Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
87
Müsbət  haldır  ki,  Koroğlu  dəlilərinin  sayı  ilə  bağlı 
çoxvariantlılıq  eposun  M.H.Təhmasib  nəşrində  də 
qorunub-saxlanıb. 
Bu 
nəşrdəki 
“Dəmirçioğlunun 
Çənlibelə  gəlməyi”  qolunda  dəlilərin  sayı  yeddi  yüz 
yetmiş yeddi (4, 39); “Koroğlunun  Ərzurum səfəri”ndə 
min  yeddi  yüz  yetmiş  (4,  46);  “Qulun  qaçması” 
qolunda yeddi min yeddi yüz yetmiş yeddidir (4, 191). 
M.H.Təhmasib  nəşrində  dəlilərin  sayı  ilə  bağlı  daha 
çox  qarşılaşdığımız  variant    yeddi  min  yeddi  yüz 
yetmiş yeddi variantıdır. 
Sovet  dövründə  koroğluşünaslar  eposun  həm 
daxili,  həm  də  zahiri  bütövlüyünü  qorumaq,  eposda 
bir-biri  ilə  ziddiyyət  yaradan  detallara  mümkün  qədər 
yol  verməmək  tələbi  ilə  üzləşirdilər.  Bu  tələb  sovet 
siyasi 
sisteminin 
tələbi 
idi. 
Sovet 
idarəçiliyi 
qəhrəmanlıq eposlarının sinfi mübarizə ideologiyasına 
uyğun  şəkildə  “hazırlanıb”  ortaya  çıxarılmasını 
təxirəsalınmaz  bir  vəzifə  sayırdı.  Qəhrəmanlıq  epo-
sunun  roman  kimi  ölçülü-biçili  olması  qarşıya  qoyul-
muş  vəzifələrin  mühüm  maddələrindən  biri  idi.  Bizim 
bəxtimiz  onda  kəsdi  ki,  bu  vəzifəni  yerinə  yetirmək 
Vəli 
Xuluflu 
və 
Hümmət 
Əlizadədən 
sonra 
Məmmədhüseyn Təhmasib kimi görkəmli folklorşünas 
və  söz  sərrafının  öhdəsinə  düşdü.  M.H.Təhmasib 
çətin  ictimai-siyasi  bir  şəraitdə  “Koroğlu”nun  ruhunu 
qoruyub  saxlaya  bildi  və  onilliklər  boyu  eposun 
M.H.Təhmasib nəşri insanların stolüstü kitabı oldu.  
Bunu  qeyd  etməklə  yanaşı,  sovet  dövründə 
“Koroğlu”nun  necə  nəşrə  hazırlanmasından,  epos 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
88 
üzərində  hansı  istiqamətlərdə  iş  aparılmasından 
danışmağı  da  vacib  hesab  edirik.  Belə  düşünürük  ki, 
“Koroğlu”  üzərində  aparılan  işin  ümumi  mahiyyəti 
“nümunəviləşdirmək”dən 
ibarət 
olub. 
Və 
bu 
“nümunəviləşdirmək”  qəhrəmanın,  süjetin,  kompozisi-
yanın,  eləcə  də  dilin  “nümunəviləşdirilməsi”  kimi 
müxtəlif  istiqamətləri  əhatə  edib.  Diqqət  yetirdikdə 
aydın  olur  ki,  qolları  bir-biri  ilə  əlaqələndirib  vahid 
kompozisiya  çərçivəsinə  salmaq  cəhdi  H.Əlizadə 
nəşrində də  müəyyən  qədər  özünü  göstərir.  Qazaxda 
Aşıq  Sadıqdan  yazıya  alınan  “Koroğlunun  Ərzəngan 
səfəri”ndə  danışılır  ki,  xotkardan  Koroğlu  ilə  haqq-
hesabı  çürütmək  əmri  alan  Camal  paşa  qoşun 
başçılarını  başına  yığıb  deyir:  “İçinizdə  kimdi,  getsin 
ya dəli Koroğlunun başını gətirsin, ya özünü diri tutub 
gətirsin,  qızım  Dünya  xanımı  ona  verim”  (2,  83).  
Camal  paşanın  sözlərinin  ardınca  belə  bir  cümlə 
təqdim  olunur:  “Genə  heç  kəs  cıqqırını  çıxardıb 
dillənmədi”  (2,  83).  Bu  cümlədəki  “genə”  (“yenə”) 
sözünü  necə  başa  düşmək  lazımdır?  Xatırlatdığımız 
epizoddan əvvəl hansısa “cıqqır çıxarmamaq” epizodu 
olsaydı,  onda  düşünmək  olardı  ki,  “genə”  sözü  ilə 
“cıqqır  çıxarmamağın”  təkrar  baş  verməsinə  işarə 
edilir. 
Boyun 
əvvəlində 
epizod 
təkrarına 
rast 
gəlmiriksə,  həm  də  belə  təkrara  heç  imkan  da 
yoxdursa,  onda  “genə”  sözünün  işlənmə  səbəbini 
başqa  yerdə  axtarmaq  lazım  gəlir.  Doğrudan  da, 
“genə”  sözünün  hansı  funksiya  daşımasını  həmin 
qoldan əvvəl  təqdim  edilən  qola –  “Koroğlunun  Toqat 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
89
səfəri”nə baxmaqla aydınlaşdırmaq olur. Aydın olur ki, 
Qazaxda Aşıq Əlidən yazıya alınmış “Toqat səfəri”nin 
əvvəlində  “Ərzəngan  səfəri”nin  əvvəlindəki  epizoda 
bənzər  bir  epizod  var:  “Mahmud  paşa  dedi:  –  Mənim 
oğul  öyladım  yoxdu  ki,  göndərəm  gedə,  Koroğlunun 
Qıratını  gətirə.  Yurduma,  yuvama  sahib  olan, 
gözümün  ağı-qarası  bir  qızım  var,  hər  kim  gedib 
Çənlibeldən  qoç  Koroğlunun  Qıratını  mənə  gətirsə, 
qızım  Dona  xatunu  ona  verəcəm,  özünü  də  dünya 
malınnan qəni eləyəcəm. 
Mahmud  paşa  bunu  deyib,  bir  istəkan  şərab 
doldurub  əlinə  aldı,  üzünü  məclisdəkilərə  tutub 
ucadan  dedi:  –  Kimin  özünə  gümanı  gəlir,  ayağa 
dursun,  alsın  bu  şərabı  içsin,  getsin  Koroğlunun  dəli 
beygirini gətirsin. 
Məclis  əhli  hamısı  başını  aşağı  tikdi.  Cıqqırını 
çıxardan  olmadı”  (2,  59).  Eyni  aşıq  “Toqat  səfəri”  ilə 
“Ərzəngan  səfəri”ni  bir-birinin  ardınca  danışsaydı, 
onda aşıq, Camal paşanın məclisindən söhbət açanda 
Mahmud  paşanın  məclisinə  işarə  etmək  məqsədilə 
“cıqqırını  çıxardan  olmadı”  cümləsini  “genə”  sözü  ilə 
başlamağa  ehtiyac  duyardı.  Qolları  ayrı-ayrı  aşıqlar, 
ayrı-ayrı məkan və zamanda (Qazax, 10 yanvar 1937; 
Qazax,  5  aprel  1938)  danışdığına  görə  bu  qənaətə 
gəlmək  olur  ki,  “genə”  sözü  tərtibçinin  əlavəsidir. 
Tərtibçi  bu  əlavə  ilə  qollar  arasında  əlaqə  yaratmaq 
istəyib.  Qollar  arasında  bu  cür  əlaqə  yaratmaq  meyli 
eposun M.H.Təhmasib nəşrində daha qabarıq şəkildə 
özünü  göstərir. Bir  qoldan o  biri  qola  keçəndə  tərtibçi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
90 
əvvəlki  qola  işarə  edir.  Növbəti  qolla  əvvəlki  qolu 
əlaqələndirməyin  diqqəti  cəlb  edən  bir  yolu  Çənlibelə 
gətirilən  dəlilərin  adını  çəkmədən  ibarət  olur.  Dəli 
Həsən  və  Bəlli  Əhməd  Çənlibelə  gətirilir  və  növbəti 
qolun  əvvəlində  onların  adı  çəkilir  (4,  39).  Eyvaz 
Çənlibelə  gətirilir və  növbəti  qol  onun  adını  çəkməklə 
başlayır  (4,  93).  Yalnız  ad  çəkməklə  iş  bitmir.  Bir  qol 
dəlinin  Çənlibelə  gətirilməsinə  həsr  olunursa,  növbəti 
qol  həmin  dəlinin  hansısa  sərgüzəştindən  bəhs  edir. 
Belə 
əlaqələndirmə 
prinsipinin 
nəticəsidir 
ki, 
“Dəmirçioğlunun  Çənlibelə  gəlməyi”ndən  sonrakı 
“Ərzurum  səfəri”ndə  başqa  bir  dəlinin  yox,  məhz 
Dəmirçioğlunun  xüsusi  qəhrəmanlığından  bəhs  edilir 
(4, 45-71). Yaxud “Eyvazın Çənlibelə gətirilməsi”ndən 
sonrakı  “Durna  teli”ndə  diqqət  başqa  dəlilərdən  çox 
Eyvazın üzərinə yönəldilir (4, 93-111). 
Əlaqələndirməyə  nail  olmaq  üçün  tərtibçi  dəli 
obrazlarından  istifadə  etdiyi  kimi,  düşmən  və  rəqib 
obrazlarından da istifadə edir. Belə obrazlar sırasında 
Hasan  paşa,  Bolu  bəy  və  Ərəb  Reyhanın  adlarını 
xüsusi çəkmək olar. Bunların əlaqələndirici funksiyası 
bir  neçə  qolda  iştirak  etməklə  bitmir.  Tərtibçi  həmin 
obrazlara  əlaqələndirmənin  başqa  formasını  da 
həvalə  edir:  hər  hansı  qolda  onlardan  birinin 
(məsələn,  Hasan  paşanın)  adı  çəkilən  kimi  əvvəlki 
qollardan onunla bağlı əhvalatlar xatırlanır. “Həmzənin 
Qıratı  aparması”  qolunda  Hasan  paşa  belə  təqdim 
edilir: “... sənə kimdən deyim, Toqatlı Hasan paşadan. 
Bu  Hasan  paşa  kim  ola,  kim  olmaya,  haman  Toqatlı 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə