Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

79 

 

a) makro-iqtisadi sabitlik-iqtisadi artım, inflyasiya, valyuta məzənnə riski və s.  



b)  institutusional  risk  –  xarici  investisiya  mühiti,  vergi  rejimi,  hüquqi  tənzimləmə  və 

korrupsiyanın səviyyəsi;  

c) siyasi risklər –siyasi sabitlik, siyasi azadlıqlar və s. 

Azərbaycanın  ümumi  investisiya  siyasəti  hazırlanarkən  göstərilən  risklərin  minimuma 

endirilməli, daxili istehsal və istehlak bazarına investorların daxil olmasına şərait yaradılmalı, 

istehsal sahəsinə xarici investisiyaların 2 ildən artıq müddətə cəlb edilməsi stimullaşdırılmalı, 

xarici  investorlara  kapital  qoyuluşu  üçün  biznes  mühitinin  cəlbedici  olduğu  haqqında  tam 

məlumat  verən  və  beynəlxalq  təşkilatlar  tərəfindən  müəyyən  edilən  reytinqlərin  artırılması 

istiqamətində iş aparan dövlət (regional) agentlikləri yaradılmalıdır. Qeyd edək ki, dünyanın 

aparıcı təşkilatlarının müəyyən etdiyi reytinq hər bir ölkə, xüsusilə də iqtisadiyyatında xarici 

inve stisiyaya daha çox ehtiyac duyan ölkə üçün çox əhəmiyyətlidir. Xarici şirkətlər hər hansı 

bir  ölkə  iqtisadiyyatına  investisiya  qoyarkən  beynəlxalq  təşkilatların  həmin  ölkə  üzrə 

qiymətləndirdiyi investisiya və biznes mühitini əks etdirən göstəricilərə böyük önəm verirlər. 

Son  illər  Azərbaycan  iqtisadiyyatında  liberallaşma,  özəlmülkiyyətin  inkişafı,  biznes 

mühitinin  yaxşılaşdırılması  və  xarici  investisiyalara  əsaslı  güzəştlərin  verilməsi  sahəsində 

mühüm islahatların aparılmasına baxmayaraq, beynəlxalq təşkilatların reytinqində ölkəmizin 

tutduğu mövqeyi daha da yüksəltmək imkanları vardır. Ölkələr xarici investorları cəlb etmək 

üçün  iqtisadiyyatda  daha  geniş  liberallaşma  həyata  keçirərək  investisiya  mühitini 

yaxşılaşdırmağa çalışırlar. UNCTAD-ın məlumatına əsasən, 2010-cu ildə dünya ölkələrində 

dövlət  tənzimlənməsində  149  dəyişiklik  edilib.  Bu  dəyişikliklərin  101-i  liberallaşma  və 

məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, maliyyə böhranı ilə əlaqədar 

olaraq  xarici  investisiyaların  cəlbi  ilə  bağlı  liberallaşdırılma  prosesləri  nisbətən  zəifləyib. 

Müqayisə  üçün  qeyd  edək  ki,  2004-cü  ildə  iqtisadi  tənzimləmədə  270  dəyişiklik  olub.  Bu 

dəyişikliklərin 234-ü yumşaldılmaya aiddirAzərbaycan son on il ərzində iqtisadi sahədə misli 

görünməmiş inkişaf dövrünü yaşayır.  Bu dövr ərzində sənaye istehsalı üç dəfə artmış, ölkədə 

işsizlik  kəskin  şəkildə  azalmışdır.  Hazırda  işsizlik  səviyyəsi  ölkədə  beş  faiz  həddindədir. 




80 

 

Xarici  dövlət  borcu  ümumi  daxili  məhsulun  cəmi  12  faizini  təşkil  edir.  Bu  hədd  müasir 



böhran şəraitində dünya miqyasında ən uğurlu nəticələrdən biri kimi qiymətləndirilir. 

Ölkədə qeyri-neft sektorunun, əsasən də qeyri-neft sənayesinin inkişafına təsir göstərən 

amillər  arasında  iqtisadiyyatın  bazar  prinsipləri  əsasında  formalaşması,  iqtisadi  islahatların 

düzgün  həyata  keçirilməsi  və  yeni  mülkiyyət  münasibətlərinin  yaranması  da  mühüm  rol 

oynamışdır. Son iki il ərzində Azərbaycan Respublikası Dünya Bankı və Beynəlxalq Maliyyə 

Korporasiyasının  "Doing  Business-2013"  hesabatına  əsasən  daşınmaz  əmlak  üzərində 

hüquqların qeydiyyatı sahəsində 183 ölkə arasında 9-cu yerdə qərarlaşmışdır. 

Ötən  dövr  ərzində  özəl  sektorun  fəaliyyətini  tənzimləyən  və  qeyri-neft  sənayesinin 

inkişafı üçün əhəmiyyətli olan prosedur və qaydalar xeyli liberallaşdırılmış, bu istiqamətdə 

dövlət  maliyyə  yardımı  mexanizmi  işə  salınmış,  idxalda  rüsumların  15  faizlik  maksimal 

həddi  müəyyənləşdirilmiş,  mənfəət  vergisinin  dərəcəsi  20  faizə  endirilmiş,  sahibkarların 

hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış və təsərrüfat subyektlərinin dövlət 

qeydiyyatına alınması prosedurları sadələşdirilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  30  mart  tarixli  sərəncamı  ilə 

iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və 

texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan 

nvestisiya Şirkəti yaradılmışdır. Biznes fəaliyyətinin inkişafına dəstək məqsədilə Prezident 

yanında  Sahibkarlıq  Şurası  yaradılmışdır.  Qeyri-neft  sektoruna  maliyyə  dəstəyini  daha  da 

yaxşılaşdırmaq məqsədilə xarici investorların təsisçiliyi ilə mikrokredit bankının yaradılması 

istiqamətində  görülən  işlərin  sürətləndirilməsi  və  həmin  bankların  yaradılmasına  nail 

olunması bu sahədə  fəaliyyətə başlayanların ilkin kapital problemlərini həll etmək yolunda 

"yaşıl  işıq"  yandırmışdır.  Ölkədə  kreditlər  üzrə  formalaşmış  illik  faiz  dərəcələrini  aşağı 

salmaq  məqsədilə  mərkəzləşdirilmiş  uçot  dərəcələrinin  azaldılması  və  Mərkəzi  Bank 

tərəfindən  kreditlər  üzrə  uçot  dərəcəsinin  10  faizdən  7  faizə  endirilməsi  işgüzar  mühitin 

fəallığına təsir göstərmişdir. 

Ölkədə iqtisadiyyatın, sənayenin və özəl sektorun inkişafına mane olan amillər sırasında 

fəaliyyət sahələrinin lisenziyalaşdırılması sisteminin qeyri-mükəmməlliyi və bu səbəbdən də 



81 

 

bürokratik  əngəllərin  yaranması  kimi  mənfi  halların  qarşısının  alınması  istiqamətində  də 



ə

məli  addımlar  atılmışdır.  Lisenziyalaşdırılan  iqtisadi  və  sahibkarlıq  fəaliyyəti  sahələrinin 

sayı  azaldılmış  və  bu  istiqamətdə  münbit  mühitin  yaradılması  üzrə  mühüm  qanunvericilik 

sənədləri qəbul edilmişdir.  

Azərbaycan  Dünya  Bankının  adambaşına  düşən  Ümumi  Milli  Gəlir  təsnifatına  görə 

"yuxarı  orta  gəlirli"  ölkələr  qrupuna   digər  MDB  dövlətləri  ilə  müqayisədə  daha  tez  daxil 

olmuşdur.  Ölkəmiz  Birləşmiş  Millətlər  Təşkilatının  nkişaf  Proqramının  insan  inkişafı  ilə 

bağlı  2010-cu  il  üzrə  hesabatına  əsasən,  "orta  insan  inkişafı"  ölkələri  qrupunu  tərk  edərək 

"yüksək  insan  inkişafı"  ölkələri  qrupuna  yüksəlmişdir.  Makroiqtisadi  sabitliyə  görə 

Azərbaycan dünya miqyasında 18-ci yerdədir. 

Azərbaycanda  qeyri-neft  sektorunda,  o  cümlədən  onun  aparıcı  sahəsi  olan  qeyri-neft 

sənayesində  son  illər  müşahidə  edilən  davamlı  inkişaf  tendensiyası  beynəlxalq  reytinq 

agentlikləri  tərəfindən  ölkənin  reytinqini  yüksəltməsində  də  əsas  kimi  nəzərə  alınıb. 

Həmçinin 2011-ci ilin dekabr  ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi "Standart & 

Poor's"  Azərbaycanın  xarici  və  daxili valyutada  uzunmüddətli  suveren  kredit  reytinqini  bir 

pillə  artıraraq  "BBB-"  səviyyəsinədək  qaldırıb  və  bununla  da  Azərbaycana  investisiya 

reytinqi  verib.  Agentlik  həmçinin  Azərbaycanın  xarici  və  daxili  valyutada  qısamüddətli 

suveren kredit reytinqini də bir pillə artıraraq "B" səviyyəsindən "A-3" səviyyəsinə çatdırıb. 

Bu  zaman  əsas  amillərdən  biri  kimi  qeyri-neft  sektorunda  davamlı  inkişaf  nəzərə  alınıb. 

Həmçinin  iqtisadiyyatın  şaxələndirilməsinə,  qeyri-neft  sektorunun  inkişafına  yönələn 

strategiyanın  nəticələri  olaraq  Davos  qtisadi  Forumunun  reytinqində  Azərbaycan 

iqtisadiyyatın  rəqabətə  davamlılığına  görə  55-ci,  MDB-də  isə  birinci  yerdə  göstərilib. 

Azərbaycan  özünün  zəngin  neft-qaz  ehtiyatlarından  uzunmüddətli  və  davamlı  iqtisadi 

inkişafa  nail  olmaq  üçün  uğurla  faydalanmaqdadır.  "Qara  qızıl"ın  qeyri-neft  sektorunun 

inkişafı üçün  aparıcı  qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz  gəlirlərindən istifadə 

etməklə  gələcəkdə  bu  gəlirlərdən   asılı  olmayan  güclü,  rəqabətədavamlı  iqtisadiyyatın 

qurulması strategiyası öz nəticələrini verməkdədir. 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə