70
-Azərbaycanın maşınqayırma sənayesinin inkişafının sürətləndirilməsi, istehsal olunan
məhsulların xarici bazarlara çıxarılmasının və rəqabətədavamlılığının təmin edilməsi, neft-
maşınqayırma sənayesinin inkişafının bərpa edilməsi;
- zəngin ehtiyatlara malik qara və əlvan metallurgiyanın inkişaf etdirilməsi;
- yüngül sənayenin inkişafının müasir tələblərə uyğunlaşdırılması, daxili və xarici
bazarlarda bu məhsulların rəqabətqabiliyyətinin yüksəldilməsi;
-yeyinti məhsullarının rəqabətədavamlılığının təmin edilməsi ucun qiymətli bioloji
komponentlərlə zəngin yerli xammaldan istifadə etməklə məhsulların mənimsənilməsi, bu
məhsulların bioloji dəyərliliyinin və dad keyfiyyətinin artırılması;
- ölkədə yeni və müasir sahə olan nanotexnologiyanın inkişafına nail olunması, bu
sahədə olan bütün imkanların səfərbər edilməsi;
- respublikada kosmik sənayenin yaradılması, inkişafı üçün işlərin sürətləndirilməsi;
- gəmiqayırma sahəsində tədbirlərin genişləndirilməsi və bu sahənin inkişaf
imkanlarının artırılması;
- elektron və digər avadanlıqların istehsalının genişləndirilməsi, bu sahədə
ixtisaslaşmanın dərinləşdirilməsi;
-tikinti materialları sənayesinin inkişaf etdirilməsi, bu sahədə mövcud olan xammal və
ehtiyatlardan istifadənin ekoloji cəhətdən səmərəliliyinin artırılması.
Sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların
modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal
edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının
genişləndirilməsi qeyri-neft sənayesinin əsas inkişaf prioritetləridir.Qeyri-neft sənayesinin
prioritet inkişafını, bu sahədə dayanıqlı artım tempini təmin etmək üçün ölkədə zəruri
tədbirlər həyata keçirilməlidir. Ilk növbədə sənaye sahəsində yüksək texnoloji və elm tutumlu
istehsal sahələrinin inkişafına üstünlük verilməsidir; müəssisələrin texniki-texnoloji cəhətdən
yenidən qurulması, müasir idarəetmə metodlarının tətbiqinə diqqət artırılmalıdır; müqayisəli
üstünlüyə malik və rəqabətədavamlı sənaye məhsullarının istehsalının genişləndirilməsi vacib
məsələdir; idxalı əvəz edəcək və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması;
71
sənaye klasterlərinin yaradılması və sənayenin strukturunun seçilmiş inkişaf istiqamətlərinə
uyğun olaraq yenidən qurulması; investisiya-innovasiya proseslərinin stimullaşdırılması,
enerji və resursa qənaət edən, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinin
sürətləndirilməsi; investisiya mənbələrinin müəyyənləşdirilməsi və səmərəliliyinin
artırılması; sənayenin inkişaf tempinin və əmək məhsuldarlığının yüksəldilməsinin
prioritetliyinin təmin edilməsi; dünya sənaye əmtəələri bazarının cari və gələcək
konyunkturası haqqında informasiyalara malik marketinq sisteminin yaradılması; qeyri-neft
sənayesində innovasiya fəallığının yuksəldilməsi ilə bağlı qanunverici bazanın
təkmilləşdirilməsi və bu sahədə stimullaşdırıcı mexanizmlərin tətbiqi; qeyri-neft sənayesinin
inkişaf etdirilməsi məqsədilə sənaye şəhərciklərinin, texnoparkların, xususi iqtisadi zonaların
yaradılması; vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili
bazarın qorunması sisteminin möhkəmləndirilməsi; elmi-texniki və konstruktor işlərinin
genişləndirilməsi, patent fəaliyyətinin gücləndirilməsi məsələləri həllini tapmalıdır.
Qlobal rəqabət mühitində inkişaf etməkdə olan qeyri-neft sənayesi ənənəvi sahələrlə
yanaşı, yeni məhsul istehsalı üzərində qurulan müasir tipli sahələrin yaranması ilə də
xarakterizə olunmalıdır.
Azərbaycan iqtisadiyyatının və sənayesinin rəqabətqabiliyyətli inkişafı ilk növbədə
iqtisadi artımın yeni keyfiyyətini təmin edən bilik iqtisadiyyatına keçidi tələb edir.Onun
başlıca xarakteristikası isə yüksək texnologiyalı sahələrin dinamik inkişafı, tədqiqat və
işləmələrə investisiya qoyuluşunun intensiv artımı, məhsul və xidmətlərin elm
tutumluluğunun, müəssisələrin innovasiya fəallığının yüksəldilməsi və iqtisadiyyatda
innovasiya mənfəətinin artırılmasına nail olunmasıdır.
Mövcud ehtiyatlardan maksimum istifadə edərək onların qeyri-neft sənayesinin
tələbatlarının ödənilməsinə yönəldilməsi istiqamətliyi təmin olunmalıdır. Bu amilin
reallaşdırılması üçün elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri əsasında istehsalın daha da
inkişaf etdirilməsi və hərtərəfli formalaşdırılmış müasir sənaye sahələrinin təşəkkülü prosesi
həyata keçirilməlidir.
72
Qeyri-neft sənayesinin strukturunda aparılan keyfiyyət dəyişiklikləri iqtisadi siyasətin
mühim tərkib hissəsinə çevrilməlidir.Sabit iqtisadi artımın əsas mənbəyi kimi yeni texnoloji
bazanın müasirləşdirilməsi vəzifəsi təmin olunmalıdır.Mövcud köhnə istehsal fondlarının və
texnologiyaların həcminin tədricən azaldılması, kapital axınının köməyi ilə yenilərinin
payının artması prosesi davam etdirilməlidir.
Xammalyönümlü iqtisadiyyatdan innovasiyayönümlü iqtisadiyyata keçid qeyri-neft
sənayesi sahələrində əsas hədəflərdən birinə çevrilməlidir. Azərbaycanda hasilat və emal
sənaye sahələri arasında əlaqəni gücləndirməklə rəqabətqabiliyyətli məhsul istehsalına nail
olunmalıdır. Sənaye istehsalının inkişafında istehsalın innovasiya tutumlu bazasının
yeniləşməsi, onun səmərəliliyinin və rəqabətqabiliyyətliyinin artmasına cavab verən sahə
strukturunun formalaşması prosesi təmin edilməlidir.
Yanacaq-energetika kompleksi məhsul və xidmətlərin əsas sifarişçisi rolunu öz üzərinə
götürməklə bu sahə bir-birini qarşılıqlı surətdə tamamlayan yanacaq-energetika kompleksi,
neft maşınqayırması və metallurgiyanın birləşməsi kimi qırılmaz əlaqəliliyi təmin
etməlidir.Belə inkişaf tendensiyası maşınqayırmanın bərpasına və metallurgiyanın rasional
inkişafına, istehsal gücündən maksimal istifadə edilməsinə, bahalı xarici avadanlıq və
texnologiyaların alınmasının azalmasına gətirib çıxaracaqdır.Kimya və neft-kimya sahələri
investisiya layihələri üçün cəlbedici sahələrdəndir, neft-qaz hasilatı ölkədə kimya və neft-
kimya sahələrinin əsas inkişaf hədəflərinin müəyyən edilməsində önəmli rol oynamalıdır.
Ölkədə yerli xammal və resurslardan qeyri-neft sənayesində istifadə əlaqəliliyi
gücləndiriləcəkdir.Bütün bu bağlılıq xammal-resurs, emal və istehsal sənaye sahələrinin
inkişafını stimullaşdıracaqdır.
Qeyri-neft sənaye müəssisələrinin restrukturizasiyasının aparılmasında müəyyənedici
istiqamət yüksək texnoloji, elmtutumlu istehsalın inkişafıdır.Bu inkişaf meyli
rəqabətqabiliyyətli məhsul buraxılışını və onun xarici bazarlara çıxışını təmin edəcək.
Regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə
müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması siyasəti həyata keçirilməlidir.
Proqramın əhatə etdiyi dövrdə ölkədə qeyri-neft sənaye sahələrindən olan metallurgiya,
Dostları ilə paylaş: |