllar, tapmacalar, atalar sözü və
məsəllərin toplanılmasına və eləcə də onların nəzəri əsasda tədqiqinə həsr etiyi
əsərləri xüsusulə diqqəti cəlb edir. O, 1935-ci ildə müxtəlif bölgələrdən top-
ladığı Azərbaycan nağıllarını tərtib edərək rus dilində nəşr etdirir. Kitabı gör-
kəmli foklorşünas M.Y.Sokolov redaktə edir. H.Zeynallının rus oxucuları üçün
tərtib etdiyi nağıllar kitabının müqəddiməsində Azərbaycan nağıllarında ölüm-
dirim mübarizəsi aparan xeyir və şər qüvvələr haqqında verdiyi məlumat
olduqca maraqlıdır. Hənəfi Zeynallı bu kitabında həmçinin şifahi xalq ədəbiy-
yatının keçmiş tarixi, inkişaf mərhələləri, eləcə də forma və məzmun xususiy-
yətləri haqqında qiymətli fikirlər və mülahizələr irəli sürür.(6, s.68)
H.Zeynallının şifahi xalq ədəbiyyatının geniş yayılmış janrlarından biri
olan nağıllara həsr etdiyi və müasir dövrümüzdə də öz elmi əhəmiyyətini itir-
məyən əsərərindən biri də nağıllarımızın mühüm bir qismini əhatə edən “Azər-
baycan nağılları” toplusudur. Müəllif həm toplama, həm də nəzəri əhəmiyyətə
malik olan bu əsəri 1936-cı ildə toplayıb tərtib etmiş və çapa hazırlamışdır.
Lakin H.Zeynallı-nın həbsi ilə əlaqədar olaraq bu qiymətli toplama-tərtib işi
2005-ci ilə qəqər işıq üzü görməmışdir. Nəşrə hazır vəziyyətdə olan bu kitab
müəllifin həbsindən sonra – yəni 28 yanvar 1937-ci ildən sonra onun digər bir
sıra əsərləri ilə yanaşı Azərbaycan Elmlər Akademiyasının xüsusi fonduna
göndərilmişdir.
H.Zeynallının tərtibçisi oduğu “Azərbaycan nağılları” beş cildliyinin I
cildinə professor İ.Abbaslının yazdığı ön sözdən məlum olur ki, “H.Zeynallı bu
tərtib işini üç cilddə nəşr etdirməyi nəzərdə tutmuş, bu məqsədlə I cildə 21, II
cildə 23, III cildə 28 xalq nağılı (cəmi) daxil etmişdir. (7)Ancaq qeyd etmək
lazımdır ki, H.Zeynallı kitabın tərtib işində nağılları folklorşünaslıqda qəbul
edilmiş təsnifata- yəni məzmun və ideyalarına görə (sehirli nağıllar, heyvanlar
haqqında nağıllar, tarixi nağıllar, ailə-məişət nağılları və s.) təsnif etmədən düz-
müşdür. Ona görə də kitabda əksini tapan belə düzülüşün hansı prinsipə
əsaslandığı məlum olmur.
“Xalq ağız ədəbiyyatı” məqaləsini H.Zeynallı 1928-ci ildə yazmışdır. Mə-
qalənin əvvəlində müəllif xalq ağız ədəbiyyatına tərif verərək belə yazır: ”Hər
bir elin ağızdan yaratmış olduğu qimətlərin kaffəsinə “ağız ədəbiyyatı” (şifahi
Dədə Qorqud ● 2015/I I 126
ədəbiyyat)adını veririk. Bu ədəbiyyat oldudca geniş, oldudca rəngarəng və sayal
olmaqla bərabər, uzun zamanlardan bəri elin ğzü kimi , bəndsiz-bağsız afəti bir
surətdə haldan-hala, şəkildən-şəklə girərək oynağan bir dəniz misalı aşıb-daş-
mışdır. Ağız ədəbiyyatı dillərdə və dodaqlarda yaşayır; yığıncaqlarda, seyran-
gahlarda oxunur, dağlarda, çöllərdə el ilə gülür, el ilə ağlayır, ölür. El tərəqqi et-
dikcə irəliləyir, el düşdükcə düşür” (1, 218-219). H.Zeynallı “Xalq ağız ədəbiy-
yatı” məqaləsinin “Nağıllar neçə cür olur?” bölməsində nağıllar haqqında geniş
məlumat vermiş, onların təsnifatını oxuculara təqdim etmişdir. (1, 243-244)
H.Zeynallının bu ümumi təsnifatını bütünlüklə olmasa da, əsasən, məqbul
hesab etmək olar. Konkret bir janr daxilində aparılan təsnifatda mütləq ölçülər
və sərhədlər aparmaq doğru deyil. Çünki həmin janrın elə ümumnəzəri prinsip-
ləri var ki, onlar bütün növlər üçün müştərəkdir. əks halda janrın mövcudluğun-
dan danışmaq olmaz. Nağıllar da belədir. H.Zeynallının da bölgüsündə bir çox
elementlər, məsələn nağıllarla daha çox atalar sözü və zərbi-məsələ yaxın olan
lətifələr qarışdırılmışdır. Hətta lətifələr onun təsnifində konkret bir bölgü əmələ
gətirir. Bununla belə H.Zeynallının təsnifini folklorşünaslığın müasir təsniflərin-
dən biri ilə müqayisə etsək onların, təxminən, oxşar olduğunu görərik. P.Əfən-
diyev yazır: “İndiki dövrdə nağıllarımızı təxminən aşağıdakı kimi qruplaşdırmaq
olar: heyvanlar haqqında nağıllar, sehrli nağıllar, tarixi nağıllar, ailə-məişət
nağılları, satirik nağıllar” (7, 115).
“Ağız ədəbiyyatı” məqaləsində H.Zeynallının irəli sürdüyü birinci mülahi-
zə xalq ədəbiyyatının adı məsəldir. Təsadüfi deyildir ki, məqalənin adı “Ağız
ədəbiyyat”dır. H.Zeynallı bu məqalədə”xalq ədəbiyyatı” ifadəsinə münasibət
bildirir. H.Zeynallının fikrincə, ”xalq ədəbiyyatı” ifadəsi düzgün sayıla bilməz.
Çünki, “xalq ədəbiyyatı” dedikdə yazı ilə heç bir əlaqəsi olmayan ədəbiyyat
təsəvvür edilə bilər də, edilə bilməz də. Buna əski ifadələrlə “avam ədəbiyyatı”
demək lazım gəlirdi” (9, 35). Ədibə görə, “xalq ədəbiyyatı” dedikdə iki məna
başa düşülür:
1) xalqın şifahi ədəbiyyatı;
2) xalq ruhunda yazan yazılı ədəbiyyat nümayəndələrinin yaratdığı ədə-
biyyat.
Bu fikrini H.Zeynallını belə ifadə edir: “Ya xalqdan bəhs edən, xalqın his-
siyatı ilə dolu, xalqın şadlığını və dərdini oxşayan yazı ədəbiyyatı olur ki, onu
yaradanlar özü bir ədib, bir şair olur. Belələri də rusaların Puşkini kimi xalq
içərisindən olan bir nağılı alıb nəzmə çəkir, ya Lermontov misallı xalq ruhu ilə,
xalq ölçüsü ilə yenə xalq içində yrləşmiş mövzuları alır...” H.Zeynallı belə şair-
lərin yaradıcılığını da xalq ədəbiyyatı adlandırır. Sonra o davam edir: ”Keçən
xalq ədəbiyyatının ikinci qisminə Burası xalqın öz ruhundan çıxan onun əhval-
ruhiyyəsinin meydana qoyan və eyni zamanda onun öz içində gəzən ədəbiyyat
olur ki, bunu el özü düzəldir. Yuxarıda göstərdiyimiz kimi bu ədəbiyyatın şair
və ədiblər ilə heç bir münasibəti yoxdur. Ona görə də el(xalq) ədəbiyyatı məfhu-
Dostları ilə paylaş: |