8
I FƏS L. Bank risklərinin nəzəri-metodoloji əsasları
1.1 Bank risləri anlayışı və onların təsnifatı
Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu əhəmiyyətli dərəcədə
artmışdır. Mərkəzi Bank tərəfindən qarşıda qoyulan məqsədlərə nail
olunmuş,inflyasiya məqbul səviyyədə saxlanılmış,iqtisadi artıma adekvat olaraq
pul təklifinin artımı təmin edilmiş, pul-kredit göstəriciləri əvvəlki ilə nisbətən daha
da yaxşılaşmış və bütün bunlar ölkədə mövcud olan makroiqtisadi sabtliyi daha da
möhkəmlətmiş,davamlı iqtisadi artımla müşayət olunan pozitiv iqtisadi prosesləri
gücləndirmişdir.
Dinamik iqtisadi artımın təmin edilməsində, regional inkişafının
dəstəklənməsində, özəl sektorun , xüsusilə kiçik və orta sahibkarlığın maliyyə
ehtiyacının təmin edilməsində ölkənin bank sistemi əhəmiyyətli rol oynamışdır.
Bankların minimal kapitalına tələbin artırılması bank sisteminin kapital
bazasını möhkəmləndirmiş, özəl bankların konsolidasiyasının təşviqinin
genişlənməsi isə bank sisteminin daha da irəlləşməsini təmin etmişdir.
Dövlət və özəl bakların intensiv sağlamlaşdırılması tədbrlərinin davam
etdirilməsi bank sisteminin davamlılığının möhkəmlənməsinə və onu maliyyə
vastəçilik funksiyasının yaxşılaşmasına əlverişli şərait yaratmışdır.
Qeyd olunanların nəticəsi olaraq son illərdə də banklar tərəfindən
iqtsadiyyata kredit qoyuluşlarının və əhalidən cəlb olunan əmanətlərin artması
tendensiyası davam etmişdir ki, bu da bank sisteminin iqtisadiyyatda,xüsusən də
sahibkarların maliyyə resurslarına olan təlabatının ödənilməsində rolunu
yüksəltmişdir.Beləki, son 10 ildə real iqtisadi artım 4 dəfədən çox artmış, strateji
valyuta ehtiyatları 42 dəfə, bank kreditləri 25 dəfə artmış, əhalinin əmanətləri isə
32 dəfə çoxalmışdır. ldən ilə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa
Kömək Milli Fondu xətti ilə böyük vəsaitlər ayrılmışdır. Son iki ildə sahibkarlara
güzəştli şərtlərlə 253 milyon manat kredit verilmişdir.Bank kreditlərinin həcminin
artımı əsasən fiziki və hüquqi şəxslərdən cəlb olunmuş vəsaitlərin artması hesabına
baş vermişdir.
Müasir cəmiyyətdə rəqabət mübarizəsinin kəskinləşdiyi şəraitdə bank
risklərinə diqqət artır. Banklar daha tez-tez hallarda bir-birinə qarşı sərt mövqe
tutur, daha artıq riskli əməliyyatlar və əqdlər aparılar. Bank fəaliyəti iktisadi
fəaliyətin elə bir katiqoriyasdir ki, orada subyektlər arasındakı qarşılıqlı
münasibıtlərdə sözsüz olaraq risk vardır.
9
Xalis terminoloji nöqteyi-nəzərindən “risk” italiyanca – risiko – təhlükə,
qorxu deməkdir: hərfi mənada isə sıldırımı, qayanı dolanmaq ifadəsini verir.
Maliyyə - kredit sözlüyündə bank riski “kredit idarələrinin həyata kecirdikləri
bank əməliyyatlarının spesifikasından irəli gələn itkilər təhlükəsi” kimi
səciyyələnir.
Professor A.A.Xandruyev risklərə arzuedilməz hadisələr gəlib catdığı zaman
təhlükə və ya itkilərin olması kimi yanaşır.
Rus alimi V.V.Kiselev daha mühüm bank risklərini 5 katiqoriyya bölür:
kredit riski;
likvidlik riski;
faiz dərəcələrinin dəyişilməsi ilə bağlı risk;
bazar riski;
ödəniş qabiliyyətsizliyi və ya müflisləşmə riski.
Bank fəaliyətinin mahiyəti ilə sıx süətdə baglı olan, bank riskinin
xüsusiyyəti ondadır ki, o, ictimayi məhsulun istehsalı və tədavülü proseslərini əks
etdirməklə, həm də mübadilə sferasında, tədiyyə dövriyyəsində meydana çıxır.
Azərbaycan bank sisteminin fəaliyyətində bank riski anlayışı keçən əsrin 90-cı
illərin əvəllərində Azərbaycan Respublikasında iqtisadi sistemin bazar
münasibətləri əsalarında quralmasının rəsmən qəbul edilməsi ilə bağlı meydana
cıxmışdır.
Ödəniş qabilətsizliyi riski bankın xərclərinin kritiki uzun dövr ərzində onun
gəlirlərindən yuxari olması zamanı meydana gəlir. Bu, o təhlükə ilə bağlıdır ki,
yığılan zərərlər və itkilərin bankın xüsusi kaptalından yuxarı qalxa bilməsi
səbəbindən bank öz öhtəliklərini yerinə yetirə bilməz.
Kredit riski. Bu risk borcalanın bank qarşısında öhdəliyinin vaxtında və ya
tam icra olunmaması nəticəsində yaranır.
Müasir şəraitdə kredit risklərinin idarə edilməsinin əsas problemi kredit prosesinin
hərtərəfli və dərin təhlili sisteminin ,sanballı metodiki bazanın olmaması və
natamam informasiya şəraitində düzgün olmayan idarəetmə qərarlarının qəbul
edilməsidir. Yuxarıda təfsilatlı olaraq göstərilən risklərin maliyyə təhlilçiləri
tərəfindən təhlili və qiymətləndirilməsi bankın rəhbərliyinə həmin risklərin mənfi
təsirlərinin minimuma endirilməsi imkanı verir. Yuxarıdan aşağıya qədər düzgün
idarəetmə və nəzarətin olması şəraitində risk lokallaşdırıla minimumlaşdırıla bilər
.
Risklərin idarə olunması zamanı bankın müxtəlif əməliyyat və proseslərlə
əlaqədar gələcəkdə məruz qala biləcəyi risklərin ayrı-ayrılıqda deyil, kompleks
şə
kildə təhlili risklərin minimuma endirilməsi və aradan qaldırılması baxımından
müəyyən üstünlüklər verir.
Dostları ilə paylaş: |