5
4) Ölkəmizdə bank risklərinin idarə olunması siyasətinin həyata keçirilməsində
beynəlxalq təcrübənin öyənilməsi və təkmilləşdirilməsi istiqamətlərinin
müəyyən edilməsi.
Beləliklə, dissertasiya işinin məqsədi və vəzifələri bankların fəaliyyətinin
idarə olunmasında risklərin düzgün müəyyən edilməsi; risklərin idarə olunması
metodlarının analiz edilməsi və bu risklərin bankların mənfəətliliyinə təsirinini
araşdırmaqdır. Dissertasiya işində Azərbaycan Respublikasında bank sektorunda
kredit risklərinin idarə olunması ilə bağlı yaranan problemləri araşdırılıb müəyyən
edilməsinə diqqət yetirilmişdir.
Dissertasiya işinin informasiya bazası və işlənmə metodları. Tədqiqatın
informasiya bazasını Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan
Respublikasında fəaliyyət göstərən Kommersiya Banklarının, Dövlət Statistika
Komitəsinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun material və
məlumatları, illik hesabatları, statistik məlumatları, bank riskləri ilə bağlı normativ
hüquqi aktları, həmçinin müxtəlif yerli və xarici iqtisadçı müəlliflərin fikirləri,
müxtəlif aktual qəzet və jurnallardan olan məlumatlar təşkil edir. Bunlarla yanaşı
tədqiqat prosesində müqayisəli təhlil metodundan, iqtisadi-riyazi həmçinin,
statistik və qrafik metodlardan istifadə edilmişdir. Beləki, dissertasiya işinin
metodologiyası
sistemli yanaşma və müqayisəli təhlildir. Tədqiqatın gedişində
sistemli təhlil, ümumiləşdirmə, müqayisəli təhlil, müşahidə və qruplaşdırma
metodlarından istifadə edilmişdir.
Dissertasiya işinin nəticəsi bank sektorunda kredit risklərinin idarə
olunması ilə bağlı yaranan problemlərin həlli istiqamətində səmərəli təkliflərin
verilməsidir. Dissertasiya işinin nəticəsinə riskin həcmi ilə mənfəət arasında
asılılığın mövcüd olmasının əsaslandırılması da daxildir, beləki, mənfəət əldə
etmək imkanı artdıqca, itkilərin yaranması riski də bir o qədər yüksək olur.
Dissertasiya işinin praktiki əhəmiyyəti. Mövzunun praktiki əhəmiyyəti
çox böyükdür. Tədqiqat işində apardığım təhlil Mərkəzi Bank tərəfindən həyata
keçirilən bank risklərinin idarə olunması siyasətinə bir daha nəzər yetirməyə imkan
6
yaradır və bununlada biz əldə olunmuş nailiyyətlər, bank risklərinin idarə olunması
siyasətinin həyata keçirilməsinin daha səmərəli üsulları, qarşıda duran problem və
onların mümkün həlli yollarına nəzər salmaq imkanı qazanırıq. Burada
səmərəliliyin artırılması məqsədilə müəyyən təkliflər öz əksini tapmışdır.
Mövzunun tələbilik dəəcəsidə yüksəkdir. Çünki hər bir ölkənin kredit sisteminin
inkişafının əsas hissəsini Mərkəzi Bankın həyata keçidiyi bank risklərinin idarə
olunması siyasəti təşkil edir, eləcə də respublikamızda. Tədqiqatın praktiki
əhəmiyyəti risklərin təsnif edilməsi və aktivlərin qiymətləndirilməsinə risklər
nöqteyi nəzərdən yanaşmadır. Kredit risklərinin idarə olunması ilə bağlı irəli
sürülmüş təkliflərin zamanda banklar tərəfindən istifadə edilməsi yollarının
mümkünlüyü məsələsinə də toxunulmuşdur.
Bu baxımdan “Bank riskləri və
onların idarə olunması” mövzusunda tətqiqat işi praktiki cəhətdən əhəmiyyətlidir.
Dissertasiya işinin orijinallığı və elmi yeniliyi bankların idarə olunması
üzrə fəaliyyətə risklərin təsirinin elmi-analitik tədqiqidir. Beləki, bank risklərinin
idarə olunması istiqamətində xarici təcrübənin öyrənilməsindən əldə edilən
nəticələrin Azərbaycanda bu sahədə yaranan problemlərin aradan qaldırılması üçün
onların tətbiqi, elmi-praktiki cəhətdən əsaslandırılmışdır. Tədqiqat işinin elmi
yeniliyi aşağıdakılardan ibarətdir:
1)Azərbaycanda bank risklərinin idarə olunması siyasətinin məqsəd, vəzifələri və
iqtisadi siyasətdə rolu kompleks şəkildə araşdırılmışdır;
2) Bank risklərinin idarə olunması siyasətinin tənzimləmə mexanizmlərinin geniş
şəkildə müəyyən edilməsi onun daha aydın anlaşılmasına imkan vermişdir;
3)Bank risklərinin idarə olunması siyasətinin formalaşmasının əsas xüsusiyyətləri
müəyyənləşdirilmişdir;
4)Bank risklərinin idarə olunması siyasətinin başlıca istiqamətləri təhlil
edilmişdir;
5)Mərkəzi Bankın bank risklərinin idarə olunması siyasətinin hazırlanması,
reallaşdırılması və onun makroiqtisadi siyasətdə rolunun təkmilləşdirilməsinə dair
təkliflər işlənib hazırlanmışdır.
7
Dissertasiya işi 112 səhvədən, giriş, 3 fəsil, 7 bölmə, nəticə və təkliflər,
istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr, xülasə və rus, ingilis dillərində
annotasiyalardan ibarətdir. Dissertasiya işinin I fəsili, məhz bank risklərinin
mahiyyəti və onun iqtisadi siyasətdə rolunu əhatə edir. Bu fəsildə bank risklərinin
mahiyyəti, məqsəd, vəzifələri və təsnifatı nəzərdən keçirilib. II fəsildə bank
risklərinin tənzimləmə metodları və alətləri, başlıca istiqamətlərindən bəhs edilib.
III fəsildə isə Azəbaycan Respublikasında həyata keçirilən bank risklərinin idarə
olunması siyasətinin müasir dövrdə hədəfləri və onun təkmilləşdirilməsi yolları, və
eləcə də, Məkəzi Bankın bank risklərinin idarə olunması siyasətinin işlənməsində
və reallaşdırılmasında məsul orqan kimi rolu barədə araşdırma aparılmışdır. Nəticə
və təkliflər bölməsində isə Azərbaycan Respublikasında bank risklərinin idarə
olunması siyasəti və onun təkmilləşdirilməsi istiqamətində nəticə çıxarılmış və
təkliflər irəli sürülmüşdür.
Dostları ilə paylaş: |