Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə80/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   74   75   76   77   78   79   80   81   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     189 
 
 
 Mən Muxtar müəllimlə, təxminən, eyni vaxtda Folklor İnstitutuna işə gö-
türülmüşəm. Onunla tanışlığımızın, yaxşı münasibətlərimizin yaşı on beş ilə ya-
xındır. Tale elə gətirib ki, 2008-ci ildə namizədlik dissertasiyası müdafiə edəndə 
mənim rəsmi opponentlərimdən biri Muxtar müəllim olub və mənim dissertasi-
yama çox gözəl bir rəy verib. Bu opponentlik Muxtar müəllimi bir az da yaxın-
dan tanımağıma kömək edib. 
Göründüyü kimi olan və olduğu kimi görünən  insanlar çox azdır. Ad-san 
üçün, vəzifə, karyera üçün  başqa cür görünməyə çalışan adamlara  nə qədər de-
sən rast gəlmək olur. Nə  yaxşı ki, dünya  necə  varsa elə də görünən,  mənliyini, 
şəxsiyyətini,  insanlıq  qürurunu  hər  şeydən  uca  tutan  adamlardan  da  xali  deyil. 
Muxtar müəllim ikinci qəbil insanlardan – necə varsa elə də görünən, öz şəxsiy-
yətini, əqidəsini hər şeydən uca tutan şəxslərdəndir. 
Əxlaqi-didaktik  kitabların  birində  oxuduğum  gözəl  bir  fikir  var:  ya  öyrə-
dən ol,  ya öyrənən ol,  ya dinləyən ol,  yaxud da bunları  sevən  birisi ol!  Məncə, 
Muxtar  müəllimin  şəxsində  bu  cəhətlərin  hamısı  var.  Çünki  o,  öyrənmək  istə-
yəni həvəslə öyrədən, eyni zamanda ən müxtəlif insanları və ən müxtəlif fikirləri 
dinləməyi bacaran bir insandır. Sadalanan bu keyfiyyətlərin bir insanda cəm ol-
ması isə o insanın böyüklüyünə, sadəliyinə, əxlaqına, kamilliyinə və müdrikliyi-
nə dəlalət edir. Muxtar müəllim  belə əxlaqi keyfiyyətlərə  malik olan, aydın zə-
kası, geniş dünyagörüşü, hərtərəfli elmi erudisiyası, etik-mənəvi dəyərləri ilə se-
çilən və sevilən ziyalılarımızdandır. 
Muxtar  Kazım  oğlu  İmanov  28  may  1955-ci  ildə  Naxçıvan  MSSR  Şərur 
rayonunun  Axura  kəndində  anadan  olub.  1977-ci  ildə  S.M.Kirov  adına  Azər-
baycan  Dövlət  Universitetinin  (İndiki  BDU-nun)  filologiya  fakültəsini  bitirib. 
1977-1980-ci illərdə Şərur rayonunun Həmzəli kənd məktəbində Azərbaycan di-
li  və  ədəbiyyat  müəllimi  işləyib.  1983-cü  ildə  Azərbaycan  SSR  Elmlər  Akade-
miyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturanı bitirib. 1983-1992-
ci  illərdə  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  “Folklor”  şöbəsində  kiçik  elmi 
işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illər arasın-
da “Yazıçı” nəşriyyatının baş redaktoru olub. 2001-ci ildən AMEA Folklor İns-
titutunun “Türk xalqları folkloru” şöbəsinin aparıcı elmi işçisi olub. 1984-cü ildə 
“Müasir Azərbaycan nəsrində psixologizm”  mövzusunda namizədlik dissertasi-
yası  müdafiə  edib.  2007-ci  ildə  “Azərbaycan  folklorunda  gülüşün  genezisi  və 
poetikası”  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edib.  2011-ci  ilin  no-
yabrından  AMEA  Folklor  İnstitutunun  direktorudur.  2014-cü  ildə  AMEA-nın 
müxbir  üzvü  seçilib.  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyasında  “Ədəbiyyat” 
fənni üzrə Elmi-Metodiki Seminarın rəhbəri  və Ekspert Şurasının sədri,  həmçi-
nin İctimai Televiziya və Radio Yayımları Şirkətində Yayım Şurasının üzvüdür. 
2014-cü ildə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin 
hazırlanmasında səmərəli  fəaliyyətinə, epos, nəsr sahəsində uğurlu tədqiqatları-
na, çoxsaylı elmi-publisistik kitablarına, eləcə də gənclərdə vətənpərvərlik hiss-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     190 
 
 
lərinin aşılanmasında və Azərbaycanın ayrı-ayrı regionları üzrə folklor antologi-
yalarının hazırlanmasında səmərəli xidmətlərinə görə “Avropa Nəşr Mətbu Evi” 
tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. 
Görkəmli alimin əsas elmi əsərləri Azərbaycan nəsrində bədii psixologizm 
probleminin  nəzəri  əsaslarının  müəyyənləşdirilməsinə,  Azərbaycan  xalq  gülüş 
mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslı-
ğın və ədəbiyyatşünaslığın bir sıra digər aktual problemlərinə həsr olunub. 
Onun tədqiqatlarında ilk dəfə olaraq Azərbaycan yazılı və şifahi ədəbiyya-
tında qəhrəman və əvəzedici, qəhrəman və antiqəhrəman problemləri araşdırma 
predmetinə  çevrilib.  Onun  tədqiqatlarında  bədii  obrazın  ikiləşməsinin  mifdən 
gələn  və  folklorun  müxtəlif  janrlarında  əksini  tapan,  yazılı  ədəbiyyatda  daha 
mürəkkəb şəkildə ortaya çıxan səciyyəvi modelləri üzə çıxarılıb, təqdim edilib. 
O, yazılı ədəbiyyat və folklor münasibətlərinə yeni baxış gətirib, ədəbi dü-
şüncənin yazılı və şıfahi laylarına etnik bədii özünüifadənin müxtəlif kodları ki-
mi  yanaşılmasının  nəzəri təhlil standartlarını təqdim edib. Görkəmli alim  Azər-
baycan  folklorunun  toplanması,  tərtibi  və  nəşr  olunması  sahəsində  də  mühüm 
xidmətlər  göstərib.  O,  “Zəngəzur  folkloru”  (Azərbaycan  folkloru  antologiyası, 
VII kitab) və 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplularının layihə rəh-
bəri və həmmüəllifidir. 
1991-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan nəsrində psixologizm” kitabı 
bu  mövzuya  həsr  edilmiş  tədqiqatlar  arasında  xüsusi  yer  tutur.  Muxtar  Kazım-
oğlu–İmanov  bu  kitabında  60-70-ci  illər  Azərbaycan  nəsrinin  ümumnəzəri  mən-
zərəsini verir. Müəllif əsərdə o dövrün İsmayıl Şıxlı, İsa Hüseynov, Sabir Əhmə-
dov,  Anar,  Əkrəm  Əylisli,  Elçin,  Mövlud  Süleymanlı  kimi  nasirlərinin  bədii  ya-
radıcılığını  psixologizm  aspektindən  tədqiqat  predmetinə  çevirir.  “Müasir  Azər-
baycan nəsrində psixologizm” kitabı alimin bir ədəbiyyatşünas-tənqidçi kimi filo-
loji təfəkkürünün daha çox analitik-nəzəri istiqamətdə inkişaf etdiyini göstərir. 
Bir  folklorşünas  kimi  Muxtar  Kazımoğlunun  yaradıcılığında  2005-ci  ildə 
çap olunmuş “Gülüşün arxaik kökləri” və 2006-cı ildə çap olunmuş “Xalq gülü-
şünün poetikası” kitabları  xüsusi  yer tutur. Bu monoqrafiyalar  həm  mövzu-ide-
ya, həm də problemə elmi-metodoloji  yanaşma baxımından  müasir Azərbaycan 
folklorşünaslığında  yeni  bir  elmi  istiqamətin  əsasını  qoyan  əsərlərdir.  “Gülüş”, 
“xalq  gülüşü”  anlayışı  bu  əsərlərdə  ilk  dəfə  olaraq  sistemli  şəkildə  araşdırılır, 
gülüşün magik mahiyyəti, ayrı-ayrı folklor obrazlarının gülüş aspektindən gene-
zisi kimi problemlərə işıq salınır. 
2011-ci  ildə  müəllifin  indiyədək  milli  filoloji  və  folklorşünaslıq düşüncə-
mizdə heç bir aspekti ilə elmi tədqiqatın predmetinə çevrilməyən digər bir nəzəri 
problemə  həsr  olunmuş  “Folklorda  obrazın  ikiləşməsi”  kitabı  nəşr  olunur.  Mə-
lumdur  ki,  folklorda  obrazın  ikiləşməsi  mahiyyətcə  bir  obrazın  iki  obraz  kimi 
özünü göstərməsidir. Bu məsələnin araşdırılması, ilk növbədə, libas dəyişmədən 
başlayır.  Çünki  folklorda  libas  dəyişmə,  məlum  olduğu  kimi,  özünü  gizlədib 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə