158
Bu zaman həmin hərflərin, fiqurların və rəqəmlərin qeyri-adi -
gücə, qüdrətə malik olduğu inancına qapılmış və onları o qədər
ideallaşdırmağa başlamışdır ki, bəzən predmetlərin mahiyyəti,
təbiəti unudulub arxa plana keçmiş, təməl anlayış olaraq rəmz-
lər ortaya çıxmışdır.
Məsələn, 7 rəqəmini götürək. Əslində bu, adi rəqəmlərdən
biridir, digər rəqəmlərdən ciddi bir şeylə fərqlənmir. Amma in-
sanlar təbiəti müşahidə edərkən 7 rəqəminin maraqlı təzahürləri-
ni görüblər. Görüblər ki, hər 7 gündən bir ayın şəkli dəyişir (həf-
tə belə əmələ gəlib). Göydəki 7 səma cisminin (o zaman məlum
olan 5 planet, Günəş və Ay) bir yerdə durmayaraq gəzişdiyini
görüblər (bilirsiniz ki, planet – gəzəyən deməkdir)., Qədim in-
sanlara görə ulduzlar tərpənməz olub göy qübbəsinə taxılmışdı,
bu səbəbdən 7 gəzəyən səma cisimləri qeyri-adi idi. Kiçik Ayı
bürcünü müşahidə edəndə də 7 rəqəmi meydana çıxıb – 7 ulduz,
ucdakı qütb ulduzu olmaqla. Yaxud, asanca görünür ki, göyqur-
şağında 7 rəng var. Müasir fizika orada çoxlu rəng olduğunu sü-
but etsə də, gözümüz onlardan yalnız 7-ni görür.
Bu kimi müşahidələr insanları 7 rəqəminin ilahi, möcüzəli
olduğuna inandırıb, nəticədə 7-ni hər şeyə, maddi və mənəvi
dünyaya bağlayıblar, 7 rəqəmi ilə oynamağa və yaşamağa baş-
layıblar. Deyirdilər ki, 7 iqlim var. Ancaq qəti surətdə demək
lazımdır ki, iqlim 7 deyil. Deyiblər ki, (indi də dilimizdə qalıb)
göyün 7 qatı var. Hətta gözəllərdən danışanda da “7 gözəl”dən
söhbət açıblar...
Rəqəmlər mistik xarakter daşıyıb və bu, eyni şəkildə,
hərflərə də aiddir. Elm və din tarixində məşhur olan bu cür cə-
rəyanlar eramızdan (miladdan) 3 min il əvvəl Qədim Misirdə
mühüm yer tutub. Burada Hermetizm və ya Hermesçilik xüsusi
qeyd olunmalıdır. Misirlilərin Hermesini yunanlar “Hermes
Trimegistus” (Üçqat böyük Hermes) adlandırmışlar. Bu dini-
mistik inanca görə, həqiqəti bilmək istəyən insanlar ağır sınaq-
dan keçməlidir. Yunanlar yazır ki, bu sınaq meydanı yer altında
xüsusi gizli mağaralardan ibarət olub. Burada qeyri-adi dərəcə-
159
də mürəkkəb sınaqlardan keçənlərə (atəşdən və şəhvət sınağın-
dan keçmək, məzarda qalmaq...) kahinlər axırıncı otaqda diva-
rında müqəddəs heroqliflər və müqəddəs rəqəmlərlə yazılmış
22 sirri açırdılar. Bu sirri bilənlər artıq ruhun ölməzliyini başa
düşür və belə deyək ki, onların ruhu (işıq) yerdən ayrılır və
göyə yüksəlməyə başlayırdı. Yer – bu ölümlü məkan birinci,
Saturn isə axırıncı – yeddinci təbəqədir –ölümsüzlükdür. Ara-
lıqda ruh digər planetlərdə saflaşa-saflaşa kamilləşərək növbəti
pilləyə yüksəlir. Yəni misirli kahinlər rəmzlərlə – heroqliflər və
rəqəmlərlə ilahiləşdirilmiş dini-mistik bir nəzəriyyə yaratmışdı-
lar. Əslində yunan sözü olan “heroqlif” köhnə Misir dilindən
yunancaya tərcümədir və “müqəddəs şəkil” deməkdir – “hireo”
– müqəddəs, “glyphikos” – oyma. Düşüncəni ifadə edə bilən bu
ideoqramlar içində səs ifadə edən 24 hərf də vardı.
Misirlilər hərflər və rəqəmləri (ümumiyyətlə, riyaziyyatı)
müqəddəsləşdirmişdilər. Doğrudan da əgər düşüncəni, məntiqi,
hesabı, hissi, ehtirası bu hərflər və rəqəmlər vasitəsilə ifadə elə-
mək mümkün olurdusa, bu, insanlara qəribə görünməli idi. Bu
hadisə bu gün hətta bizə də qəribə görünürsə, elmin və tənqidi
düşüncənin o qədər də inkişaf etmədiyi həmin dövrdə daha qəri-
bə görünməli və mistisizmin geniş yayılmasına səbəb olmalı idi.
Hermesçiliyə aid kopt, yunan və latınca yazılmış kitablar
xristianlığa da təsir etmişdi. Ərəb dilinə də tərcümə edilib ya-
yılmışdı. Bu cərəyan Yunanıstanda xüsusən pifaqorçuluqda öz
əksini tapdı.
Ümumiyyətlə, yunan alimləri Fales və Pifaqor – onların
ikisi də riyaziyyatçı, təbiətşünas və filosof idi – Misiri, Babilis-
tanı və Hindistanı gəzib gəlmişdilər. Pifaqor Falesdən xeyli
cavan olub, Fales miladdan öncə 6-cı əsrin ortalarında 70 yaş
ətrafında ölmüş, Pifaqor isə 6-cı əsrin sonlarında yenə 70 yaş
ətrafında ölmüşdür. Pifaqor təqribən 20 il Misirdə yaşamış, ka-
hinlərdən dərs almış, o cümlədən, həndəsə öyrənmişdi. O, “her-
mesçi” fikirləri də mənimsəmiş, qayıdıb gələndə Yunanıstanda
bir dini-mistik və elmi məktəb qurmuşdu. Hərçənd ki, onun özü
160
bu barədə heç nə yazmayıb (ümumiyyətlə, Pifaqor öz məktə-
bində yalnız danışırdı, heç nə yazmırdı). Onun haqqında
məlumat ancaq yunan filosoflarından Aristotel və digərlərinin
yazılarında qalıb. Bu məlumatlar da ziddiyyətlərlə doludur: nə-
yin Pifaqora və nəyin onun tələbələrinə məxsus olduğunu tam
müəyyən etmək olmur. Amma pifaqorçuluq deyilən cərəyanın
canı, əsas mənası rəqəmlərin “hər şey” olması idi. Pifaqor
dünyanı rəqəmlərdə görürdü. O, maddi dünyanı yox, rəqəmləri
vacib sayırdı. Hər şeyi rəqəmlər vasitəsi ilə izah eləməyə ça-
lışırdı. O, dörd rəqəmi əsas hesab edirdi: 1, 2, 3, 4. Bu dörd
rəqəmi toplayanda 10 alınırdı ki, bu da onluq sistemin əsasında
dayanır. Eyni zamanda o, bu 4 rəqəmi 4 ünsürlə – torpaq, od,
hava və su ilə əlaqələndirirdi. Sonra isə bu dörd rəqəmi 4 ölçü
ilə bağlamışdı: nöqtə, xətt, səth və həcm-cisim.
Pifaqor qeyri-adi kəşflər də etmişdi. Riyaziyyatla musiqi
arasındakı dərin əlaqənin tapılması onun ən mühüm kəşflərdən
biridir. O, göstərirdi ki, biri o birindən iki dəfə uzun olan iki
simdən qısa simin səslənməsi uzun simin səslənməsindən bir
oktava yuxarıdır. Eləcə də, əgər simlərin bir-birinə nisbəti tam
ədədlər vasitəsi ilə ifadə olunursa, orada bir uyğunluq, ahəng,
gözəl səslənmə alınır. Müasir musiqi nəzəriyyəsində buna har-
moniya deyilir. Yəni notların birinin digərinə nisbətən səs
uzunluğunun nisbəti məlumdur – bunların hamısı adi kəsr ədəd-
lərdir (musiqi dilində: oktava intervalı 2:1, kvinta 3:2, kvarta
intervalı isə 4:3 nisbətindədir). Pifaqor bunu kəşf etməklə
rəqəmlərin möcüzəsini nümayış etdirirdi.
Pifaqor kainatı da rəqəmlər vasitəsi ilə təsvir eləməyə
başladı və kainatın belə bir modelini qurdu:
Birincisi, planetlər Yerdən nə qədər uzaqdırsa, o qədər də
sürətlə fırlanır. Yəni yerdən uzaq olduqca fırlanma sürəti də bö-
yükdür.
İkincisi, planetlər səs çıxara-çıxara, mahnı oxuya-oxuya
gəzirlər, bu sferaların musiqisidir, harmoniyasıdır.
Dostları ilə paylaş: |