89
gedir axı? Dayan, yeri gәlmişkәn qoy zәng
vuraq,
görәk
pulu
hazırlayıb?
Bәlkә
özü
gәtirәcәk?
Yaşar maşının qapısını açmamış kostyumunun
cibindәn zәng sәsi gәlәn telefonunu çıxartdı.
Ekranda “Axmaq” adını görüb, telefonu sәssiz
rejimә keçirdi vә yenidәn cibinә qoydu.
Bununla da elә bil Elmәddinә od vurdu:
- Ә, bu tәmiz qudurub ki?! Telefonu da
götürmәdi. Deyәsәn, doğrudan da bunun tәk
burnunu yox, hәyatını da qırası olacam. Ә, sür
görüm bu hara gedir belә? Sür-sür!
Onlar Yaşarı tәqib etmәyә başladılar. Özü
oturduğundan әlavә, arxada daha iki maşın
vardı, hәrәsindә dә dörd nәfәr...
Yaşar maşını “Tәrgül” gül salonunun qarşısında
saxladı.
- Ә, Ziyankar, bu neynir belә? Bәlkә nişana-zada
gedir?
Yaşar әtrafına baxıb salona girdi.
- Salam Yaşarım, necәsәn?
- Sağ ol, Mәlik dayı, yaxşı olasan.
- Hәmişәki kimi yenә dә hansısa ünvana
gedәcәk?
Bunu deyib, mәnalı-mәnalı gülümsündü. Çünki
Yaşar burada bağlatdırdığı buketlәri, sәbәtlәri
adәtәn
konkret
ünvanlara
göndәrtdirirdi.
Fikirlәşdi ki, yәqin indi dә elә olar. Amma Yaşarın
növbәti sözlәrindәn sonra başa düşdü ki, bu dәfә
mәsәlә ayrı cürdü:
downloaded from KitabYurdu.org
90
- Yox, Mәlik dayı. Bu dәfә iki yaxşı dәstә
istәyirәm. Biri tam xüsusi. Yaşıl çiçәklәrlә
bәzәyәrsәn. Özü dә hәr ikisini özüm aparacam.
Yaşarın yadına hәr dәfә Tәravәtin görüşünә yaşıl
çiçәklәrlә getdiyi günlәr düşdü.
- Sәn bir çay iç, ona qәdәr mәn dә öz işimi
görüm. Mәlik dayın bu dәqiqә sәnin üçün elә
dәstә bağlasın ki, gәl görәsәn! Üstünә dә “tilsim”
üfürәcәm,
o
gözәl
kimdirsә,
sәndәn
ә
l
çәkmәyәcәk.
- Sağ ol Mәlik dayı, sәndәn yoxdu dә!
Yaşarın gec çıxması Elmәddinin hövsәlәsini lap
daraltmışdı:
- Ә, Ziyankar, bu harda qaldı? Yoxsa, bizi görüb
qaçdı?
- Yox, bizi görmәdi, arxayın ol.
- Qaçsa, vay halınıza! Amma... Aha budu, çıxır.
Buna bax, iki dәstә gül alıb ki?! Hara gedir belә?
Vallah, mәnә dә maraqlı gәldi. Sür dalısıca.
Yaşar maşını Uyğurgilin qapısının ağzında
saxladı. Düşüb yan şüşәdә özünә ötәri nәzәr
yetirdi, üst-başını düzәltdikdәn sonra dәrindәn
nәfәs alıb yuxarı qalxmağa başladı.
- Elә bil özü-özünә elçiliyә gedir. Yaxşı, bәs
güllәri niyә götürmәdi bu?
- Yәqin güllәri dә başqasına alıb.
- Başını işlәt, axmaq. Görünür o, güllәri başqa
yerdә vermәyi planlaşdırıb. Bu da o demәkdir ki,
kiminlәsә harasa gedәcәk.
downloaded from KitabYurdu.org
91
***
Yaşar qapının ağzında dayanıb özünә ürәk-dirәk
verdi: “Ağıllı, tәmkinli ol, özünü әlә vermә.
Özünü elә göstәr ki, elә bil heç nә olmayıb”.
Sonra da “Ya Allah” deyib, qapını döydü.
- Salam, Yaşar!
- Ay salam, salam! Necәsәn, doxdur?!
Özünü söz verdiyi klimi sakit, soyuqqanlı vә şәn
aparmağa çalışırdı:
- Hәlә hazırlaşmamısınız?
- Qardaş, o gün getmәk istәmirdin, indi nә
mәsәlәdi belә, hamıdan tez hazırlaşmısan?! O
qәdәr dә әtir vurmusan ki, elә bil qızla görüşә-
zada gedirsәn.
- Yaxşı dә...
- Guya utanırsan, hә?!
Yaşar onun bu zarafatından hәqiqәtәn dә
utanırdı. Deyәsәn, artıq qәlbindәkilәri hiss dә
elәtdirirdi. Danışa-danışa gözlәri ilә otaqları
axtarırdı.
Fikrindәkini
tapa
bilmәsә
dә,
axtarmağından qalmırdı. Yavaş-yavaş mәyus
olmağa başlayırdı, çünki әtrafda sәs-sәmir
deyilәn şey yox idi, tam sakitlikdi. Marağını boğa
bilmәdi:
- Evdә tәksәn?
- Hә, sәnә demişdim dә, Tәravәt dünәndәn
darıxırdı...
Yaşar dәhşәtli dәrәcәdә pәrişan oldu: “dedim dә
inciyәcәk, yüz faiz mәnә görә getdi. Axı mәn nә
dedim e? Lәnәt olsun, hәr şey düzәlmәyә doğru
downloaded from KitabYurdu.org
92
getdiyi bir vaxtda... tam sevinmәk istәrkәn!” O
dәrәcәdә pәrişandı ki, hәr şeyi özü düşündüyü
kimi yozub Uyğurun sözünü kәsdiyinin belә
fәrqinә varmadı:
- Niyә getdi axı? Özümüz yola salardıq dә. Heç
olmasa, konserti yola verib gedәrdi. Yәni o qәdәr
zәhlәsi gedirdi mәndәn?
Son cümlәdәn sonra sanki ayıldı: “Yaşar, sәn nә
danışırsan, özünә gәl”
- Dәhşәtsәn e! Sәndәn niyә zәhlәsi getsin ki?
Ә
ksinә, dünәn sәn gәlib-gedәndәn sonra elә bil
sevincәk olmuşdu. Sәhәr bu şәklimizi götürüb
düz üç dәqiqә gözlәrini çәkmәdәn ona baxdı.
Deyirdi bunu görüb ürәyi qubar edib, uşaqlığımız
yadına düşüb. Sәn dә deyirsәn ki, sәndәn zәhlәsi
gedir...
Uyğurun ağzından çıxan cümlәlәri eşitdikcә sanki
Yaşarın qolları qanada çevrildi. Uçmaq istәdi. O
qәdәr mәmnun olmuşdu... Bilirdi ki, Uyğur
saflığından bu cür danışır, onun heç nәdәn xәbәri
yoxdur. Yaxşı, Tәravәt getmәyibsә, niyә evdә
deyil? Bu zaman qapının zәngi çalındı. Uyğur:
- Tәravәtdi. –dedi. - Saçlarını düzәltdirmәyә
getmişdi.
- Hә, sәn qapını aç, mәn dә özümә bir çay
süzüm.
Yaşar sakitlәşib özünә gәlmәk üçün vaxt
qazanmaq istәdi. Tәravәtin qarşısına dünәnki
kimi birdin-birә, qәfil çıxmaq istәmirdi
- Mәnim bacım gözәldi dә, gözәl! Gәl paltarını da
dәyiş, çıxaq. Yaşar da bizi gözlәyir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |