Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
59
Əhməd atasına  kəmali-ehtiramla  baş  əyib  dedi: – 
Qibleyi-aləm,  divlə  davada  həlak  olub”  (1,  91-92). 
Göründüyü kimi, bu epizod Yalançı oğlu Yalancığın öz 
dostu  Beyrəyin  ölüm  xəbərini  gətirməsi  epizodu  ilə 
yaxından  səsləşir.  Amma səsləşmə  bununla  bitmir və 
yalançı  qəhrəmanların  aqibətinin  təsvirini  də  əhatə 
edir:  “Bamsı  Beyrək  boyu”nda  olduğu  kimi,  “Üç 
şahzadə”  nağılında  da  əsl  qəhrəman  sonda  yalançı 
qəhrəmanı  öldürmür.  Bu  cür  sonluq  “Məlikməmməd” 
nağılının sonluğundan, təbii ki, fərqlənir. Amma həmin 
fərq zahiri səciyyə daşıyır. Əslində “Bamsı Beyrək bo-
yu” və “Üç şahzadə” nağılında da yalançı qəhrəmanlar 
ölümə düçar olurlar. Sadəcə olaraq, bu ölüm fiziki yox, 
mənəvi  ölümdür.  “Üç  şahzadə”  nağılında  Məhəmməd 
sehrli  qüvvələrin  köməyi  ilə  öz  vilayətinə  qayıdandan 
sonra  atası  dərhal  Əhmədlə  Hümməti  dar  ağacından 
asdırmaq 
qərarına 
gəlir. 
Bu 
məqamda 
Sam 
(Məhəmmədə  yaxından  kömək  etmiş  adam)  belə 
deyir: “Qibleyi-aləm, oğlanlarını əfv et! İndi ki, işin üstü 
açıldı,  bu,  onlara  ölümdən  də  betərdi”  (1,  96). 
“Ölümdən  də  betər”  olan  nədir?  Yalançı  qəhrəmanın 
əsl  xislətinin  üzə  çıxması  və  camaat  içində  onun  xar 
olması.  Qəhrəmanın  xar  olması  ilə  onun  öldürülməsi, 
qəhrəmanlıq  eposu  və  bahadırlıq  nağılının  məntiqinə 
görə,  eyni  mahiyyət  daşıyır.  “Məlikməmməd”  nağılın-
da,  yaxud  “Vəfalı  at”  (2,  38-52),  “Tilsim  padşahının 
qızı” (1, 42-55), “Qara kəkil” (1, 77-85) tipli nağıllarda 
öldürülən  yalançı  qəhrəman  nə  dərəcədə  mənfi 
obrazdırsa,  “Üç  şahzadə”  tipli  nağıllarda  da  bir  o 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
60 
qədər mənfi obrazdır. “Dirsə xan oğlu Buğac boyu”nda 
Dirsə xanın namərdlik edən qırx silahdaşı vahid obra-
zın  ifadəçisi  olduğu  kimi,  göstərilən  nağıllarda  da  ya-
lançı  qəhrəman  funksiyası  daşıyan  böyük  və  ortancıl 
qardaşlar  vahid  obrazın  ifadəçiləridir.  Böyük  və 
ortancıl  qardaşların  Əhməd və Hümmət  kimi ayrı-ayrı 
adlarla  təqdim  olunması  formal  səciyyə  daşıyır. 
Əslində  onlar  kiçik  qardaşın  mənfi  əvəzedicisi 
funksiyasını  ayrı-ayrılıqda  yox,  məhz  bir  yerdə  ifadə 
edirlər. 
Qardaşların  əlbir  olduğu,  ağıl,  fərasət  və 
bahadırlıq 
funksiyasını 
birlikdə 
ifadə 
etdikləri 
nağıllarda  tam  başqa  mənzərə  ilə  qarşılaşırıq.  Başqa 
mənzərə  ondan  ibarətdir  ki,  qardaşların  birlikdə 
müsbət  mövqedə  dayandıqları  məqamlarda  yalançı 
qəhrəman  sifətində  kənar  adamların  təsvir  edildiyini 
görürük. “Yetim qardaşlar” nağılında (1,  75-77) böyük 
qardaşın  başına  şahlıq  quşu  qonur,  kiçik  qardaşsa 
şəhərə qan udduran əjdahanı öldürür. Bu, o deməkdir 
ki,  qardaşların  hər  ikisi  qeyri-adi  xüsusiyyətləri  olan 
qəhrəmanlardır.  Şahlıq  quşunun  (yəni  sakral  aləmə, 
ilahi  başlanğıca  məxsus  olan  quşun)  böyük  qardaşın 
çiyninə  qonması,  yenilməz  bir  əjdahanın  kiçik 
qardaşın 
əlində 
ölməsi 
məhz 
qeyri-adiliyin 
göstəricisidir.  Qeyri-adi  xüsusiyyətləri  ilə  bir-birini 
tamamlayan bu qardaşlardan kiçiyinin qismətinə sahib 
çıxmaq istəyən öz qardaşı yox, kənar bir adam – Qara 
pəhləvandır.  Kiçik  qardaş  əjdahanı  öldürəndən  sonra 
yorulub  yatarkən  Qara  pəhləvan  onu  (kiçik  qardaşı) 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
61
ölümcül  yaralayır  və  padşaha  xəbər  verir  ki, 
«şəhərimizə 
qan 
udduran 
əjdahanı 
mən 
öldürmüşəm».  Bu  sözlərə  inanan  padşah  Qara 
pəhləvana  xeyli  ənam  verdirir.  Amma  yalançı 
qəhrəmanla  bağlı  başqa  süjetlərdə  gördüyümüz 
sonluq,  təbii  ki,  bu  nağılda  da  özünü  göstərir:  əsl 
həqiqət  üzə  çıxır  və  yalançı  qəhrəman  öz  cəzasına 
çatır. 
“Gül  və  Nəstərən”  nağılında  (3,  200-206)  bir 
qardaşın qismətinə sahib çıxan iki yalançı qəhrəmana 
rast  gəlirik.  Bu  nağılda  da  qardaşlar  müsbət 
keyfiyyətlərinə  görə  bir-birlərinin  oxşarıdırlar.  Ögey 
ana  ucbatından evdən didərgin  düşən və  taleyin  hök-
mü  ilə  bir-birlərindən  ayrılmağa  məcbur  olan  bu  qar-
daşlardan  biri  (Gül)  padşah  seçilir,  o  biri  (Nəstərən) 
isə  böyük  çətinliklərdən  keçəsi  olur.  Belə  çətinliklər-
dən  biri  şəhəri  zəlil  vəziyyətinə  salan  əjdaha  ilə 
qarşılaşmaqdır.  Nəstərən  əjdahanı  öldürsə  də, 
Qələban bu igidliyi öz adına çıxır. Nəstərənin qarşılaş-
dığı  ikinci  böyük  çətinlik  dəryadakı  naqqa  balığı 
öldürməkdən  ibarətdir.  Bu  dəfə  yalançı  qəhrəman 
sifətində  bir taciri görürük. Tacir heç də bu igidliyi öz 
adına çıxmaq fikrinə düşmür. Tacir Nəstərənin sevgili-
sinə  göz  dikir  və  onun  halal  arvadını  əlindən  almaq 
istəyir. 
“Yetim qardaşlar” nağılındakı Qara pəhləvan, “Gül 
və  Nəstərən”  nağılındakı  Qələban  və  tacir  obrazları 
yalançı  qəhrəman  anlayışının  bir  cəhətini  daha  aydın 
şəkildə başa düşməyə kömək edir. Həmin cəhət ciddi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
62 
yöndə  təqdim  olunan  yalançı  qəhrəmanın  şəri  təmsil 
etməsidir. 
Əgər 
“Yetim 
qardaşlar” 
nağılındakı 
Qələban, eləcə də “Gül və Nəstərən” nağılındakı tacir 
mahiyyətcə “Məlikməmməd”, “Üç şahzadə”, “Vəfalı at” 
nağıllarındakı  böyük  və  ortancıl  qardaşlarla  eyniyyət 
yaradırsa,  deməli,  onlar  da  (yəni  göstərilən  nağıllar-
dakı böyük və ortancıl qardaşlar da) məhz şəri təmsil 
edirlər.  Eyni  ata-anadan  törəyən  qardaşların  xeyir  və 
şər  qütblərinə  ayrılması  və  bu  ayrılmanın  kəskin 
münaqişə  ilə  nəticələnməsində  isə  təəccüblü  bir  şey 
yoxdur.  Məlumdur  ki,  belə  münaqişə  folklorun  ən 
geniş 
yayılmış 
motivlərindəndir. 
Motivin 
geniş 
yayılmasını 
qardaşlardan 
bəhs 
edən 
folklor 
nümunələri  açıq-aydın  göstərdiyi  kimi,  bacılardan 
bəhs edən folklor nümunələri də açıq-aydın göstərir. 
“Üç 
bacı” 
nağılında 
(5, 
121-127) 
bacılar 
arasındakı  münaqişənin  əsas  səbəbi  paxıllıqdır. 
Böyük  və  ortancıl  bacıların  paxıllığı  kiçik  bacının 
gözdən  düşməsinə,  əri  Cəlal  şahın  sarayından 
qovulmasına  və  ağır  işgəncəyə  məruz  qalmasına 
gətirib  çıxarır.  Kiçik  bacının  bu  cür  acınacaqlı  və-
ziyyətə  düşməsi  böyük və  ortancıl  bacıların  əl-qolunu 
açır 
və 
sarayda 
daha 
böyük 
hörmət-izzət 
qazanmalarına şərait yaradır. Amma bu tipli nağıllarda 
böyük  və  ortancıl  bacıları  yalançı  qəhrəman  adlan-
dırmaq özünü o qədər də doğrultmur. Ona görə ki, üç 
qardaş  süjetlərindəki  böyük  və  ortancıl  qardaşlardan 
fərqli  olaraq,  üç  bacı  süjetlərindəki  böyük  və  kiçik 
bacılar  müəyyən  fərasət  və  qabiliyyət  sahibidirlər. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə