85
3.3. Qeyri-neft sektoruna investisiya qoyuluşunun stimullaşdırılması mexanizmlərinin
tə kmilləş dirilmə si istiqamə tlə ri
Keçid dövrünü artıq başa çatdırmış Azərbaycan Respublikasının qarşısında yeni
çağırışlar və strateji vəzifələr durur. Sürətli qloballaşma və beynəlxalq iqtisadi inteqrasiya
prosesləri fonunda beynəlxalq bazarda ixtisaslaşma güclənir, innovasiyalara söykənən və
yüksək əlavə dəyər yaradan elm tutumlu iqtisadiyyat modelinə üstünlük verilir. Bu isə qlobal
və regional səviyyədə rəqabətin kəskin artmasına səbəb olur.
Belə bir şəraitdə Azərbaycan Respublikasının qarşısında duran növbəti strateji vəzifə
daha da şaxələndirilmiş, yüksək rəqabət qabiliyyətliliyə, məhsuldarlığa və səmərəliliyə malik
ixrac yönümlü iqtisadiyyata transformasiyanın təmin edilməsindən ibarətdir. Bu vəzifə
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, elm tutumlu iqtisadiyyatın formalaşdırılması,
makroiqtisadi sabitliyin qorunması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması,
özəl sektorun dəstəklənməsi, qabaqcıl texnologiyaların və təcrübənin tətbiqi, insan kapitalının
inkişaf etdirilməsi, xarici ticarət və investisiyaların təşviqini nəzərdə tutur. nvestisiya
mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, ölkənin
investisiya imicinin təşviqi də mühüm tədbirlər sırasında olmalıdır. Bu məqsədlə bir sıra
mühüm tədbirlər həyata keçirilə bilər:
- Ölkənin investisiya potensialının təşviqi və prioritet sahələrə birbaşa xarici
investisiyaların cəlb edilməsi məqsədi ilə müntəzəm ölkədə və xaricdə biznes forumların və
digər işgüzar tədbirlərin təşkili;
- nvestisiya yönümlü mötəbər beynəlxalq tədbirlərdə iştirakın genişləndirilməsi;
- Ölkənin iqtisadi potensialını, təbii resurslarını, investisiya mühitini, imkanlarını və
layihələrini, o cümlədən ölkədəki prioritet sahələri təşviq edən təşviqat materiallarının və
elektron resursların hazırlanması və yayılması;
- xtisaslaşmış mötəbər beynəlxalq kütləvi informasiya vasitələrində (K V) ölkənin
təşviqatının aparılması.
86
Ölkədə investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində müvafiq dövlət
qurumları fəaliyyət göstərir:
“Azə rbaycan nvestisiya Ş irkə ti" ASC
“Azərbaycan nvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (A Ş) Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli “ nvestisiya fəaliyyətinin
təşviqi üzrə əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaradılmışdır. A Ş-in əsas məqsədi
mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz
vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində
iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
Azərbaycanda xracın və nvestisiyaların Təşviqi Fondu (AZPROMO)
Dövlət və özəl sektorun birgə təşəbbüsü olan Azərbaycanda xracın və nvestisiyaların
Təşviqi Fondu (AZPROMO) Azərbaycan Respublikasının qtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən 2003-cü ildə təsis edilmişdir. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici
investorlar, yerli istehsalçılar və hökumət arasında körpü funksiyasını həyata keçirməkdən
ibarətdir.
Bunlarla yanaşı, sənayeyə dəstək tədbirləri sırasına ölkədə sənaye parklarının və sənaye
məhəllərinin
yaradılması,
bununla
ə
laqədar
investisiyaların
stimullaşdırılması
mexanizmlərinin tətbiqedilməsini göstərmək olar.Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə”yə görə sənaye parkı ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər
müəyyən edilə bilər:
- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikası Vergi
Məcəlləsinə əsasən, sənaye parklarının rezidentləri üçün geniş güzəştlər tətbiq edilir.
Qanunvericiliyə əsasən rezidentlər 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, eləcə
də istehsal məqsədi ilə idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar);
- sənaye parkının infrastrukturla təmin edilməsi;
- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;
- güzəştli kreditlərin verilməsi;
87
- inzibati prosedurların sadələşdirilməsi;
- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;
- istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və
məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli, 186 nömrəli
Qərarı ilə təsdiq olunan “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə görə sənaye
məhəlləsi ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:
- “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-
ci hissəsinə və “ carə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci
hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə
müəyyən edilməsi;
- Güzəştli kreditlərin verilməsi;
- nzibati prosedurların sadələşdirilməsi;
Eyni zamanda, son dövrlərdə ölkəmizdə milli valyutanın devalvasiyası və “üzən
məzənnə” rejiminə keçidlə əlaqədar olaraq, makroiqtisadi sabitliyin təmin olunması
məqsədilə qeyri-neft sektoruna investisiyaların, xüsusilə xarici investisiyaların cəlb edilməsi,
sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin formalaşdırılması istiqamətində yalnız 2015-
ci il ərzində bir sıra qərarlar qəbul edilmişdir:
-
nvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
;
-
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı,
buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə
dəyər vergisindən azad olunmuşdur. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla
növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enmişdir.
-
“Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların
sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr
Dostları ilə paylaş: |