76
- Xarici bazarlarda brendləşdirmə, mal və xidmətlərin təşviqi işlərinin
təkmilləşdirilməsi;
- Xarici bazarlara qeyri-neft ixracının stimullaşdırılması vasitəsilə ixrac coğrafiyasının
genişləndirilməsi və mal diversifikasiyasının təmin edilməsi;
- nvestisiyaların və ixracın təşviqi üzrə institutsional çərçivənin daha da
təkmilləşdirilməsi.
Effektiv surətdə biznes mühitinin təkmilləşdirilməsi, ölkənin investisiya imicinin
təşviqi, xarici investisiyaların stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi
ortamüddətli və uzunmüddətli perspektivdə aşağıdakı hədəflərə nail olmağa mühüm töhfə
verəcəkdir:
- Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30
ə
n qabaqcıl ölkələr sırasına daxil olacaqdır;
- ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin
intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaqdır;
- qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal
infrastrukturunun genişləndirilməsi üçün birbaşa xarici investisiyalar cəlb ediləcək;
- qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaqdır;
- ixracyönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət vəözəl sektorun
investisiya sahəsində əməkdaşlığı inkişaf etdiriləcəkdir;
- idxal-əvəzləyici məhsulların istehsalına, yüksək rəqabətqabiliyyətli və ixrac
potensialına malik sahələrə xarici investisiyalar vasitəsilə yeni texnologiyalar, “nou-hau” və
biliklər cəlb ediləcəkdir;
- qeyri-neft sahələrinin inkişaf etdirilməsi vəixrac imkanlarının artırılması üçün
stimullaşdırıcı mexanizmlərin tətbiqi iləyanaşı beynəlxalq bazarlara çıxışda və xarici
bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyi
artırılacaqdır;
- işçi qüvvəsinin keyfiyyəti yaxşılaşdırılacaq, yüksək ixtisaslı və rəqabətə davamlı kadr
potensialı formalaşdırılacaqdır;
77
- xarici bazarlara qeyri-neft ixracının stimullaşdırılması vasitəsilə ixrac coğrafiyası
genişləndiriləcək və mal diversifikasiyası təmin ediləcəkdir.
3.2. Qeyri-neft sektorunda investisiya mühitinin ə lveriş liyi və onun yüksə ldilmə si yolları
nvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədi ilə ölkədə
investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun
üçün aşağıda qeyd olunantədbirlər həyata keçirilir:
- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi;
- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət
mühitinin yaradılması;
- stabil normativ-hüquqi rejimin təmin edilməsi məqsədi ilə dövlətin rolunun artırılması;
- investisiya fəaliyyətinin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi;
- investisiya obyektlərinin seçimi və təhlili məqsədi ilə müəssisələr haqqında
investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması;
- əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir
institutsional infrastrukturun inkişaf prosesinə yardımın artırılması;
- biznesin informasiya təminatının yaxşılaşdırılmasına, mühasibat uçotunun və
statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması.
Xarici investorların iqtisadi maraqlarının qorunması baxımından Azərbaycan
iqtisadiyyatının üstünlüklərini iki qrupda cəmləmək mümkündür: 1-ci qrup amillər bütün
inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana xas olan üstünlüklərdir. 2-ci qrup
üstünlüklər isə birbaşa Azərbaycana aid olan üstünlüklərdir. nkişaf etməkdə olan ölkələrə, o
cümlədən Azərbaycana aid olan üstünlüklər aşağıdakılardır:
1) nkişaf etməkdə olan ölkə olduğuna görə inkişaf potensialı inkişaf etmiş ölkələrlə
müqayisədə dəfələrlə çoxdur. Daha çoxinkişaf daha çox gəlir əldə etmək imkanı deməkdir.
Bu prinsip dünyadakı transmilli şirkətləri daha çox inkişaf etməkdə olan ölkələrə investisiya
qoymağa həvəsləndirir.
78
2) Yerli firmalar zəif inkişaf etdiyindən, daxildə rəqabət güclü deyil.
3) nkişaf etməkdə olan ölkələr yüksək risk qarşılığında daha çox gəlir əldə etmək
imkanına malikdirlər.
4) nkişaf etməkdə olan ölkələrdə xarici investorlar bürokratik əngəllərlə yerli
investorlarlarla müqayisədə daha az üzləşirlər.
Birbaşa Azərbaycana xas olana üstünlüklərdən aşağıdakıları göstərmək olar:
1) Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə malik olması ilə yanaşı, burada
inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (hava, su, dəmiryolu və avtomobil
yolları, neftvə qaz kəmərləri) vardır. Bu, xariclə intensiv əlaqələr yaratmaq imkanını
asanlaşdırır;
2) zəngin təbii-iqtisadi potensiala (zəngin mineral-xammal ehtiyatları, məhsuldar
torpaqlar, əlverişli təbii-iqlim şəraiti, bol və ucuz işçi qüvvəsi və s.) malikdir;
3) bir sıra müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və
infrastruktur obyektləri mövcuddur;
4) güclü elmi-texniki potensial və ixtisaslı kadr ehtiyatı vardır;
5) xarici investisiyaların cəlb olunması və onun müdafiəsi,xarici iqtisadi əlaqələrin
liberallaşdırılması və inkişafı haqqında bir sıra vacib qanunların və hüquqi-normativ aktların
qəbulolunması və onların həyata keçirilməsi üçün təşkilati-idarəetmə mexanizminin
yaradılması;
6) dünyanın bir sıra nüfuzlu xarici şirkətləri ilə birgə təsərrüfatçılıq fəaliyyəti ilə məşğul
olan müəssisələrin yaradılması;
7) Dünyanın aparıcı ölkələri ilə dövlətlərarası iqtisadi müqavilələrin bağlanması,
beynəlxalq müqavilə və sazişlərə qoşulma,beynəlxalq və regional iqtisadi birliklərə və
təşkilatlara daxil olma və s.Ölkəmizin malik olduğu bu üstünlüklərdən istifadə edərək xarici
investisiyaların cəlb edilməsini sürətləndirmək və biznesin inkişafına mane olan
məhdudiyyətləri aradan qaldırılmaq lazımdır.
Qeyd edək ki, xarici investorlar keçid iqtisadiyyatlı ölkələrə investisiya qoyarkən 3 əsas
riski qiymətləndirirlər:
Dostları ilə paylaş: |