Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə33/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   29   30   31   32   33   34   35   36   ...   108

 
104
xüsusiyyəti (qazdaşıyıcı qatışığının komponenti) ilə müqa-
yisələndirilməsini şərtləndirir. 
Xromatoqrafik analizdə  aşağıda qeyd olunan detektor 
tipləri daha geniş yayılmışdır:  
Katarometrlər.
  İstilikkeçirmənin ölçülməsi prinsipinə 
görə  işləyən detektorlardır. Bu detektorların iş prinsipi, təmiz 
qazdaşıyıcı axınlarının istilikkeçirməsinin kalonkadan çıxan 
ayrılmış komponentlərin qarışığına malik qazdaşıyıcı ilə mü-
qayisələndirilməsinə  əsaslanır. Qatışığın (qazdaşıyıcı + kom-
ponent) istilikkeçiriciliyi komponentin konsentrasiyasından 
asılı olaraq dəyişir. Potensiometrdə elektrik siqnalı  şəklində 
yazılan da elə bu dəyişkənliklərdir. 
Katarometrin istismarı çox asandır, o, olduqca müxtəlif 
birləşmələri analiz etməyə imkan verir, bu zaman detektordan 
keçən komponentlər dəyişmir ki, bu da onları sonradan analiz 
etmək üçün xüsusi tutucularda tutub saxlamağa imkan verir. 
Lakin bu tipdən olan bütün detektorlar qazdaşıyıcının axın 
sürəti rəqslərinə  həssasdır, buna görə  də onlara çox diqqətlə 
nəzarət olunmalıdır. Bundan başqa katarometrin göstərici-
lərinin qiyməti buxarın konsentrasiyasının dəyişməsi ilə heç də 
həmişə  xətti olaraq dəyişmir, miqdar analizi yerinə yetirmək 
üçün uyğun diapazonda məlum tərkibli qarışığa görə kalibr-
ləmə (tənzimləmə) aparmaq lazımdır.  
Katarometri tədqiq olunan qatışıqda mövcud olan mad-
dələrin çox kiçik miqdarını  təyin etmək üçün, məsələn, qida 
məhsullarının aromatını öyrənərkən, eləcə  də kiçik diametrli 
kapillyar və nasadkalı kolonkalarla işləyərkən istifadə etmək 
olmaz ki, bu da kiçik həssaslıq və yüksək  ətalətliliklə izah 
olunur. 
Qazın ionlaşma xüsusiyyətlərinin ölçülməsi prinsipi ilə 
işləyən  ionlaşdırıcı detektorlar daha müasir, daha həssas və 
daha perspektiv hesab olunur. Alovlu-ionlaşdırıcı detektorun 
(AİD) hidrogen alovunda ionlaşmaya əsaslanır və aşağıda qeyd 
edilən fikirlə yekunlaşır: “Kalonkadan çıxan axına sabit 


 
105
(dəyişməz) hidrogen sərfi daxil edilir və qarışıq hermetik 
kamerada yanır”. 
Təmiz hidrogen yanarkən kamerada əmələ gələn ionların 
miqdarı çox az olur, karbon atomlarına malik üzvi maddələrin 
iştirakı daxilində isə ionların miqdarı  kəskin olaraq yüksəlir. 
Alovda  əmələ  gələn ionlar cərəyan yaradır, özü də bu ion 
cərəyanının gücü odluğa daxil olan maddələrin miqdarı ilə 
mütənasib olur.  
İon cərəyanı potensiometr vasitəsilə gücləndirilir və avto-
matik yazılaraq qeydə alınır. Potensiometrin həssaslığı, kata-
rometrin həssaslığından yüksəkdir. Alovlu-ionlaşdırıcı detek-
torun köməyi ilə detektorlaşdırılan maddələrin minimum 
miqdarı 
12
10
1


-dən 
san
qram
12
10
10


–dəkdir, özü də 
11
12
10
10



  həddi detektorlaşdırmanın aşağı  hədd qiymət-
lərinin normal diapazonu sayılır. 
Alovlu-ionlaşdırıcı detektor (AİD) faktiki olaraq bütün 
üzvi birləşmələrə həssas olmaqla bərabər, sabit qazlara və suya 
qeyri-həssasdır.  
Detektorun siqnalı geniş intervalda maddələrin konsentra-
siyasına nisbətən xətti xarakterə malikdir. Pikin sahəsi maddə-
lərin ümumi miqdarına mütənasibdir və qazdaşıyıcının sürə-
tindən və detektorun temperaturundan asılı olmur. Yüksək həs-
saslığın və geniş  xətti diapazonun uyğunluğu qida məhsul-
larının analizi üçün alovlu-ionlaşdırıcı detektorun tətbiq olun-
masını şərtləndirir. 
Detektorun həssaslığı,  əsasən odluğa verilən hidrogenin 
və havanın miqdarı arasındakı nisbətlə və eləcə də elektrodlar 
arasındakı məsafə ilə müəyyənləşdirilir. Buna görə də, qazların 
sürətlərinin düzgün seçilməsinə diqqət yetirmək vacibdir. 
Hidrogen, qazdaşıyıcı  və hava axınlarının sürətləri arasındakı 
nisbət 1:1:10 şərtini təmin etməlidir. 
Digər tip ionlaşdırıcı detektorlar da mövcuddur ki, 
bunlarda da ionlar qatışığın yandırılması hesabına  əmələ 


 
106
gəlməyib, radioaktiv şüalanmanın və s. qatışığa göstərdiyi təsir 
altında əmələ gəlir. 
Seçimli həssaslığa malik xüsusi konstruksiyalı detektorlar 
işlənib hazırlanmışdır ki, bunlar da bir sıra birləşmələrə qarşı 
həssaslıq nümayiş etdirmir, digər bir sıra birləşmələrə qarşı isə 
yüksək həssaslıq nümayiş etdirir. 
Elektrontutucu detektorlar nisbətən yeni nəsil qurğular-
dan sayılır. Adi detektorlardan fərqli olaraq elektrontutucu 
detektor ion cərəyanının yüksəlməsini ölçməyib, onun azal-
masını ölçür. Detektordan azot axını keçərkən radioaktiv β – 
şüalandırıcının (adətən, tritium və ya plutonium – 239) təsiri 
altında azot molekulunun ionlaşması baş verir və yavaş hərəkət 
edən elektronlar əmələ gəlir. Sabit gərginliyin təsiri altında bu 
yavaş hərəkət edən elektronlar anoda tərəf yerlərini dəyişir ki, 
bunun da nəticəsində sabit cərəyan yaranır. Sınaq nümunəsinin 
sərbəst elektronları tutmaq qabiliyyətinə malik molekullarını 
təşkil edən komponentlər elektrodlar arasındakı boşluğa 
düşdükdə bu cərəyanın azalması baş verir. Cərəyanın azalması 
verilən maddə üçün maddə miqdarının funksiyası sayılır və 
elektronları tutmaq qabiliyyətini şərtləndirir. 
Bu tip detektor bəzi birləşmələrə görə (alkilhallogenidlər, 
karbonillər, nitrillər, nitratlar, metal üzvi birləşmələr və s.) 
həddən artıq həssasdır, karbohidratlara, spirtlərə  və ketonlara 
görə isə faktiki olaraq həssas deyil, yalnız kiçik xətti oblasta 
malikdir ki, bu da onu adi miqdar analizləri üçün yararsızlaş-
dırır. Buna baxmayaraq, xlor və fosfor tərkibli zəhərli kimyəvi 
birləşmələrin analizi zamanı digər detektorlardan istifadə 
etmək mümkün olmadıqda, elektronların tutulmasına görə bu 
detektor əvəzedilməzdir.  
Xlor tərkibli zəhərli birləşmələrin minimum detek-
torlaşma konsentrasiyası 
9
10
4
,
0


-dan 
san
mq
9
10
0
,
9


  hədləri 
arasında tərəddüd edir. Son illər aparılan tədqiqat işlərində 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə