Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə152/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   148   149   150   151   152   153   154   155   156

“Mənzum fiqh” və “Viqayə” əsərlərində nikah məsələləri
  
375 
 
 
“MƏNZUM FİQH” VƏ “VİQAYƏ” ƏSƏRLƏRİNDƏ  
NİKAH MƏSƏLƏLƏRI 
 
Rübabə Bahadır qızı Şirinova 
fəlsəfə üzrə fəlsəfə doktoru,böyük elmi işçi 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
 
 
Açar sözləri: Qurani-Kərim, fiqh, nikah, ailə 
Key words: Quran, fiqh, marriage, family 
Ключевые слова: Коран, фикх, брак, семья 
 
Son dövrdə islamda ailə-nikah münasibətləri ilə bağlı məsələlərin müasir müsəl-
man cəmiyyətinin tələbləri baxımından öyrənilməsi sahəsində bir sıra mühüm işlər 
görülmüş, xüsusi elmi araşdırmalar aparılmış, tədqiqatlar hazırlanmışdır. Şeyxülislam 
Allahşükür Paşazadə, Vasim Məmmədəliyev, Fuad Qasımzadə, Hacı Sabir Həsənli, 
Hacı Mirəziz Seyidzadə, Rafiq Əliyev, Hacı Əbdürrəhman Yusifpur, H.A.Quliyev, 
Q.Ə.Qeybullayev və N.M. Quliyevanın, eləcə də digər müasir müsəlman alimlərinin 
– filosofların, sosioloqların, psixoloqların, etnoqrafların  əsərləri bu baxımdan çox  
maraq doğurur.  
Ailə-nikah münasibətləri həmçinin Qərb alimləri, şərqşünas və islamşünasları tə-
rəfindən də  tədqiq edilmişdir. Bu alimlərdən A.Masse, L.Bek, N.Keddi, F.Betti, 
J.Rudolf-Tuba, M.Mikerin və s. misal göstərmək olar. 
İslama görə ailə-nikah münasibətləri bəşər övladının yaranışı  qədər qədimdir. 
Allah ilk insanı xəlq etdikdən sonra onun tək olduğunu, darıxdığını görmüş və onun 
ünsiyyətə girməsi üçün onun özündən ona tay yaratmışdır. Bəşərin atası Hz. Adəmin 
Həvva ana ilə kəbini Allah tərəfindən kəsilmişdir və onlar  bir-birinə halal edilmişlər. 
O vaxtdan etibarən nikah kişi ilə qadını möhkəm tellərlə bir-birinə bağlayan həm də 
halal edən qanuni bir əlaqə olmuşdur (9, 5). 
İslamda ailə-nikah münasibətlərinin tədqiqinə çox əsərlər həsr olunmuşdur. Bu 
mövzu ilə bağlı hər bir tədqiqatçının müraciət etdiyi ilk mənbə Qurani-Kərim, daha 
sonra isə hədislərdir. Biz də bu mənbələrə istinad edərək digər alimlərin Sədr əş-Şəriə 
əl-Əvvəl, Sədr əş-Şəriə əs-Sani, Qurd Əfəndi, Yusif Dövlətoğlu kimi mötəbər orta əsr 
müsəlman alimlərinin, fəqihlərinin  əsərlərinə müraciət etmişik. Bu əsərlər islamın 
nikah, məhr, ailə  və ailə üzvləri arasında münasibətləri və s. məsələləri düzgün 
müəyyənləşdirilməkdə bizim üçün bir mənbə olmuşdur. 
Qurani-Kərimdə təqribən yüzə yaxın ayədə ailə hüququ ilə bağlı məsələlərə to-
xunulmuşdur. İslam dini insanları hər zaman evlənməyə dəvət etmiş və bu haqda Qu-
rani-Kərimdə bir çox ayələr nazil olmuşdur. “Rəd” surəsi 13-cü ayədə buyrulur:  
 ﱠيﱢرُذَو اًجاَو ْزَأْمُھَل اَنْلَعَجَو َكِلْبَق  ْنِم  ًلاُسُر اَنْلَس ْرَأ ْدَقَلَو
 ًة
 


Rübabə Bahadır qızı Şirinova
 
 
376 
“And olsun ki, səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara da qadınlar və 
uşaqlar verdik” (“ər-Rəd”surəsi,38-ci ayə) (1,220).  
Peyğəmbər (s) belə buyurur: “Dörd şey Rəsullullahın sünnətindəndir. Xına isti-
fadə etmək, gözəl qoxu sürtmək, misvak istifadə etmək və bir də evlənmək”. Peyğəm-
bərin (s) bir hədisində buyrulur ki: “Bilin ki, oğlanlar və  qızlar meyvə  ağaclarının 
ləzzətli və ətirli meyvələri kimidirlər. Onları  yetişən vaxtı yığıb  istifadə etmək  la-
zımdır, yoxsa onlar isti günəşin və soyuq küləklərin qarşısında davam gətirə bilməz 
və torpağa tökülər, zaman keçdikcə  çürüyər və istifadəsiz  olarlar” (8,74). Digər bir 
hədisdə  də buyrulur: “Nikah mənim sünnəmdir. Bundan uzaqlaşan məndən deyil. 
Evlənin, uşaq sahibi olun. Mən qiyamət günündə ümmətimin çoxluğu ilə iftixar 
edəcəyəm”.  Qadınla 4 şeyə görə nikah bağlanır: 1) Malı, 2) Əsl-nəcabəti, 3) Gö-
zəlliyi, 4) Dindarlığı. Sən dindarı ilə evlən” (13,185).  
Nikah kəlməsinin lüğəti mənası: “еvlənmək”, “izdivac”, “tоplamaq”, “əlavə еt-
mək”, “əqd  еtmək”, “ailə qurmaq”, “cinsi əlaqədə  оlmaq” (10, 479) “nikaha daхil 
оlmaq”dır. Şəri mənasına gəlincə, alimlər bu barədə üç fərqli fikir söyləmişlər (12, V, 
2041). 
1)  Hənifi alimlərinə  görə nikahın lüğəti mənası cinsi əlaqədə olmaqdır (13, 176). 
Qurani-Kərimdə “Nisa” surəsi 22-ci ayədə bеlə buyurulur: 
 
  َفَلَس ْدَق اَم  ﱠلاِإ ِءاَسﱢنلا  َنِم ْمُكُؤاَبَآ َحَكَن اَم اوُحِكْنَت  َلاَو
 ِإ
 ُهﱠن
 
“Atalarınızın еvlənmiş оlduğu qadınlarla еvlənməyin. Yalnız kеçmişdə (Cahiliyə 
dövründə) оlan bu cür işlər müstəsnadır” (1, 68-69). 
2) “Nikah” kəlməsi “еvlənmə əqdi” mənasında işlənir. Misal оlaraq “Bəqərə” su-
rəsi 230-cu ayəni göstərə bilərik:  
 هريغ ًاجوز حكنت ىتح... “Qadın başqa bir ərə gеtməmiş” 
( 16, IV,7). Həmçinin “Nisa” surəsi 6-cı ayədə buyrulur
 ُلَتْباَو
 ُغَلَباَذِإ ىﱠتَح ىَماَتَيْلا او
 َحاَكﱢنلا او
 
“Yetimləri nikah yaşına çatıncaya qədər sınayın”. Bu ayədə, nikah kəlməsinin 
işlənməsini, insanın həddi-buluq yaşına çatmasına işarə edir (13, 176). 
Şafi və Malikilərin bir qisminin rəyincə ən yaxın məna budur (12,V, 2042). 
3) “Nikah” kəlməsi həm “еvlənmə”, həm də “cinsi” əlaqədə olmaq mənalarında 
da işlənir. Üç görüşdən ən qüvvətlisi bu оla bilər. Çünki nikah kəlməsi şəriətdə bəzən 
“еvlənmə əqdi” mənasında, bəzən də “cinsi təmas” mənasında vеrilir. Bu da nikahın  
hər iki mənada  işlənildiyinə  işarə еtməkdir. 
Nikahın şəri hökmləri bеşdir: vacib, haram, kərahət, sünnə, mübah (12,V, 2046). 
Nikahın rüknləri. Nikahın iki rüknü olduğu qeyd edilir. Bunlar aşağıdakılardır:  
1) Qadının vəlisi olmalıdır. 
2) Onun iki ədalətli şahidi olmalıdır. 
 Bəs vəli kimə deyilir? Başqası üzərində haqqı olan bir kimsəyə vəli deyilir. İslam 
hüququ, evlənmədə vəliliyi qəbul etmişdir (13,196;16,IV,29)“Vəli” kəlməsinin lü-
ğəvi mənası “Hami, himayəçi”; “yaxın dost”; “qəyyum”; “ağa” deməkdir (10,90). Və-
li haqqında “Bəqərə” surəsi 282-ci ayədə buyrulur: 
 ِتاَك ْمُكَنْيَب  ْبُتْكَيْلَو ُهوُبُتْكاَف ىًّمَسُم ٍلَجَأ ىَلِإ ٍنْيَدِب ْمُتْنَياَدَت اَذِإ اوُنَمَآ  َنيِذﱠلا اَھﱡيَأ اَي
 ِتاَك  َبْأَي  َلاَو ِلْدَعْلاِب  ٌب
  ْنَأ  ٌب
 َخْبَي  َلاَو ُهﱠبَر َ ﱠﷲ ِقﱠتَيْلَو ﱡقَحْلا ِهْيَلَع يِذﱠلا ِلِلْمُيْلَو  ْبُتْكَيْلَف ُ ﱠﷲ ُهَمﱠلَع اَمَك  َبُتْكَي
 ﱡقَحْلا ِهْيَلَع يِذﱠلا  َناَك  ْنِإَف اًئْيَش ُهْنِم  ْس
 ْلَف َوُھ ﱠلِمُي  ْنَأ ُعيِطَتْسَي  َلا  ْوَأ اًفيِعَض  ْوَأ اًھيِفَس
 اَنوُكَي ْمَل  ْنِإَف ْمُكِلاَجِر  ْنِم ِنْيَديِھَش اوُدِھْشَتْساَو ِلْدَعْلاِب ُهﱡيِلَو ْلِلْمُي


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə