Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

82 

 

Dünya  qtisadi  Forumunun  dünya  ölkələrinin  rəqabətqabiliyyətliliyi  səviyyəsini 



xarakterizə  edən  növbəti  Qlobal  Rəqabət  Qabiliyyəti  ndeksi  2013-cü  ilin  hesabatına  görə 

Azərbaycan  iqtisadiyyatı  148  ölkə  arasında  39-cu  yerdə  qərarlaşıb.  Beləliklə  də,  son  bir  il 

ə

rzində  Azərbaycanın  rəqabət  qabiliyyəti  indeksi  4.41-dən  4.51-ə  qalxıb  və  ölkə  dünya 



sıralamasında 7 pillə irəliləyib. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, 

MDB ölkələri arasında birinci mövqeyini təmin etməkdədir. 

Ölkə  "makroiqtisadi  vəziyyət"  göstəricisi  üzrə  dünyada  8-ci,  "əmək  bazarının 

səmərəliliyi"  göstəricisi  üzrə  isə  30-cu  yeri  tutur.  Son  il  ərzində  ölkə  "texnoloji  səviyyə" 

göstəricisi üzrə 11 pillə, "makroiqtisadi sabitlik"  və "maliyyə bazarının inkişafı" göstəriciləri 

üzrə 10 pilləyədək  irəliləyib. Beynəlxalq hesabatlarda Azərbaycan bəzi alt göstəricilər üzrə 

ilk  20-liyə  daxil  olub.  Azərbaycan  " nnovasiya  potensialı"  göstəricisi  üzrə  14  pillə, 

"Texnoloji səviyyə" göstəricisi üzrə 13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə 

irəliləmişdir.  Rəqabətlilik  indeksinə  görə  Azərbaycan  artıq  4  ildir  ki,  MDB  məkanında 

liderdir. 

Bununla  yanaşı,  xarici  investisiyaların  cəlb  edilməsi  və  ixracın  təşviqi  üçün  mühüm 

zəmin  əlverişli  biznes  və  investisiya  mühitinin,  müvafiq  normativ-hüquqi  bazanın  və 

institutsional çərçivənin mövcudluğudur.  

Azərbaycan Respublikası son illərdə əldə etdiyi iqtisadi artım templərinə görə dünyada 

birincilər sırasında yer almışdır. Potensial xarici investorların bu və ya digər ölkəyə sərmayə 

yatıran  zaman  ən  çox  önəm  verdikləri  iqtisadi  sabitlik  Azərbaycanda  makroiqtisadi 

göstəricilərin  sürətli  və  davamlı  artımında  öz  əksini  tapmışdır.  Belə  ki,  2003-cü  illə 

müqayisədə 2013-cü ildə ÜDM 3,2 dəfə, strateji valyuta ehtiyatları 31 dəfədən çox, dövlət 

büdcəsinin  gəlirləri  isə  təxminən  16  dəfə  artmışdır.  Dünya  qtisadi  Forumunun  qlobal 

rəqabətqabiliyyətlilik üzrə son hesabatına əsasən, dünyada 38-ci yerdə qərarlaşan Azərbaycan 

makroiqtisadi  mühitin  sabitliyi  göstəricisində  144  ölkə  arasında  9-cu  nəticəyə  sahibdir.  Bu 

nailiyyətlərin əldə olunmasında dövlətin özəl sektorun inkişafına verdiyi xüsusi əhəmiyyətin 

də  böyük  rolu  olmuşdur.  Belə  ki,  biznes  mühitinin  yaxşılaşdırılması  istiqamətində  görülən 

işlərin nəticəsi olaraq, bu gün ölkə iqtisadiyyatının 80%-dən çoxu özəl sektorun payına düşür. 




83 

 

Sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  qayda  və  prosedurların  sadələşdirilməsi, 



biznesin  elektron  qeydiyyatı,  vergi  sisteminin  tam  şəkildə  elektronlaşdırılması,  “vahid 

pəncərə”  sisteminin  tətbiqi,  interaktiv  və  informativ  məlumat  xidmətlərinin  göstərilməsi 

aparılan islahatlar sırasında yer alır. Məhz bu səbəbdən, Dünya Bankı tərəfindən nəşr edilən 

biznes  fəaliyyətinin  sadəliyinə  dair  son  hesabatda  Azərbaycan  2005-ci  ildən  bəri  ən  yaxşı 

göstəriciyə  doğru  istiqamətlənən  50  ölkə  arasında  15-ci  yeri  tutmuşdur.  Həyata  keçirilən 

islahatlarla  bərabər  normativ-hüquqi  bazanın  möhkəmləndirilməsi  və  təkmilləşdirilməsi  və 

beynəlxalq sazişlərin imzalanması Azərbaycanın yerli sahibkarlarla yanaşı, xarici investorlar 

üçün də etibarlı biznes məkana çevrilməsinə zəmin yaratmışdır. 46 ölkə ilə investisiyaların 

qarşılıqlı  qorunması  və  təşviqi  haqqında,  həmçinin  45  ölkə  ilə  ikiqat  vergitutmanın  aradan 

qaldırılmasına dair sazişlər imzalayan  Azərbaycan xarici sahibkarların hüquqlarını qoruyan 

beynəlxalq konvensiyalara da üzvdür. Bunlarla yanaşı, özəl sektor və dövlət arasında vasitəçi 

orqan  qismində  yaradılmış  institutsional  mexanizmlər  dövlət  tərəfindən  sahibkarlığın 

inkişafına göstərilən dəstəyin daha bir nümunəsidir. Yerli ixracatçılara və xarici investorlara 

müxtəlif  xidmətlər  göstərən  Azərbaycanda  xracın  və  nvestisiyaların  Təşviqi  Fondu 

(AZPROMO),  sahibkarlar  üçün  güzəştli  kreditlər  təqdim  edən  Sahibkarlığa  Kömək  Milli 

Fondu (SKMF), Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət 

Agentliyi yerli və xarici investorlarla birgə investisiya layihələri həyata keçirən Azərbaycan 

nvestisiya  Şirkəti  (A Ş)  və  yeni  yaradılmış  sənaye  parklarının  və  sənaye  məhəllələrinin 

qarşısında  qoyulan  əsas  vəzifə  ölkə  iqtisadiyyatının  qeyri-neft  sektorundakı  inkişafı 

stimullaşdırmaqdır. Bununla yanaşı, növbəti illərdə ölkə iqtisadiyyatının tarazlı və dayanıqlı 

inkişafını  təmin  etmək  məqsədi  ilə  yüksək  rəqabət  qabiliyyətinə  malik  məhsulların 

istehsalının və ixracının genişləndirilməsi, bunun üçün biznes və investisiya mühitinin daha 

da  yaxşılaşdırılması,  xarici  ticarət  prosedurlarının  sadələşdirilməsi,  beynəlxalq  bazarlara 

çıxışda sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması zəruridir. 

Bununla yanaşı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aşağıdakı 

tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur: 




84 

 

−  Dövlət  orqanları  və  bələdiyyələr  tərəfindən  sahibkarlıq  subyektlərinə,  o  cümlədən 



xarici  investorlara  göstərilən  xidmətlərin  keyfiyyətinin  artırılması,  onların  əhatə  dairəsinin 

genişləndirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədi ilə elektron xidmət növlərinin 

genişləndirilməsi;  

−  Sahibkarlıq  subyektlərinin,  o  cümlədən  xarici  investisiyalı  hüquqi  şəxslərin 

qeydiyyatı,  tikintiyə  icazələrin  verilməsi,  kommunal  şəbəkələrə  qoşulma,  daşınmaz  əmlak 

hüquqlarının  dövlət  qeydiyyatı,  işçi  qüvvəsinin  cəlb  olunması,  xarici  ticarət  və  sahibkarlıq 

fəaliyyətinin  dövlət  tənzimlənməsinin  digər  sahələrində  prosedur,  müddət  və  xərclərin 

azaldılması,  eyni  zamanda  xarici  investisiyaların  cəlb  olunması,  qorunması  və  təşviqinə 

yönəlmiş  qanunvericilik  aktlarının  təkmilləşdirilməsi,  o  cümlədən  xarici  ölkələrlə 

investisiyaların qarşılıqlı qorunması və təşviqi sahəsində ikitərəfli müqavilə-hüquq bazasının 

genişləndirilməsi;  

−  Müvafiq  dövlət  orqanları  tərəfindən  sahibkarlıq  subyektlərinə,  o  cümlədən  xarici 

investorlara “vahid pəncərə” prinsipi əsasında göstərilən xidmət növlərinin genişləndirilməsi;  

−  Xarici investorlara və ixracatçılara xidmət göstərən investisiyaların və ixracın təşviqi 

üzrə  institutsional  mexanizmlərinin  gücləndirilməsi  və  ən  qabaqcıl  beynəlxalq  təcrübəyə 

uyğun olaraq təkmilləşdirilməsi;  

−  Ölkə  iqtisadiyyatına,  xüsusilə  iqtisadi  subyektlərin  layihələrinə  birbaşa  xarici 

investisiyaların qiymətli kağızlar bazarı vasitəsi ilə cəlb edilməsinin stimullaşdırılması, bunun 

üçün  qiymətli  kağızlar  bazarının  institutusional  inkişafı,  maliyyə  vasitəçiliyi  və  kollektiv 

investisiya  sxemlərinin  fəaliyyətinin  təşkili  və  təşviqi,  qiymətli  kağızlar  bazarında  tələb  və 

təklifin  dəstəklənməsi,  maliyyə  şəffaflığı  prinsinplərinin  və  korporativ  idarəetmənin 

tətbiqinin  genişləndirilməsi,  qiymətli  kağızlar  bazarına  dair  normativ-hüquqi  bazanın 

təkmilləşdirilməsi  və  qiymətli  kağızlar  bazarına  dair  məlumatlılığın  və  peşəkar  hazırlığın 

yüksəldilməsi;  

−  Azərbaycanın ÜTT-yə üzvlüyünün sürətləndirilməsi; 

−  Regional  inteqrasiya  bloklarında  fəal  iştirak  etmək,  həmçinin  region  ölkələri  ilə 

ikitərəfli müqavilə imzalayaraq xarici ticarətlə bağlı qarşılıqlı güzəştlər əldə etmək; 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə