Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
99
xanımın  məhz  ona  (Bəlli  Əhmədə)  ərə  getmək 
məsələsi  ön  plana  çıxarılır.  Bununla  da  söyləyici  və 
tərtibçi  köməkləşib  qolun  ifa  və  tərtib  olunmasında 
Koroğlunun çoxarvadlılığı kimi Sovet dövrü üçün qəliz 
olan bir məsələni az-çox yoluna qoya bilirlər.  
...Lyonrot  “Kalevala”  üzərində  necə  işlədiyini 
oxucudan 
gizlətmədiyi 
kimi, 
M.H.Təhmasib 
də 
“Koroğlu” 
üzərində 
necə 
işlədiyini 
görkəmli 
folklorşünas  olaraq,  oxucudan  gizlətməyə  ehtiyac 
görməyib.  Lyonrotun  böyük  zəhmət  və  istedad 
bahasına  tərtib  etdiyi  “Kalevala”  xalq  arasında  geniş 
yayıldığı  kimi,  M.H.Təhmasibin  də  böyük  zəhmət  və 
istedad  bahasına  tərtib  etdiyi  “Koroğlu”  xalq  arasında 
geniş  yayılıb.  Həm  Lyonrot  “Kalevala”sı,  həm  də 
M.H.Təhmasib 
“Koroğlu”su 
bir 
tarixə 
çevrilib. 
“Kalevala”  və  “Koroğlu”nu  yeni  tərtibdə  oxucuya 
təqdim  etmək  istəyən  folklorşünas,  heç  şübhəsiz,  bu 
tarixə  böyük  sayğı  və  ehtiramla  yanaşmalıdır. 
“Kalevala”nı finlərin  öhdəsinə  buraxıb  söhbəti  konkret 
olaraq  bizim  “Koroğlu”nun  üstünə  gətirsək,  qeyd 
etməliyik  ki,  yeni  tərtib  arzusunda  olan  folklorşünasın 
başlıca  işi  əsl  söyləyiciləri  –  koroğluxanları  arayıb 
tapmaq,  eposun  qollarını  ayrı-ayrılıqda  canlı  ifadan 
necə  var,  o  şəkildə  qələmə  almaq,  qələmə  alınanı 
xüsusi  əlaqələndirmə  qayğısına  qalmadan  bütün 
təbiiliyi ilə nəşr edib oxucuya  çatdırmaqdır. 
Amma  qarşıya  bir  sual  da  çıxır:  bütün  bu  şərtlər 
əsasında  ortaya  çıxan  “Koroğlu”  oxucu  üçün 
M.H.Təhmasib 
“Koroğlu”sundan 
daha 
maraqlı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
100 
olacaqmı? Allah bilir... 
QAYNAQLAR  
 
1.  Kitabi-Dədə  Qorqud  Ensiklopediyası.  2  cilddə.  I 
cild. Bakı, Yeni Nəşrlər Evi, 2000 
2.  Koroğlu.  Toplayanı:  H.Əlizadə.  Bakı,  Azərnəşr, 
1941 
3. Koroğlu. Tərtib edəni: M.H.Təhmasib. Bakı, Azər-
baycan EA Nəşriyyatı, 1969 
4.  Koroğlu.  Çapa  hazırlayanı:  M.H.Təhmasib.  Bakı, 
Gənclik, 1982 
5. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. Bakı, Yurd, 
1999 
6.  Koroğlu.  Paris  nüsxəsi.  Çapa  hazırlayanı: 
İ.Abbaslı. Bakı, Ozan Nəşriyyatı, 1997 
7.  Koroğlu.  Tiflis  nüsxəsi.  Tərtib  edəni:  E.Tofiqqızı. 
Bakı, Səda Nəşriyyatı, 2005 
 
 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
101
II BÖLMƏ. NƏSR 
 
DAXİLİ MONOLOQ 
 
Çağdaş  Azərbaycan  nəsri  daxili  monoloqa  doğru 
tədrici  inkişaf  yolunu,  şübhəsiz,  birinci  şəxsə  aid 
təhkiyədən  başlayıb.  Nəsrimizdə  daxili  monoloqun 
meydana gəlib təkmilləşməsində, vacib bədii formalar 
sırasına  çıxmasında  birinci  şəxsə  aid  təhkiyənin 
xüsusi  rolu  olub.  Bu  iki  bədii  ifadə  forması  arasında 
müqayisələr aparmaq daxili monoloqun özünəməxsus 
xüsusiyyətlərini araşdırmağa yaxından kömək edir. 
Birinci  şəxsə  aid  təhkiyədə  qəhrəman  (biz  birinci 
şəxsə aid təhkiyənin o tipini nəzərdə tuturuq ki, orada 
təhkiyəçi  məhz  qəhrəmanlardan  biridir)  gördüyü, 
duyduğu, iştirak etdiyi, yaxud eşitdiyi barədə oxucuya 
söhbət  açır.  Oxucuya  söylənən  bu  «monoloq» 
sadəliyə,  aydınlığa,  fikri  ardıcıllığa  əsaslanmalı  olur. 
Daxili  monoloq  isə  sadə,  aydın,  ardıcıl  olub  birinci 
şəxsə  aid  təhkiyəyə  bənzədiyi  kimi,  mürəkkəb,  qeyri-
ardıcıl  və  «məntiqsiz»  də  ola  bilər.  Daxili  monoloqun 
mürəkkəb  nümunələrində  oxucu  sanki  unudulur, 
oxucunun  asanlıqla  başa  düşəcəyi  nizamlı  nitq 
formasını  müəllif  semantik,  sintaktik  mürəkkəbliklə 
əvəz  edir.  Çünki  daxili  monoloq  öz  təbiətinə  görə 
qəhrəmanın  nə  barədəsə  öz-özü  ilə  gizli  danışığıdır. 
Realist  sənət  tarixində  daxili  monoloqun  formaca 
birinci şəxsə aid təhkiyədən, eləcə də dialoqdan, dram 
əsərlərindəki  monoloqdan  fərqli  şəkildə  meydana 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
102 
çıxması  həyatda  daxili  nitqin  kommunikativ  nitqdən 
fərqlənməsi  faktına  əsaslanır.  Görkəmli  psixoloq 
L.S.Vıqotski  yazır:  «Biz  daxili  nitqə  sadəcə  olaraq 
danışıq 
nitqinin 
bir 
forması 
kimi 
baxanlarla 
razılaşmırıq.  Daxili  nitq  insanın  özü  üçün,  zahiri 
danışıq nitqi isə başqaları üçündür. Daxili nitq danışıq 
dilinin  qabaqcadan  düşünülməsi  və  ya  danışıq  dilinin 
yaddaşda  yenidən  canlandırılması  deyil,  ondan  tam 
fərqlidir» (1, 135). 
Məlumdur  ki,  müasir  nəsrdə  daxili  monoloqun 
mürəkkəb 
formalarından, 

cümlədən 
«şüur 
axını»ndan geniş istifadə olunur. Daxili assosiasiyalar 
selinin,  şüuraltı  proseslərin  bədii  təcəssümü  ilə 
səciyyələnən  «şüur  axını»nın  müasir  Azərbaycan 
nəsrində  geniş  yayıldığını  iddia  etmək  düzgün 
olmazdı.  Aparılan  müşahidələr  nəsrimizdə  daxili 
monoloqun 
sadədən 
mürəkkəbə 
doğru 
təkmilləşməsindən,  birinci  şəxsə  aid  təhkiyədən  fərqli 
keyfiyyətlər qazanmasından xəbər verir. 
Ə.Əylislinin  «Adamlar və  ağaclar»  silsiləsini  təşkil 
edən povestləri birinci şəxsin dilindən yazılmış müasir 
Azərbaycan  nəsrinin  səciyyəvi  nümunələridir.  Bu 
povestlərdə  müxtəlif  əhvalatlardan  söhbət  açılır,  bir-
birindən  fərqli  insan  surətləri  yaradılır  və  beləliklə, 
müharibə  dövrü  və  müharibədən  bir  az  sonrakı 
Azərbaycan  kəndinin  mənəvi-əxlaqi  atmosferi  real 
lövhələrlə  canlandırılır.  Povestlər  Sadığın  dilindən 
nağıl edilir, bədii mətnə daxil olan bütün obrazlar onun 
uşaq  qavrayışından  keçirilib  canlandırılır.  Düzdür, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə