Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə46/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   42   43   44   45   46   47   48   49   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     106 
 
 
 Bəzi pirlərdə xüsusi daş olur ki, onun torpağın altında olan hisəsini yuxarı 
qaldıranda yağış yağır, əksinə çevirəndə gün çıxır. Xalqımızda indi də bu mifo-
loji  inanclar  yaşamaqdadır. El arasında belə bir  inanc var ki, ovucu açıb  yağışa 
tutmazlar,  onda  yağış  daha  da  güclənər  və  ya  qurbağanı  öldürəndə,  süpürgəni 
yandıranda,  yaş  otu  yandıranda,  quyuya  (arxa,  kanala)  daş  atanda  yağış  yağır. 
Bulaqdan  bəzəkli  daşlardan  götürməzlər.  Anadolu  folklorunda  İçəl  bölgəsində 
əhali yağış yağsın deyə quraqlığın tərs dönməsi üçün paltarlarını tərs geyinər, iki 
arvadlı  bir  kişinin  arvadlarından  birinin  ayaqqabısını  oğurlayıb  çaya  atarlar. 
Bunun da anlamı bu ailənin digər ailələrdən daha çox uşağı ola bilməsi, bərəkət-
li bir ailə seçilməsi, bərəkəti təmsil etdiyinə inanılan qadının ayaqqabısını islat-
maq  yolu  ilə  bərəkətə –  yağışın  yağmasına  nail olunacağına  inanc  idi. Bu kimi 
mifoloji inanışlar qədim türklərdə olmuş “Yada” mərasiminin qalıqlarıdır.  
“Cənubi  Sibir  və  Şimali  Monqolustan  tayfalarının  inanc  və  deyimlərində 
İldırım Tanrısı” adlı araşdırmada bioloji müşahidələrin ibtidai insanların dini tə-
səvvürlərinin  formalaşmasındakı  rolu  təhlil  edilərək  İldırım  Tanrısı  haqqında 
təsəvvürlərin ildırımın çaxması və onunla birgə müşahidə olunan təbiət hadisələ-
rinin  nəticəsi  kimi  meydana  çıxması  göstərilir.  Bu  hadisələr  arasında  müəyyən 
bağlılıq olduğunu düşünən insanlar onları İldırım Tanrısının törətdiyini zənn et-
mişlər. İldırımın çaxması güclü yağışlarla, daşqınlarla müşayiət olunur. Yağışın 
yağması  torpağın  suvarılmasına,  bu  da  öz  növbəsində  məhsul  bolluğuna  səbəb 
olur. İbtidai insanlar bunlar arasında müəyyən bağlılıq görüb və İldırım Tanrısı-
nın məhsuldarlıq və heyvandarlığın hamisi funksiyası da buradan yaranıb.  
Araşdırmada  İldırım  Tanrısının  ilk  şaman  olduğu  qeyd  edilir  (11,  318-
319).  Bu  da  ilk  şaman  kimi  qəbul  edilən  “yağışın  sahibi”  Burkut  Baba  haqda 
Türkmən  əfsanə  və  inancları  ilə  səsləşir.  Türkmənlərdə  Burkut  baba  “yağışın 
sahibi”  adlanır.  Burkut  babanın  yağış  yağdırması  üçün  türkmənlər  bir  ac  qara 
keçini çölə bağlayırdılar ki, onun səsi Burkut babanı oyatsın. Sonra onu Burkut 
babaya qurban kəsirdilər (şamana yalnız qara keçi qurbanı kəsilirdi) bütün kənd 
əhli qurban ətindən yeməli idi. Yağış yağması üçün bir adamı suya atırdılar və 
ya  sulayırdılar  (9,  25).  Hətta  Başqırd  şamanlığında  bir  çox  kultlar  arasında 
“Yağmur  Tanrısı”  da  olub.  Bu  badədə  Zəki  Vəlidi  Toğan  “Yağmur  Tanrısı” 
əsərində məlumat verib. Müqayisə üçün onu da deyək ki, İldırım Tanrısı  funk-
siyasını Yunan mifologiyasında Zevs, skandinavlarda isə Tor icra edir. 
Mövzunun  araşdırma  tarixinə  nəzər  salsaq  görərik  ki,  Z.Gökalp  “Əski 
türklərdə  din”  məqaləsində,  1923-cü  ildə  “Cada”  daşı  məqaləsi  ilə  F.Köprülü, 
1954-  cü  ildə  A.İnan  “Tarixdə  və  bu  gün  şamanizm”  əsərində,1934-cü  ildə 
Ə.Cəfəroğlu,1947-ci ildə S.E.Malov,1891-ci ildə Q.N. Potanin, “Qədim türklər” 
əsərində  L.Qumilev,  1983-сü  ildə  Z.A.Madayev  “XIX  əsrin  sonu,  XX  əsrin 
əvvəlləridə  Vayxanlarda  günəşi  və  yağışı  çağırma  mərasimi”  məqaləsində, 
1965-ci  ildə  S.A.Tokarev  “Dinin  ilkin  formaları”  əsərində,  1909-cu  ildə  A. 
Kuzneçova  “Şamanlar  haqqında  iki  hekayə”  məqaləsində,  1954-cü  ildə  S.V. 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     107 
 
 
İvanov Sibir xalqlarının təsviri sənətinə həsr etdiyi məqaləsində, 1934- cü ildə S. 
Yavər  “Gode-Gode və Albayraq”  məqaləsində, 1943-cü ildə Naki Tezel, 1968-
ci  ildə  Hikmət  Tanyu,  1926-cı  ildə  Rza  Nur  “Türk  tarixi”  kitabında,  1953-cü 
ildə  A.Süheyl  Ünvər  İstanbul  Universiteti  Ədəbiyyat  fakültəsinin  Tarix  dərgi-
sində  “Yağmur  taşı  hakkında”  məqaləsi  ilə,  1953-cü  ildə  F.  Sümer  “Əski  türk-
lərdə yağmur və qar yağdırma adəti” məqaləsində, 1936-cı ildə Şərəfəddin Yalt-
qaya  “Yat yaxud Yağmur daşı”  məqaləsində  və digər dəyərli alimlər  yada daşı 
haqda araşdırma aparıblar. Onların fikirlərini və heç bir zaman yanıltmayan fol-
klor örnəklərini  qaynaq  bilərək  “Yada”  mərasiminin  müasir  vəziyyətini,  inanc-
larda, ovsunlarda  yaşadığını gördük. “Yada”  mərasimi  “Qodu-qodu” mərasimi-
nin arxaik kökündə duran türk şaman mərasimidir. Bu mərasim bütün türk xalq-
larında eynilə olub və qorunub saxlanıb. Göstərilən bütün mənbələr və qaynaq-
lar da bunu isbatlayır.  
İşin  elmi  yeniliyi:  Yada daşı  və  yada şaman  mərasimi  haqqında  yazılmış 
adı  çəkilən  əsərlərə  qaynaq  kimi  yanaşaraq,  Azərbaycan  folklor  örnəklərində 
rast  gəlinən  daşla  yağış  yağdırma  motivlərinin  və  “Qodu-qodu”  mərasiminin 
arxaik kökünün yada şaman mərasimi olduğunu göstərməkdir. 
İşin  elmi  nəticəsi:  Azərbaycan  folklor  örnəklərində  rast  gəlinən  daşla 
yağış yağdırma motivlərinin və “Qodu-qodu” mərasiminin arxaik kökünün yada 
şaman mərasimi olduğunu göstərməkdir. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədəki  mənbələr  və araşdımada əldə edilən 
nəticələr bu mövzuda tədqiqat aparan folklorçular üçün maraqlı ola bilər. 
 
ƏDƏBİYYAT 
 
1. Nəğmələr, inanclar, alqışlar. Bakı, “Yazıcı”, 1986 
2. Cəfəroğlu A. Azerbaycan ve Anadolu folklorunda saklanan iki şaman Tanrısı. 
Ankara Üniversitesi İlahiyat fakültesi dergisi. I-IV,1958, s.65-75. 
3.  Аджиев  А.М.  Устное  народное  творчество  кумыков.  Махачкала:  ДГУ, 
2005. 
4. Bilqamıs dastanı. Bakı, “Gənclik” 1985. 
5.  Maлов  С.Е.  Шаманская  камен  «яда»  у  тюрков  Западного  Китая.  Совет-
ская Этнография. 1947, №1.  
6.  Потанин  Г.Н.  Тангутско-Тибетская  окраина  Китая  и  Центральная  Мон-
голия: в 4-х томах, Т.2. Спб.: Изд. Импер. Рус. Геогр. Об-ва, 1893, 436 с. 
7. Потанин Г.Н. Очерки Северо-Западной Монголии: в 4-х томах, Т.4 Спб.: 
Изд. Импер. Рус. Геогр. Об-ва, 1883, 1025 с. 
8. Потанин Г.Н. Казак-киргизские и алтайские предания, легенды и сказки. 
Журнал «Живая старина», 1917, выпуск 2-3, с.47-192. 
9. Басилов В.Н. Культ святых в исламе. Мocква, Изд: «Мысль», 1970. 
10. Tuncay B. “Qarabağda ifa edilən “Qodu-qodu” oyunu və erməni saxtakarlığı” 
məruzəsi “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” möv-
zusunda beynəlxalq elmi konfransın materialları. 2014. Tərtər. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə