Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə11/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

 

 

58



Vətən torpağının sərtinə qurban

Sevincinə qurban, dərdinə qurban. 

Olum düşmənimin mərdinə qurban, 

Yalançı dostlarda səxavət olmaz. 

 

Həyatda min çətin imtahan olar, 



Gah günəş parlayar, gah tufan olar. 

Ürək sevgi olar, həyəcan olar

Ürək duyğu olar, ürək ət olmaz. 

 

Ay Əşrəf, tələsmə bir zaman gələr, 



Dostuna kəm baxan gözə qan gələr... 

İnsana xəyanət insandan gələr, 

Başqa canlılarda xəyanət olmaz. 

 

*** 



1990 

 


 

 

59



MƏZAR, BAŞINA DÖNDÜYÜM 

( Dayım oğlu Bəylərin istəkli övladı  

Bəhruz dünyasını çox vaxtsız dəyişdi... 

Hamıdan kömək gözləyirdi, heç ölmək istəmirdi...) 

 



 

Ləman bürcümdürsə, Hüseyn qalamdır, 

Bürcümdən, qalamdan muğayat olun. 

Sizə yadigarım bir cüt balamdır, 

O bir cüt balamdan muğayat olun. 

 

II 

 

Səni bir cüt körpə gözü 



Gəzər, başına döndüyüm. 

Ayrılığın hamımızı  

Üzər, başına döndüyüm. 

 

Sənin üz tutduğun yerə  



İstərəm könlümü sərəm. 

Atan çətin bu dərdlərə  

Dözər, başına döndüyüm. 

 

Dərdli başda ağıl olmaz, 



Belə qəmli nağıl olmaz... 

Səndən mənə oğul olmaz. 

Məzar, başına döndüyüm. 

 

*** 



2003 

 



 

 

60



AĞLASIN 

(Dünyasını vaxtsız dəyişmiş dayım oğlu  

Mahalın qəbirüstü yazısı)  

 

Mənim yardan ayrı bir dildarım yox, 



Dərdimi kimlərə açım– ağlasın. 

Üstümə gəlməyə övladlarım yox, 

Qardaşım ağlasın, bacım ağlasın.  

 

*** 



22 avqust 2015 

 

BU ÜTÜK ADAMLAR, SÜRTÜK ADAMLAR 

 

Bostandan inciyən, bağdan inciyən, 



Bardan yarımayan “kitab” bağlayır. 

Taledən inciyən, baxtdan inciyən, 

Yardan yarımayan “kitab” bağlayır. 

 

Yerinə düşmürsə, düşür yerə söz, 



Yersiz söz-yel vurmuş yelin kimidir. 

Yerinə düşməyən hər bakirə söz 

Evdən acıq etmiş gəlin kimidir. 

 

Vərəqlər tutular söz yağışına, 



Hər sözün öz yükü, öz çəkisi var. 

Daş o vaxt düşür ki, şeirin başına 

Sözü olmayanlar şeir yazırlar... 

 

Neçə ev dağıdıb, kümələr yıxıb, 



Görənlər danışır “səxavət” indən. 

Bu arsız nə üzlə efirə çıxıb, 

Dərs verir  ailə səadətindən.?.. 



 

 

61



Düşüb qapı-qapı “kitab” paylayır, 

Sırtıqlıq qonubdur həya yerinə. 

Zalımın üzündə su da qalmayıb, 

Hopub üzdəniraq şeirlərinə. 

 

“Üstü bəzək...” olan kitabları var, 



Hələ birini də yazıb gəlibdir. 

Onun bu yerlərdə  nə azarı var, 

Yoxsa buralara azıb gəlibdir?! 

 

Yolları, izləri əzbər öyrənər, 



Yazar yaddaşına azdığı yeri. 

Qorxuram: bakirə qızlar öyrənə 

Üzü üzlər görmüş, bu gözə girən  

Sürtük adamların yazdığı şeiri, 

Sırtıq adamların yazdığı şeiri. 

 

*** 



2015 

 

TUMARLI KİŞİLƏR 

 

Tumarlı kişilər çıxır qarşıma, 



Qəribə fikirlər gəlir başıma- 

 

Onlar hara gəldi girir, dürtülür, 



Çətini budur ki, üz ver azacıq. 

Onların ürəyi gizli,örtülü, 

Dişləri hər zaman açıqdır, açıq. 

 

Ölçülü-biçili adamlardılar, 



Sanki sözləri də ütülənibdir. 

Elə bilərsən ki, koruş bıçaqlar 

O bülöv üzlərdə itilənibdir. 



 

 

62



Belə adamların axı, “nə dərdi!” 

Ancaq kişilikdən söhbət düşəndə 

Bir zaman atalar bizə deyərdi: 

“Babalar gözündə yaş gəzdirmədi, 

Lakin kirpik ilə odlar götürdü. 

Onların alnı da əkin yeriydi, 

Ovcu odun kimi kələ-kötürdü. 

Saçların darağı küləklər idi, 

Əllərin şallağı şimşəklər idi.” 

 

Tumarlı kişilər çıxır qarşıma, 



Fikirlər yağışı yağır başıma. 

 

Hələ aramızda belələri var- 



Yeyərlər, içərlər, şişərlər onlar. 

Birdən  balıq kimi çobalayarlar, 

Əsrin ovsununa düşərlər onlar. 

 

“Ağ”...desən ağlayar, “gü”..-desən  



gülər, 

“Ö..”desən bir küncdə yıxılıb  

qalar. 

Qarın ağrısını, bu cür kişilər 



Ürək ağrısıyla dəyişik salar. 

 

Təki dəyməsinlər vəzifəsinə



Həlimlik, incəlik qatıb səsinə. 

Söyülər, 

Döyülər, 

Öyülər onlar. 

Bir kiçik iş üçün tülkülərin də 

Önündə yüz kərə əyilər onlar. 

 

 



 

 

63



Onları ov kimi qomarlar zaman, 

Selində, suyunda axıda bilər. 

Onları pişiktək tumarlar zaman, 

Sonra dəvə kimi xıxırda bilər. 

 

Qaçıb gizlənərlər dumanda, çəndə 



O xumar gözlərin yuxusu gələr. 

Onlarla əl tutsan öz əlindən də  

Nanəcib əlinin qoxusu gələr. 

 

Bir az ev-eşiyin xoşuna gəlsə, 



Bölmək istəyərlər dədə malıtək. 

Günlərin sac  kimi qızara bilsə, 

Aradan çıxmağa fürsət gəzərlər, 

Atılıb-düşərlər qarğıdalıtək. 

 

Üzünə söysən də irişəndilər, 



Xoş gündə heç yerə qovlamaq olmaz. 

Dar gündə balıqdan sürüşgəndilər, 

Onəlli tutsan da saxlamaq olmaz. 

 

Köhlənin oynayıb çıxsa əlindən, 



Ayaqgötürənin olmasa da

sən 


Yaxşısı budur ki, qoyma yaxına, 

Səbrin geniş olsun, darıxma bir  

az 

Onlar bu həyatda çoxdan alçalıb. 



Bil ki, bu tipləri naillac qalıb, 

Arpasız, samansız axur yanına 

Yabı yerinə də bağlamaq olmaz!.. 

 

*** 



 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə