Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə5/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   2   3   4   5   6   7   8   9   ...   156

Mövlana Cəlaləddin Rumi böyük humanist mütəfəkkir kimi
 
 
13
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.  Aydın Mehmet S.. İnsan-ı Kamil. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. 
Ankara, 2000. 
2.  Cittick William C.. The Sufi Doctrine of Rumi. Bloomington, 2005. 
3.  Çavuşoğlu Ali. Yaratılış Hz. Muhammed İlişkisi Çerçevesinde Kullanılan 
“Nur-ı Muhammed,  Akl-ı Evvel” Kavramları ve Edebi, Tasavvufî Metinlerdeki 
Yansımaları.  
4.   Kültür  Coğrafyamızda Hz. Muhammed. Uluslararası Sempozyum (Orta 
Asya, Kafkasya ve Balkanlar) (7-8 Mart 2009) Adapazarı-Sakarya, 2011 
5.  Demirci, Mehmet. Nûr-ı Muhammedi.  Dokuz Eylül Üniversitesi İlahiyat 
Fakültesi Dergisi. 1983, sayı: 1 
6.  Əhməd Əflaki. Ariflerin Makamları (Məqamat əl-Arifin). trc. Tahsin Yazıcı. 
İstanbul 1973. 
7.  Iqbal Afzal. The Life and Work of  Jalal-ud-din Rumi. Islamabad, 1991. 
8.  Kayaoğlu  İsmet. Mevlanada Tabiat  Sevgisi. 8. Milli Mevlana Kongresi. 
Konya, 1997. 
9.  Qurani-Kərim, trc. Z.Bünyatov, V.M.Məmmədləiyev, Bakı, 2011 
10. Rumi Mövlana Cəlaləddin. Divani-kəbir. trc. Abdülbaki Gölpınarlı. Ankara: 
Kültür Bakanlığı yayınları, 1992. 
11. Rumi Mövlana Cəlaləddin. Məsnəvi, 
http://www.masnavi.net/1/10/tur/6/2410/ 
12. Rumi Mövlana Cəlaləddin. Məsnəvi. 
http://www.sufi.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf . 
13. Rumi Mövlana Cəlaləddin. Rübailer. trc. M. Nuri Gençosman. İstanbul, 1994. 
14. Wood Neal. Cicero`s Social and Political Thought. California, 1991. 
15. Yazoğlu Ruhattin. Hümanizm ve Mevlana. Atatürk Üniversitesi Türkiyat 
Araştırmaları Dergisi. Erzurum, 2002. Sayı 20. 
 
 
 


     
Q.T.Məmmədəliyeva
 
 
14
 
XÜLASƏ 
 
Mövlana Cəlaləddin Ruminin əsərlərində, humanist ideyaların tərənnümü xüsusi 
yerə malikdir. Rumiyə görə insan ilahi eşqin ilk və ən mükəmməl təcəllisidir. Çünki 
ilk yaradılan varlıq, özü də bir insan olan həzrəti Məhəmmədin nurudur. İnsan özündə 
ilahi ad və sifətlərin təcəllilərini ehtiva edən, mələklərdən də üstün bir məqama çatma 
istedadına malik bir varlıqdır. Bu baxımdan Rumiyə görə, sosial statusundan, 
cinsindən və inancından asılı olmayaraq insana insan olduğu üçün hörmət etmək 
lazımdır.  
 
 
РЕЗЮМЕ 
 
В  произведениях  Мовлана  Джалаладдина Руми воспевание  гуманис-
тических  идей  достойно  особого  места.  Согласно  Руми,  человек  является 
единственной  и  самой  совершенной  манифестацией  божественной  любви, 
поскольку изначально созданное бытие есть ничто иное как человеческий дух 
Пророка Мухаммеда. Человек это существо манифестирующее божественные 
имена и атрибуты, обладающее способностью достичь вершин, превыше самих 
ангелов.  С  точки  зрения  Руми,  человек  не  зависимо  от  социального  статуса, 
пола  и  веры  заслуживает  глубокого  уважения,будучи  совершеннейшим  соз-
данием Бока. 
 
 
RESUME 
 
The praise of humanist ideas have a special place in Mawlānā Jalāl ad-Dīn Rūmī`s 
works. According to Rumi, the Divine Names and Attributes were firstly and perfectly 
manifested in the human being. For the first created being was the light of the Prophet 
Muhammad, who himself was a human being. Man reflects all Divine  Names and 
Attributes as well as he is able to be more perfect than angels. In this context, 
according to Rumi,  human beings should be respected just because they are humans, 
regardless their social status, gender and beliefs. 
 


Qloballaşma və etniklik
 
 
15
 
 
QLOBALLAŞMA VƏ ETNİKLİK 
 
Hümmətova Lətafət Ələsgər qızı, 
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
 
Açar sözlər:  qloballaşma, etniklik, sivilizasiya, ənənələr, kommunikasiya, 
multikulturalizm, müxtəliflik. 
Key words: globalization, ethnicity, civilization, traditions, communication, 
multiculturalism, diversity. 
Ключевые  слова:  глобализация,  этничность,  цивилизация,  традиции, 
комму-никация, мультикультурализм, разнообразие.  
 
Etniklik problemi qloballaşma və miqrasiya prosesləri ilə əlaqədar xüsusi sosial 
əhəmiyyət əldə etmişdir. Xalqların “böyük yerdəyişməsi” etnikliyin bütün sosial və 
mədəni, siyasi və iqtisadi problemlərini üzə çıxardı.  
Müasir cəmiyyətdə etnikliyin əhəmiyyəti xüsusilə aktualdır, çünki müasir KİV-
n, habelə  nəhəng miqrasiya axınlarının təsiri altında insan daima ona yad olan 
mədəniyyəti mənimsəməyin və ya onu qəbul etməməyin arasında seçim qarşısında 
durur. Özü də bu seçimdən növbəti nəsillərə ötürüləcək özünəməxsus mədəni təcrübə
bütövlükdə bu etnosun taleyi asılıdır. Daimi dəyişkən dünyada, qeyri-stabillik 
şəraitində insanlar daha davamlı dəyərlərdə, əcdadlarının dəyərlərində dəstək tapmağa 
meylli olurlar. Bundan başqa, dövri olaraq yaranan milli-etnik münaqişələrin baş 
verdiyi müasir dünyanın təhlili göstərir ki, etnilkik problemi dünya birliyində aktual 
olaraq qalmaqdadır.  
Problemi araşdırarkən bəzi metodoloji ilkin şərtləri müəyyənləşdirmək istərdik. 
Metodoloji  əsas kimi burada K.Marksın formasiya yanaşmasını tamamlayan 
sivilizasiya yanaşması çıxış edir.Qeyd etmək lazımdır ki, insanı müxtəlif aspektlərdə 
və müxtəlif səviyyələrdə (fərdin sosial keyfiyyətini nəzərdə tutaraq ən ümumi 
səviyyədə, fərdin müəyyən tipini nəzərdə tutaraq ictimai-iqtisadi formasiya səviy-
yəsində xüsusi kimi və insanı bütün rəngarəngliyi ilə  tək kimi) təhlil edən Marks 
bununla belə insan haqqında geniş təlim yaratmadı. Onun formasiya təlimi cəmiyyətin 
qərarlaşmasının real tarixi qanunauy-ğunluqlarını əks etdirsə də, o, universal deyil.  
Burada insan bəşər övladı səviyyəsində nəzərdən keçirilir. Bu səviyyədən olan 
sosioloji nəzəriyyələr insanın xüsusi və  tək səviyyələrdə davranışını izah etmək 
iddiasında ola bilməz. İnsanın davranışının fərdi səviyyədə öyrənilməsi üçün “üçüncü 
səviyyə” adlanan başqa bir nəzəriyyəyə də ehtiyac yaranmışdır ki, bu da ədəbiyyatda 
“sivilizasiya yanaşması” adını almışdır. Bu yanaşmada diqqət ona yönəlir ki, tarixi 
proses nə düz-xətli, nə də birxətli deyil və onun reallığın formasiya bölgüsündə qeydə 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə