Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

76 

 

-  Xarici  bazarlarda  brendləşdirmə,  mal  və  xidmətlərin  təşviqi  işlərinin 



təkmilləşdirilməsi;  

- Xarici bazarlara qeyri-neft ixracının stimullaşdırılması vasitəsilə ixrac coğrafiyasının 

genişləndirilməsi və mal diversifikasiyasının təmin edilməsi;  

-  nvestisiyaların  və  ixracın  təşviqi  üzrə  institutsional  çərçivənin  daha  da 

təkmilləşdirilməsi.  

Effektiv  surətdə  biznes  mühitinin  təkmilləşdirilməsi,  ölkənin  investisiya  imicinin 

təşviqi, xarici investisiyaların stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi 

ortamüddətli  və  uzunmüddətli  perspektivdə  aşağıdakı  hədəflərə  nail  olmağa  mühüm  töhfə 

verəcəkdir: 

Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 

ə

n qabaqcıl ölkələr sırasına daxil olacaqdır;  



-  ölkənin  qeyri-neft  sektoruna  yerli  və  xarici  investisiyaların  cəlb  edilməsinin 

intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaqdır;  



qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal 

infrastrukturunun genişləndirilməsi üçün birbaşa xarici investisiyalar cəlb ediləcək;  



qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaqdır;  

-  ixracyönümlü  qeyri-neft  sektorunun  inkişafı  məqsədilə  dövlət  vəözəl  sektorun 

investisiya sahəsində əməkdaşlığı inkişaf etdiriləcəkdir;  



-  idxal-əvəzləyici  məhsulların  istehsalına,  yüksək  rəqabətqabiliyyətli  və  ixrac 

potensialına malik sahələrə xarici investisiyalar vasitəsilə yeni texnologiyalar, “nou-hau” və 

biliklər cəlb ediləcəkdir;  

-  qeyri-neft  sahələrinin  inkişaf  etdirilməsi  vəixrac  imkanlarının  artırılması  üçün 

stimullaşdırıcı  mexanizmlərin  tətbiqi  iləyanaşı  beynəlxalq  bazarlara  çıxışda  və  xarici 

bazarlarda  rəqabət  gücünün  artırılmasında  sahibkarlara  göstərilən  dövlət  dəstəyi 

artırılacaqdır;  



işçi qüvvəsinin keyfiyyəti yaxşılaşdırılacaq, yüksək ixtisaslı və rəqabətə davamlı kadr 

potensialı formalaşdırılacaqdır;  




77 

 

-  xarici  bazarlara  qeyri-neft  ixracının  stimullaşdırılması  vasitəsilə  ixrac  coğrafiyası 

genişləndiriləcək və mal diversifikasiyası təmin ediləcəkdir. 

 

 



3.2. Qeyri-neft sektorunda investisiya mühitinin əlverişliyi və onun yüksəldilməsi yolları 

nvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədi ilə ölkədə 

investisiya  mühitinin  daha  da  yaxşılaşdırılması  qarşıda  duran  əsas  vəzifələrdəndir.  Bunun 

üçün aşağıda qeyd olunantədbirlər həyata keçirilir:  

- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi;  

- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət 

mühitinin yaradılması;  

- stabil normativ-hüquqi rejimin təmin edilməsi məqsədi ilə dövlətin rolunun artırılması;  

- investisiya fəaliyyətinin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi;  

-  investisiya  obyektlərinin  seçimi  və  təhlili  məqsədi  ilə  müəssisələr  haqqında 

investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması;  

-  əmanətlərin  investisiyalara  səmərəli  transformasiyasını  təmin  edən  müasir 

institutsional infrastrukturun inkişaf prosesinə yardımın artırılması;  

-  biznesin  informasiya  təminatının  yaxşılaşdırılmasına,  mühasibat  uçotunun  və 

statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması.  

Xarici  investorların  iqtisadi  maraqlarının  qorunması  baxımından  Azərbaycan 

iqtisadiyyatının  üstünlüklərini  iki  qrupda  cəmləmək  mümkündür:  1-ci  qrup  amillər  bütün 

inkişaf  etməkdə  olan  ölkələrə,  o  cümlədən  Azərbaycana  xas  olan  üstünlüklərdir.  2-ci  qrup 

üstünlüklər isə birbaşa Azərbaycana aid olan üstünlüklərdir.  nkişaf etməkdə olan ölkələrə, o 

cümlədən Azərbaycana aid olan üstünlüklər aşağıdakılardır: 

1)  nkişaf  etməkdə  olan  ölkə  olduğuna  görə  inkişaf  potensialı  inkişaf  etmiş  ölkələrlə 

müqayisədə dəfələrlə çoxdur. Daha çoxinkişaf daha çox gəlir əldə etmək imkanı deməkdir. 

Bu prinsip dünyadakı transmilli şirkətləri daha çox inkişaf etməkdə olan ölkələrə investisiya 

qoymağa həvəsləndirir. 




78 

 

2) Yerli firmalar zəif inkişaf etdiyindən, daxildə rəqabət güclü deyil. 



3)  nkişaf  etməkdə  olan  ölkələr  yüksək  risk  qarşılığında  daha  çox  gəlir  əldə  etmək 

imkanına malikdirlər. 

4)  nkişaf  etməkdə  olan  ölkələrdə  xarici  investorlar  bürokratik  əngəllərlə  yerli 

investorlarlarla müqayisədə daha az üzləşirlər. 

Birbaşa Azərbaycana xas olana üstünlüklərdən aşağıdakıları göstərmək olar: 

1) Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə malik olması ilə yanaşı, burada 

inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (hava,  su, dəmiryolu və avtomobil 

yolları,  neftvə  qaz  kəmərləri)  vardır.  Bu,  xariclə  intensiv  əlaqələr  yaratmaq  imkanını 

asanlaşdırır; 

2)  zəngin  təbii-iqtisadi  potensiala  (zəngin  mineral-xammal  ehtiyatları,  məhsuldar 

torpaqlar, əlverişli təbii-iqlim şəraiti, bol və ucuz işçi qüvvəsi və s.) malikdir; 

3) bir sıra müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və 

infrastruktur obyektləri mövcuddur; 

4) güclü elmi-texniki potensial və ixtisaslı kadr ehtiyatı vardır; 

5)  xarici  investisiyaların  cəlb  olunması  və  onun  müdafiəsi,xarici  iqtisadi  əlaqələrin 

liberallaşdırılması və inkişafı haqqında bir sıra vacib qanunların və hüquqi-normativ aktların 

qəbulolunması  və  onların  həyata  keçirilməsi  üçün  təşkilati-idarəetmə  mexanizminin 

yaradılması; 

6) dünyanın bir sıra nüfuzlu xarici şirkətləri ilə birgə təsərrüfatçılıq fəaliyyəti ilə məşğul 

olan müəssisələrin yaradılması; 

7)  Dünyanın  aparıcı  ölkələri  ilə  dövlətlərarası  iqtisadi  müqavilələrin  bağlanması, 

beynəlxalq  müqavilə  və  sazişlərə  qoşulma,beynəlxalq  və  regional  iqtisadi  birliklərə  və 

təşkilatlara daxil olma və s.Ölkəmizin malik olduğu bu üstünlüklərdən istifadə edərək xarici 

investisiyaların  cəlb  edilməsini  sürətləndirmək  və  biznesin  inkişafına  mane  olan 

məhdudiyyətləri aradan qaldırılmaq lazımdır.  

Qeyd edək ki, xarici investorlar keçid iqtisadiyyatlı ölkələrə investisiya qoyarkən 3 əsas 

riski qiymətləndirirlər:  



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə