Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
55
bahadır  hesab  edir.  Məlum  olduğu  kimi,  Yalançı  oğlu 
Yalancığın  uydurma  bahadır  hesab  edilməsi  onun 
eposda  həqiqi  bahadırın  (Bamsı  Beyrəyin)  qismətinə 
sahib  çıxmaq  fikrinə  düşməsi  ilə  bağlıdır.  Bu  cəhət 
(yəni  yalançı  bahadırın  həqiqi  bahadırın  qismətinə 
sahib  çıxmaq  istəməsi)  folklorda  müxtəlif  süjet 
xətlərində  öz  ifadəsini  tapır.  Yalançı  qəhrəmanın 
folklorda  kifayət  qədər  geniş  yer  tutması  həmin obraz 
barədə xüsusi danışmaq zərurətini ortaya çıxarır.  
Müxtəlif  süjet  xətlərindən  danışmazdan  əvvəl 
qeyd  edək  ki,  “yalançı  qəhrəman”  istilahındakı 
“qəhrəman” 
sözü 
“obraz” 
mənasında 
başa 
düşülməlidir.  Nəzərə  alınmalıdır  ki,  folklorda  yalançı 
bahadır süjetləri səciyyəvi olduğu  kimi,  yalançı  adaxlı 
süjetləri  də  səciyyəvidir.  Başqa  sözlə  desək,  “yalançı 
qəhrəman”  istilahı  yalnız  yalançı  bahadırları  yox, 
həmçinin yalançı adaxlıları da əhatə edir. 
Yalançı  qəhrəmanın  xüsusi  təqdim  olunduğu 
folklor  süjetlərindən  biri  üç  qardaş  süjetidir.  Bu  süjet 
bir  sıra  nağıllarımızda,  o  cümlədən  “Məlikməmməd” 
nağılında 
özünü 
qabarıq 
şəkildə 
göstərir. 
“Məlikməmməd” nağılındakı məşhur süjetin qısa məz-
munu  belədir:  Padşah  sıra  ilə  oğlanlarına  gecə 
səhərəcən  dirilik  almasının  keşiyini  çəkmək  tapşırığı 
verir.  Böyük  və  ortancıl  qardaşları  səhərə  yaxın  yuxu 
tutduğundan  tapşırığın  dalınca  kiçik  qardaş  – 
Məlikməmməd  gedəsi  olur.  Barmağını  kəsib  yarasına 
duz  basan  Məlikməmməd  dirilik  almasını  oğurlamaq 
istəyən  divi  yaralayır.  Div  gedib  bir  quyuya  girəndən 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
56 
sonra qardaşların qarşısında daha çətin bir iş dayanır: 
quyuya  girib  (yəni  yeraltı  dünyaya  gedib)  yaralı  divi 
öldürmək.  Quyuya  girməyə  nə  böyük,  nə  də  ortancıl 
qardaş  cəsarət  edir.  Quyuya  girib  yeraltı  dünyaya 
daxil  olan  Məlikməmməd  bir  divi  yox,  üç  divi  öldürəsi 
və  divlərin  əlində  əsir  olan  üç  bacını  xilas  edəsi  olur. 
Bacıların  kimə  veriləcəyində  heç  bir  çətinlik  yoxdur: 
böyük bacı böyük qardaşın, ortancıl bacı ortancıl qar-
daşın,  kiçik  bacı  isə  kiçik  qardaşın  (Məlikməmmədin) 
qismətidir.  Amma  böyük  və  ortancıl  qardaşlar  kiçik 
bacının  daha  gözəl  olduğunu  görüb,  Məlikməmmədin 
qismətinə  sahib  olmaq  fikrinə  düşürlər.  Nəticədə  ip 
kəsilir  və  Məlikməmməd  təzədən  quyunun  dibinə 
düşür.  Məlikməmməd  öz  qardaşlarından  təkcə 
şücaətinə  görə  yox,  həm  də  xeyirxahlığına  görə 
fərqlənir. O, xeyirxahlıq göstərib Zümrüd quşunun ba-
lalarını  əjdahanın  əlindən  qurtardığına  görə  Zümrüd 
quşu da onu (Məlikməmmədi) qaranlıq dünyadan işıqlı 
dünyaya  çıxarır.  Qaranlıq  dünyadan  xilas  olandan 
sonra  Məlikməmməd  qardaşlarının  hər  ikisini  öldürüb 
öz qismətinə qovuşur (5, 190-200). 
Bu  süjetdə  böyük  və  ortancıl  qardaşların  yalançı 
bahadırlığı  ilk  növbədə  kiçik  qardaşın  şücaətini  öz 
adlarına  çıxmalarındadır.  Düzdür,  biz  nağılda  böyük 
və  ortancıl  qardaşların  səfərdən  qayıdandan  sonra 
atalarına  nə  dediklərini,  necə  cavab  verdiklərini 
görmürük. Amma hadisələrin gedişatı, xüsusən də to-
ya  hazırlıq  epizodları  göstərir  ki,  böyük  və  ortancıl 
qardaşlar  divlərin  öldürülməsini,  üç  gözəlin  qaranlıq 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
57
dünyadan  işıqlı  dünyaya  çıxarılmasını  məhz  öz  şü-
caətlərinin 
nəticəsi 
elan 
ediblər. 

ki 
qaldı 
Məlikməmmədə,  yəni  padşahın  verəcəyi  “Bəs  Məlik-
məmməd  harda  qaldı?”  –  sualına,  bu  suala  oxşar 
folklor  süjetlərində  asanca  cavab  tapmaq  olar.  Oxşar 
folklor  süjetlərinin  birini  “Məlikməmməd”  süjetindən 
əvvəl  xatırlatmışıq.  Bu,  Bamsı  Beyrək  –  Yalançı  oğlu 
Yalancıq süjetidir. Məlumdur ki, həmin süjetdə yalançı 
bahadır (Yalançı  oğlu  Yalancıq)  qara  niyyətini  həyata 
keçirmək üçün məhz yalana əl atır və həqiqi bahadırın 
(Bamsı  Beyrəyin)  ölüm  xəbərini  gətirir.  “Məlikməm-
məd” nağılında yalançı bahadırların (böyük və ortancıl 
qardaşların)  bu  cür  hiyləyə  əl  atdıqları  və  həqiqi 
bahadırın  (Məlikməmmədin)  ölüm  xəbərini  gətirmələri 
mətndən  kənarda  qalır.  Amma  oxucu  və  ya  dinləyici 
şübhə  etmir  ki,  “Məlikməmməd”  nağılındakı  böyük  və 
ortancıl  qardaşlar  da  eynilə  Yalançı  oğlu  Yalancığın 
atdığı  addımı  atırlar  və  Məlikməmmədin  div  əlində 
həlak 
olması 
yalanını 
uydururlar. 
Bunu 
“Məlikməmməd”  nağılı  ilə  səsləşən  başqa  nağıl 
süjetləri  də  təsdiq  edir.  Belə  süjetlərdən  biri  “Üç 
şahzadə”  nağılındakı  süjetdir.  “Üç  şahzadə”  nağılının 
əsas  qəhrəmanları  Əhməd,  Hümmət  və  Məhəmməd 
adlı  qardaşlardır.  Üç  qardaşa  atalarının  tapşırığı  iki 
sehrli  quşu  tapıb  gətirməkdən  ibarətdir.  Sehrli  quşları 
gətirməyə  gedən  yol  gedər-gəlməz  yoldur.  Bu  yolu 
böyük  və  ortancıl  qardaşlar  yox,  kiçik  qardaş 
Məhəmməd  seçir.  Məhəmməd  üç  divin  ixtiyarında 
olan  sehrli  quşları  əldə  etməklə  yanaşı,  həm  də  üç 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
58 
bacını  divlərin  zülmündən  qurtarır  və  onları  özü  ilə 
götürüb geri qayıdır. Məhəmmədin bu şücaəti Əhməd 
və  Hümməti  narahat  etməyə  başlayır:  “Əhməd 
Hümmətə  dedi:  –  Qardaş,  fikrin  nədi?  Əli  ətəyindən 
uzun atamızın yanına necə qayıdaq? 
Hümmət  qardaşının  cavabında  dedi:  –  Qardaş, 
elə mən də səhərdən onun fikrini eliyirəm. Belə getsə, 
atamızın  yanında  Məhəmmədin  hörməti  birə-beş 
qalxacaq.  Günümüz  olmayacaq.  Bəs  nə  eləyək?”  (1, 
91).  Qardaşlar  beləcə  götür-qoy  edib  Məhəmmədi 
aradan  götürmək  qərarına  gəlirlər.  “Məlikməmməd” 
nağılında olduğu kimi, bu nağılda da böyük və ortancıl 
qardaşların  xəyanət  edəcəyini  kiçik  qardaşa  divlərin 
zülmündən qurtaran bacıların kiçiyi qabaqcadan xəbər 
verir.  Amma  hər  iki  nağılda  kiçik  qardaş  bu 
xəbərdarlığa  məhəl  qoymur  və  heç  bir  ehtiyat 
tədbirinə  əl  atmır.  Kiçik  qardaşın  ipinin  kəsilib 
quyunun  dibinə  düşməsi  onun  gözlənilən  təhlükədən 
çəkinməməsinin 
nəticəsində 
baş 
verir. 
“Məlikməmməd”  nağılının  mətnindən  kənardan  qalan 
epizod  (kiçik  qardaşın  ölüm  xəbərinin  uydurulması 
epizodu)  “Üç  şahzadə”  nağılında  belə  təqdim  olunur: 
«Bir  müddətdən  sonra  bunlar  (böyük  və  ortancıl 
qardaşlar  –  M.K.)  öz  atalarının  torpağına  yetişdilər. 
Radşaha 
muştuluqçu 
getdi, 
bəs 
deməzsənmi 
oğlanların gəlib çıxdı. Padşah min büsatla oğlanlarının 
qabağına  çıxıb  onlara  xoş  gəldin  elədi.  Qucaqlaşıb 
öpüşəndən  sonra  oğlanlarından  xəbər  aldı:  – 
Məhəmməd hardadı? Heç gözümə dəymir? 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə