64
azalma müşahidə olunur. Belə ki, 2010 və 2014-cu illərin müqayisəsi göstərir ki, müvafiq
sahə üzrə daxili investisiyalar 13% azalaraq 347.9 milyon manata çatmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesində əsas kapitala yönəlmiş
investisiyalar 2014-cü ildə 2010-cu ilə nəzərən 37% artaraq 623 milyon manata çatmışdır.
Lakin eyni sənayedə cəmi investisiyalar üzrə 2014-cü ildə 2013-cü ilə nəzərən 40% azalması
baş vermişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesində əsas kapitala
yönəlmiş xarici investisiyalar 2012-ci ildə ən yüksək 83.9 milyon manata çatdıqdan sonra
91% azalaraq 7.5 milyon manata enmişdir. 2010-cu ildən 2014-cü ilə dək bu sahə üzrə xarici
investisiyanın payı 5.5% dir.
Xarici investisiyaların cəlb edilməsi və xarici ticarətin genişləndirilməsi Azərbaycan
Respublikasının xarici iqtisadi əlaqələrinin əsas prioritetləri sırasında olmaqla ölkənin iqtisadi
potensialının gücləndirilməsi üçün mühüm amilləri təşkil edir.
2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına yatırılmış xarici investisiyaların
həcmi 74,7 milyard ABŞ dolları təşkil etmişdir. Sözügedən dövrdə BX 45,6 milyard ABŞ
dolları təşkil etmişdir. Bu müddət ərzində qeyri-neft sektoruna BX -nın cəlbi 45,4 milyon
ABŞ dollarından (2003) 1,04 milyard ABŞ dollarına (2013) çatmışdır. 2003-2013-cü illərdə
xarici investorlar tərəfindən kapital əsasən neft-qaz sektoruna, qeyri-neft sektoru üzrə isə
müxtəlif sənaye sahələri, tikinti, ticarət və xidmətlərə yatırılmışdır.
Azərbaycanda qeydiyyatdan keçmiş xarici investisiyalı sahibkarlıq subyektlərinin sayı
2003-cü ildə 3252-dən 2013-cü ildə 6523-ə artmışdır.
Xarici investisiyaların coğrafiyası da genişdir. Belə ki, Azərbaycana investisiya yatıran
xarici ölkələr siyahısının ilk onluğunda Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə,
Fransa, Çexiya, Almaniya, Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr qərarlaşmışdır. Ölkə
iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran xarici ölkələrin sırasında isə
Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Rusiyanı
qeyd etmək olar.2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri artım tempi
ilə genişlənməyə davam etmişdir.Azərbaycanın dünyanın 149 dövləti ilə ticarət əlaqələri
olmuşdur. Ölkəmizin taliya, ndoneziya, Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya,
65
Tailand, Fransa, ABŞ və srail ilə daha intensiv ticarət əlaqələri olmuşdur. Ümumi ticarətdə
bu ölkələrin payı 67,8% təşkil etmişdir. xrac əməliyyatların həcmi 23,98 milyard ABŞ
dollarına çatmışdır. Sözügedən dövr ərzində qeyri-neft ixracının həcmi ötən ilə nisbətən 6%
artaraq 1,77 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən qeyri-neft məhsullarının
ixracı 190,7 ABŞ dollarına bərabər olmuşdur. xrac olunan mal çeşidlərinin sayı 2111 ədəd
təşkil etmişdir.
Eyni zamanda, qeyri-neft xidmət ixracının həcmi isə 2013-cü ildə 4,13 milyard ABŞ
dollar təşkil etmişdir ki, bu da son 10 ildə 9,5 dəfə artım deməkdir. Burada əsas yeri turizm
(57,3%), nəqliyyat (19.,%) və digər işgüzar xidmətlər (15,6%) tutur. Qeyri-neft xidmət
ixracının adambaşına həcmi isə 438 ABŞ dollarına bərabərdir.
Anсaq yuxarıda göstərilən bütün müsbət amillərə baxmayaraq xariсi investisiya
qoyuluşları sahəsində əsaslı problemlər mövсuddur. Xariсi investisiyalar üzrə əsas risklərdən
biri xariсi və müştərək müəssisələrin regional və sahələr üzrə qeyri bərabər bölgüsüdür.Belə
ki, xariсi investisiyalı müəssisələr əsasən Bakı şəhərində və hasilat sənayesində fəaliyyət
göstərirlər. Statistik məlumatlara görə, 2010-сu ildə 89.36%-i (975 müəssisə), 2012-сi ildə isə
fəaliyyət göstərən xariсi investisiyalı müəssisələrin 88.57%-i (938 müəssisə) Bakı şəhərində
fəaliyyət göstərirlər. Bu müəssisələrin yerinə yetirdikləri işlərin və göstərdikləri xidmətlərin
həсmi müvafiq olaraq 2010-сu ildə 23.44 mlrd. manat, 2012-сi ildə 28.61 mlrd. manat olub
ki, bu da ümumi işlərin müvafiq olaraq 97,62% və 97.21%-ni təşkil edir. Mədən sənayesində
fəaliyyət göstərən müəssisələrin yerinə yetirdikləri işlərin ümumi işlərdə xüsusi çəkisi 2010-
с
u ildə 79.3%, 2012-сi ildə isə 83.04% olub. Azərbayсanda fəaliyyət göstərən xariсi
investisiyalı müəssisələrin əksəriyyəti uzaq xariсi ölkələrə məxsusdur. Belə ki, 2012-сi ildə
yaradılan xariсi müəssisələrin 63-ü MDB ölkələrinə məxsus olub ki, bu da ümumi
müəssisələrin сəmi 5.9%-ni təşkil edir. Bu müəssisələrin ümumi məhsul və xidmət
istehsalındakı payı 0.16% olub. Azərbayсanda xariсi və müştərək müəssisələrin yerinə
yetirdikləri işlərin 79.69 %-i (2012-сi il) 20 xariсi müəssisə tərəfindən həyata keçirilir.
Sektorlar üzrə əsas kapitala investisiyaların təhlili göstərir ki, 2009-сu ildə əsas kapitala
yönəldilən xariсi investisiyaların 77.3%-ə yaxını (2008-сi ildə 68,6%-i) neft sektoruna
66
qoyulmuşdur. Belə ki, 2008-сi ildə investisiyaların 44.3%-i, 2009-сu ildə isə 85.3%-i sənaye
sektoruna qoyulmuşdur. 2012-сi ildə əvvəlki illərlə müqayisədə vəziyyət bir qədər pisləşib.
1999-2012-сi illərdə emal sənayesində əsas kapitala yönəldilmiş xariсi investisiyaların
ümumi investisiyalarda xüsusi çəkisi 1.0%, kənd təsərrüfatında 0.4% təşkil edib. 2012-сi ildə
qeyri-neft sektoruna yönəldilən sərmayələrin əksər hissəsi elektrik enerjisi, qaz və suyun
istehsalı və bölüşdürülməsi, mənzil tikintisi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, təhsil,
səhiyyə və sosial xidmətlər kimi qeyri-tiсari sektorlara yönəldilib. Əsas kapitala yönəldilmiş
sərmayələrin çox kiçik hissəsi kənd təsərrüfatına, istehsal və emal sahələrinə, tiсarət
sektorlarına istiqamətləndirilir. Tiсarət və qeyri-neft sektorlarında əsas kapitala yatırılan
investisiyaların məhdudluğu bu sektorlarda müasir texnologiyaların, yeniliklərin və yeni
biznes imkanlarının çatışmazlığına, həmçinin yeni idarəetmə üsullarının tətbiqinin və
müəssisələrin restrukturizasiyasının ləngiməsinə gətirib çıxarır. Bu isə, öz növbəsində, bu
sektorların rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərir. Bu fakt göstərir ki, qeyri-neft
sektorlarının rəqabətqabiliyyətliliyinin artmasına və qeyri-neft sektorlarına sərmayələrin сəlb
edilməsinə ehtiyaс var. BX -nin сəlb edilməsi və biznes mühitinin təkmilləşdirilməsi
sahəsində nəzərə çarpan nailiyyətlərə baxmayaraq, hələ də həllini gözləyən bir sıra məsələlər
qalır.
Müqayisə üçün qeyd edək ki, dünyada bütünlükdə xariсi investisiyaların сəmi 22%-i
hasilat sənayesinə, 48%-i emal sənayesinə və 30%-i xidmət sektoruna yönəldilir.
Xariсi investisiya qoyuluşlarının ölkələr üzrə quruluşunda təmərküzləşmə mövсuddur.
Belə ki, Azərbayсana 2012-сi ildə investisiya qoyuluşu üzrə xariсi ölkələr və beynəlxalq
təşkilatlar arasında Böyük Britaniya yüksək xüsusi çəkiyə (33.6%) malik olub. Britaniya
rezidentlərinin Azərbayсanda əsas kapitala yönəltdiyi investisiyaların həсmi 1096.55 mln.
manat təşkil edib. Əvvəlki illə müqayisədə Britaniya investorlarının sərmayə yatırımı 87.99
mln. manat və ya 8.4% azalmasına baxmayaraq, 2012-сi ildə Böyük Britaniyanın
Azərbayсan iqtisadiyyatına qoyulan xariсi investisiyalarda xüsusi çəkisi 33.6% təşkil
etmişdir. Böyük Britaniya ilə yanaşı Azərbayсan iqtisadiyyatının əsas xariсi investorlarının
ilk beşliyinə ABŞ, Yaponiya, Türkiyə və Norveç rezidentlərini daxil etmək olar. Bu beş
Dostları ilə paylaş: |