Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

88 

 

tarixli  656  nömrəli  Fərmanında  dəyişiklik  edilməsi  barədə  Azərbaycan  Respublikası 



Prezidentinin Fərmanı 

-

  Lisenziyalaşdırma  sahəsində  bəzi  tədbirlər  haqqında  Azərbaycan  Respublikası 



Prezidentinin Fərmanı 

-

  “Şimal-Cənub”  Beynəlxalq  Nəqliyyat  Dəhlizinin  Azərbaycan  Respublikasının 



ə

razisindən  keçən  hissəsində  işlərin  sürətləndirilməsi  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin Sərəncamı 

-

  “Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında”  Azərbaycan  Respublikasının 



Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 

-

  “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında”  Azərbaycan 



Respublikasının  Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının 

2015-ci  il  6  oktyabr  tarixli  1352-IVQD  nömrəli  Qanununun  tətbiqi  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı 

-

  Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan 



Respublikasının  Qanunu

“Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  dayandırılması 



haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və  sağlamlığına, 

dövlətin  təhlükəsizliyinə  və  iqtisadi  maraqlarına  mühüm  təhlükə  yaradan  hallar  üzrə 

aparılmasına yol verilən yoxlamaların Siyahısı 

-

  Gömrük  sahəsində  nəzarətin  həyata  keçirilməsi  ilə  əlaqədar  bəzi  yoxlamaların 



sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

-

  Azərbaycan  Respublikasının  Tranzit  Yükdaşımalar  üzrə  Koordinasiya  Şurasının 



yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

-

  Sahibkarlıq  fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan  növlərinin sayının 



azaldılması,  xüsusi  razılıq  (lisenziya)  verilməsi  prosedurlarının  sadələşdirilməsi  və 

şə

ffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 



-

  Dövlət  xidmətlərinin  göstərilməsində  şəffaflığın  artırılması,  yaşayış  yeri  üzrə 

qeydiyyat  və  lisenziyalaşdırma  prosedurlarının  elektronlaşdırılması  sahəsində  bəzi  tədbirlər 

haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 




89 

 

-



  Qaradağ  Sənaye  Parkının  yaradılması  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin Sərəncamı 

-

  “2015-ci ilin  Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə 



bağlı  Tədbirlər  Planı”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı 

-

  Mingəçevir  Yüksək  Texnologiyalar  Parkının  yaradılması  haqqında  Azərbaycan 



Respublikası Prezidentinin Fərmanı 

-

  Mingəçevir  Sənaye  Parkının  yaradılması  haqqında  Azərbaycan  Respublikası 



Prezidentinin Sərəncamı 

-

  Neftçala  Sənaye  Məhəlləsinin  yaradılması  haqqında  Azərbaycan  Respublikası 



Prezidentinin Sərəncamı 

Bununla yanaşı, 2016-cı ilin yanvarın 19-da Milli Məclisin iclasında 8 qanun layihəsi - 

“Əmanətlərin  sığortalanması  haqqında”,  “Əmanətlərin  tam  sığortalanması  haqqında”, 

“Valyuta  tənzimi  haqqında”,  “Dövlət  satınalmaları  haqqında”,  “Gömrük  tarifi  haqqında” 

qanunlarda, Vergi və  nzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə  sənədlər 

qəbul  edildi.  Bu  sənədlərdə  qeyri-neft  sektorunda  iqtisadi  aktivliyin  artması  ilə  bağlı  yeni 

tədbirlər  nəzərdə  tutulmuşdur.  Hazırkı  vəziyyətdə  ən  vacib  məsələ  əhalinin  alıcılıq 

qabiliyyətinin  gücləndirilməsi,  sosial  müdafiəsinin  təmin  olunması,  manata  etimadın 

artırılması və iqtisadi sabitliyin təmin edilməsidir. 

Qəbul  edilmiş  sənədlərdə  7  il  ərzində  regionlar  üzrə  investisiya  layihələrinin  əmlak 

vergisindən  tam,  mənfəət  vergisindən  isə  50  faiz  azad  olunması  nəzərdə  tutulur.  Bundan 

başqa, tədbirlər planında qeyri-neft sektorunun inkişafı ilə bağlı da bir sıra məsələlər öz əksini 

tapıb.  Qeyri-neft  sektorunun  stimullaşdırılması  üçün  dövlət  tərəfindən  subsidiyalaşma 

mexanizmi  hazırlanacaq.  Əlavə  olaraq,  tədbirlər  planında  Azərbaycana  məxsus  milli 

brendlərin  yaradılması  da  nəzərdə  tutulur.   “Gömrük  tarifi  haqqında”  qanun   və  Vergi 

Məcəlləsinə   edilən   dəyişikliklərə  görə,  ölkə  iqtisadiyyatı  üzrə  prioritet  hesab  olunan 

sahələrdə  investisiya  fəaliyyəti  həyata  keçirən  hüquqi  şəxslər  və  fərdi  sahibkar  tərəfindən 

investisiya  təşviqi  sənədi  aldıqları  andan  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiqedici 




90 

 

sənədi  əsasında  idxal  etdikləri  texnika,  texnoloji  avadanlıqlar  və  qurğular  7  il  müddətinə 



gömrük  rüsumundan  azad  olunacaqlar.  Bu  dəyişikliklərin  qəbul  olunması  sahibkarların 

xərclərinin  azalmasına,  yerli  və  xarici  investisiyanın  cəlb  olunmasına,  eyni  zamanda 

həcminin artmasına gətirib çıxaracaq. 

Bütün bunlarla yanaşı, aşağıdakı istiqamətlər üzrə stimullaşdırma tədbirlərinin həyata 

keçirilməsinə və təkmilləşdirilməsinə ehtiyac vardır: 

-

  Qeyri-neft  sektorunun  davamlı  inkişafına  və  əhalinin  istehsal  sahəsində 



məşğulluğunun  artırılmasına  yönəlmiş  innovativ  və  yüksək  texnologiyalar  əsasında 

rəqabətqabiliyyətli  məhsul  istehsalının  inkişafı,  habelə  sahəvi  klasterlərin  yaradılması  üçün 

münbit  şəraitin  yaradılması,  eləcə  də  istehsalın  təşkili  və  inkişafına  xarici  investisiyaların 

yatırılmasının  stimullaşdırılması  məqsədi  ilə  prioritet  sektorlar  üzrə  ixtisaslaşmış  sənaye 

parklarının, texnoparkların, biznes inkubatorların, turizm və rekreasiya zonalarının və digər 

strukturların yaradılması və inkişaf etdirilməsinin dəstəklənməsi;  

-

  Birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni 



nəzərə alaraq investisiya layihələri üzrə güzəştlər sisteminin genişləndirilməsi;  

-

  Ölkənin regionlarında, xüsusilə infrastrukturla lazımi səviyyədə təmin olunmamış 



ə

razilərdə  rəqabətqabiliyyətli  məhsulların  istehsalının  inkişafı,  bu  prosesə  xarici 

investisiyaların  yatırılmasının  stimullaşdırılması  məqsədilə  investisiya  layihələrinin  zəruri 

infrastrukturla təminat sisteminin daha da təkmilləşdirilməsi;  

-

  Qarşılıqlı  əlverişli  şərtlər  əsasında  ictimai  əhəmiyyətli  layihələrin  həyata 



keçirilməsində, xüsusilə infrastruktur təminatı sahəsində dövlət və özəl biznes arasında orta 

və  uzun  müddətli  əməkdaşlığı  təmin  etmək,  bu  layihələrə  xarici  investorları  cəlb  etmək 

məqsədi ilə dövlət-özəl sektorlar arasında tərəfdaşlıq mexanizminin yaradılması;  

-

  Xarici  investorlar  tərəfindən  ölkədə  istehsal  olunan  məhsullarda  və  göstərilən 



xidmətlərdə  yerli  komponentin  (yerli  xammal,  komplektləşdirici  hissələr  və  detallar, 

xidmətlər)  artırılması  üçün  xarici  investorlar  və  yerli  istehsalçılar  arasında  kommersiya 

ə

laqələrinin yaradılması məqsədilə təchizatın inkişaf proqramlarının təşkili.  



 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə