Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
91
Hasan  paşa  ola  ki,  atların  üstündə  Alı  kişinin 
gözlərinin  çıxarılmasını  məsləhət  görmüşdü,  Həsən 
xan da onun  gözlərini çıxartdırıb dünya işığına həsrət 
qoymuşdu”  (4,  112).  Həmin  qolda  Ərəb  Reyhan  da 
Hasan paşa təqdim edildiyi kimi  təqdim edilir: “Hasan 
paşa  Ərəb  Reyhanı  tanıyırdı.  Bilirdi  ki,  zor  adamdı. 
Koroğlu  ilə  olan  əhvalatını  da  eşitmişdi”  (4,  115). 
Göründüyü  kimi,  Hasan  paşanın  bu  cür  təqdim 
olunması  ilə  “Alı  kişi”  qoluna;  Ərəb  Reyhanın  bu  cür 
təqdim  olunması  ilə  “Eyvazın  Çənlibelə  gətirilməsi” 
qoluna  körpü  atılır.  Belə  körpülərə  “Koroğlu”nun 
başqa  nüsxə  və  nəşrlərində,  demək  olar  ki,  rast 
gəlmirik.  
M.H.Təhmasib nəşrində qolların bir-birinin davamı 
kimi təqdim olunmasına xüsusi diqqət yetirilib. Bu “da-
vam”  məsələsinin  ən  sadə  forması  bir  qolda  iştirak 
edənlərin  növbəti  qolda  xatırlanmasıdırsa,  qismən 
mürəkkəb  forması  bir  qolda  qarşılaşdığımız  süjet 
xəttinin 
sonrakı 
qollarda 
inkişaf 
etdirilməsidir. 
“Həmzənin 
Qıratı 
aparması”ndan 
sonrakı 
qol 
(“Məhbub  xanımın  Çənlibelə  gəlməsi”)  belə  başlanır: 
“Yenə Aşıq Cünun çoxdan idi ki, Çənlibeldən çıxmışdı. 
Nə  Həmzənin  Çənlibelə  gəlməyini  bilirdi,  nə  Qıratı 
aparmağını.  Nə  Koroğlunun  Toqatdakı  işindən  xəbəri 
var idi, nə də Qıratı gətirməyindən” (4, 145). Bu parça 
əvvəlki  qolla  əlaqə  yaratmağın  sadə  formasına  bir 
nümunədir.  Əlaqənin  qismən  mürəkkəb  formasına 
növbəti  qolda  –  “Koroğlunun  Bəyazid  səfəri”ndə  rast 
gəlirik.  Qol  belə  başlanır:  “İndi  eşit,  sənə  kimdən 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
92 
danışım,  Toqatda  Hasan  paşadan.  Biz  qalmışdıq  o 
yerdə  ki,  Hasan  paşa  Bolu  bəyi  Ərzincana,  Keçəl 
Həmzəni  də  Çənlibelə  yola  salandan  sonra  bir  namə 
də  Bəyaziddə  Əhməd  tacirbaşıya  göndərmişdi”  (4, 
165).  Bu  parçanın  “biz  qalmışdıq  o  yerdə  ...”  cümləsi 
göstərir  ki,  danışılan  əhvalat  “Keçəl  Həmzə”də  tanış 
olduğumuz  əhvalatın  davamı  olmalıdır.  Doğrudan  da, 
belə  olur.  Keçəl  Həmzəyə  Qıratı  oğurladan,  amma 
məqsədinə  çata  bilməyən  Hasan  paşa  Əhməd 
tacirbaşını,  İmirzə  adlı  bir  qulu  növbəti  tədbir  dalınca 
göndərir.  Həmin  qol  Əhməd  tacirbaşının  Koroğluya 
kələk 
qurmasına, 
Koroğlunun 
Xəlil 
paşa 
ilə 
vuruşmasına  və  İmirzə  adlı  qulun  Ərəb  atı  oğurlayıb 
aparmasına  həsr  olunur.  Qol  bitir.  Və  növbəti  qol  – 
“Qulun qaçması” belə başlanır: “Eşit quldan. Elə ki qul 
Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, 
birbaş  atı  sürdü  Ələmqulu  xanın  yanına”  (4,  182). 
Hadisələri  diqqətlə  izlədikdə  aydın  olur  ki,  “Keçəl 
Həmzənin  Qıratı  aparması”  qolundan  başlanan  süjet 
xətti  “Koroğlunun  Bəyazid səfəri” və  “Qulun  qaçması” 
qollarında davam və inkişaf etdirilir. 
Ayrı-ayrı 
qollardakı 
hadisələri 
bir-biri 
əlaqələndirərkən  tərtibçinin  daha  çox  diqqət  yetirdiyi 
obraz,  söz  yox  ki,  Koroğludur.  M.H.Təhmasib 
Koroğlunun  yeniyetməliyindən  qocalığınacan  baş 
vermiş  hadisələri  elə  düzməyə  çalışır  ki,  xronoloji 
ardıcıllığa  açıq-aşkar  xələl  gətirən  hallar  (“Dədə 
Qorqud”  boylarında  Uruzun  əvvəl  yetkinlik,  sonra  isə 
uşaqlığından  bəhs  etmək  kimi  hallar)  “Koroğlu”da 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
93
özünü  göstərməsin.  Düzdür,  bu  prinsipə  əməl  etmək 
bəzən  mümkün  olmur  (məsələn,  “Dərbənd  səfəri”ndə, 
yəni  dastanın  sonuncu  qollarından  birində  Koroğlunun 
cavan  vaxtlarından  söhbət  açılır),  buna  baxmayaraq, 
əksər qollar xronoloji baxımdan bir-birini tamamlayacaq 
düzümdə  təqdim  edilir.  Koroğlu  obrazını  xüsusi  olaraq 
diqqət  mərkəzində  saxlayan  tərtibçi  nəinki  sonrakı 
qollardan  əvvəlkilərə,  həm  də  əvvəlki  qollardan 
sonrakılara  körpüləri  bir  çox  hallarda  baş  qəhrəman 
vasitəsilə atır. Birinci qolda atası Koroğluya Dəli Həsən 
adlı  bir  igid  barədə  danışır.  Bu,  o  deməkdir  ki,  tərtibçi 
bu detalla ikinci qoldakı hadisələrə zəmin yaradır. Doğ-
rudan da, ikinci qolda Dəli Həsəndən söhbət açıldığının 
şahidi oluruq və Koroğlunun Dəli Həsənlə qarşılaşması 
səhnəsində  Alı  kişinin  sözləri  yenidən  xatırlanır: 
“Oğlan...  üzünü  Koroğluya  tutub  dedi:  –  Görünür  ki, 
sən 
məni 
tanımırsan! 
Əgər 
tanısaydın, 
belə 
danışmazdın. Mənə Dəli Həsən deyərlər. Bu  yollardan 
kim keçsə, mənə bac-xərac verməlidir.  
Koroğlu  onu  tanıdı.  Bildi  ki,  atasının  dediyi  Dəli 
Həsəndir” (4, 15). Dəli Həsəni məğlub edən və onunla 
dostluq-qardaşlıq  əhd-peymanı  bağlayan  Koroğlunun 
dili  ilə  tərtibçi  növbəti  qollar  üçün  zəmin  yaradır.  Dəli 
Həsənin  təklif  etdiyi  qızıl-gümüş  xəzinəsini  gözdən 
keçirən  Koroğlu  belə  deyir:  “Qoy  bunlar  hələlik  elə 
buradaca qalsınlar. İndi bunlar bizə lazım deyil. Amma 
elə  ki  Çənlibeldə  yurd-yuva  saldıq,  başımıza  dəlilər, 
igidlər  yığıldı, onda  bunlar  bizə  lazım  olacaq” (4, 19). 
Koroğlunun  bu  sözləri  nəinki  üçüncü  qola,  eləcə  də 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
94 
dəlilərin  Çənlibelə  gəlməyindən  bəhs  edəcək  digər 
qollara  bir  işarədir.  Bu  işarə,  bizcə,  söyləyicinin  yox, 
məhz tərtibçinin işarəsidir. Söyləyici eposun hər hansı 
bir  qolunu  başa  çatdırıb  işini,  vəzifəsini  bitmiş  sayır. 
Tərtibçi  isə  eposu  vahid  bir  orqanizm  kimi  görmək 
qayğısına  qaldığından  bir  qolun  sonunu  o  biri  qolun 
müəyyən  qədər  əvvəli  kimi  görmək,  yaxud  bir  qolu 
hansısa  tellə  başqa  qollara  bağlamaq  istəyir.  Bu 
istəyini  reallaşdırmaqda  tərtibçi,  yuxarıda  qeyd 
etdiyimiz  kimi,  Koroğlu  obrazına  daha  çox  üz  tutur. 
M.H.Təhmasib  nəşrindəki  üçüncü  qolun  (“Koroğlunun 
İstanbul səfəri”nin) sonunda Koroğlu Bəlli Əhməd haq-
qında  deyir:  “Mənim  hələlik  xələtim  odu  ki,  onu  azad 
eləyib  dəliliyə  götürmüşəm.  Elə  ki  özünü  göstərdi, 
Çənlibel  dəlisi  olmağa  layiq  olduğunu  sübut  elədi, 
məndən  xələti  onda  görəcək.  Mən  xələti  ancaq  igidə 
verirəm”  (4,  38).  Həmin  nəşrdəki  doqquzuncu  qolda 
(“Məhbub  xanımın  Çənlibelə  gəlməyi”  qolunda)  Bəlli 
Əhməd əsl igidlik göstərir və onun ən böyük mükafatı 
elə Məhbub xanımın özü olur (4, 164). Deməli, üçüncü 
qolda  Koroğlunun  dilindən  səslənən  xələt  söhbəti 
doqquzuncu  qoldakı  Bəlli  Əhməd  –  Məhbub  xanım 
əhvalatı ilə əlaqə yaratmağa xidmət edir. 
Belə  misalların  sayını  xeyli  artırmaq  da  olar. 
Amma  təfsilata  varmadan  bir  suala  aydınlıq  gətirmək 
istəyirik: M.H.Təhmasib nəşrində qollararası əlaqələrə 
bu cür geniş imkan yaradan nədir? Bu sualın cavabını 
M.H.Təhmasib nəşrinin mənbələrinə, yəni hansı qolun 
hansı  mənbədən  götürülməsi  barədəki  izahlara 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə