Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə9/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

 

 

46



Sazçıya pul ver, sənə çalsın sazı, 

Şövq ilə dolsun sinə, çalsın sazı. 

İstəsən  lap tərsinə çalsın sazı, 

Ortada dövran eləyən puldu, pul, 

Şəst ilə cövlan eləyən puldu, pul. 

 

Pullu kəsin axsaq atı yorğadı, 



Pulsuz adam qartal ola, qarğadı. 

Zülfü yoluq, gözləri kor arvadı 

Gözləri ceyran eləyən puldu, pul, 

Aləmi heyran eləyən, puldu, pul. 

 

Bir avaranın avara şeirini, 



Taleyi kəm, bəxti qara şeirini

Mənası yox, cızmaqara şeirini 

Dillərdə dastan eləyən puldu, pul. 

Səhranı bostan eləyən puldu, pul. 

 

Cəhd elə çoxlu pulun olsun, bala, 



Öz cığırın, öz yolun olsun, bala. 

Yoxsul olanlar qulun olsun, bala, 

İnsanı insan eləyən puldu, pul. 

İnsanı şeytan eləyən puldu, pul. 

 

*** 


1997 

 



 

 

47



LÖYÜN-LÖYÜN BANKLAR 

 

Bürüyüb məmləkəti  



Qəribə pul azarı. 

Bank- pulların yuvası, 

Bank-pulların bazarı. 

 

Hər ölkənin, dövlətin  



Əlvan əskinazları. 

Çoxaldıqca bu banklar  

Ciblərdə pul azalır. 

 

Bu “Muğan” dır, 



Bu “Ata” , 

Bu “Kapital”, 

Bu “Milli”, 

Bu “Xalq” bankın qapısı 

Xalq üzünə qıfıllı.. 

Baxırsansa hara-bank - 

“Bank of Baku”,  

“Para bank”. 

Yolum üstə dayanıb  

Neçə Hacı Qara bank.. 

Löyün-löyün adları,  

İyirmi birinci əsrin  

Məşədi İbadları... 

 

*** 



2011 

 


 

 

48



DÜNƏN-BU GÜN 

 

Gözəl idi, göyçək idi dünənəcən, 

Bir ətirli çiçək idi dünənəcən. 

Deyilənlər gerçək idi dünənəcən

Bir az  

Ayağı sürşək idi dünənəcən... 

 

Bu gün isə hacıdır, 



Mələklərə bacıdır. 

 

*** 



2008 

 

GÖZLƏYİR 

 

Hərə bir dayı axtarır, 



Hərə bir əmi gözləyir. 

Bu qoca nəyi axtarır, 

Bu uşaq kimi gözləyir? 

 

Baxır ulduza, axtarır, 



Düşür dənizə, axtarır. 

Hər kəs nəyisə axtarır, 

Nə isə hamı gözləyir. 

 

Son ümid-son mənzilində 



Həsrət göyərib dilində. 

Qocalığın sahilində  

Ömrümüz gəmi axtarır. 

 

*** 




 

 

49



UÇUNDUM GÖYLƏR TƏRƏFƏ 

 

Məni yorğun ayaqlarım  

Çıxarmadı bir tərəfə. 

Nalə çəkdim, qan ağladım- 

Xəbər düşdü hər tərəfə. 

 

Ürəyim arzu bəslədi, 



Seçib, sevib əzizlədi. 

Allahım xeyrə səslədi, 

Şeytan çəkdi şər tərəfə. 

 

Buludları ətəklədim,  



Ümidləri yedəklədim. 

Zülmətləri kötəklədim, 

Uçundum göylər tərəfə. 

 

*** 



2014 

 

TƏNDİR 

 

Göyün ulduzları köksünə axar, 



Yanıb qızaranda yaşayardı o. 

Söndümü, 

Döyüşdən təzəcə çıxan 

Bir top lüləsinə oxşayardı o. 

 

Elə ki gözünə anam su çilər



Onun dövrəsində əli gəzinər- 

Üstü yumurtalı çörəkləriylə 

Dönərdi kəhrəba xəzinəsinə. 

 



 

 

50



Bayram eləyərdik o yanan günü, 

Aclıq qorxuları odda bişərdi. 

Bəlkə də yadına bir döyüşçünün 

Qızıl zəmilərin ətri düşərdi. 

 

Təndir-gözdə işıq, qolda tutardı 



41-dən 45 -ə az yanardı o. 

Çox zaman bizimlə birgə yatardı, 

Anam oyadanda oyanardı o. 

 

Yaxın həmdəm idi, dost idi bizə



Bir az da işsizlik yormuşdu onu. 

Torpağa-yaşayış vərəqəmizə 

Anam möhür kimi vurmuşdu onu. 

 

Döyər qapımızı min yol ehtiyac, 



Aclıq dönə-dönə yoxlardı bizi. 

Təndir bir qarnı tox, bir qarnı da ac 

Qızara-qızara saxlardı bizi. 

 

Odda ütə-ütə kirpiklərini 



Dünyanın qeydinə qalardı anam. 

Elə bil Vətənin beş əsgərini 

Əjdaha ağzından alardı anam. 

 

Xırda kişilərdik o zaman biz də, 



Sevinci anlayar, dərdi duyardıq. 

Qılçıq da görəndə yolda, ya  rizdə 

Öpüb gözümüzün üstə qoyardıq... 

 

O vaxt fikirliydi bu göy də, yer də, 



O vaxt fikirliydi bu qaya, bu daş. 

Dünyanın gərdişi, heç kəsi bir də 

Çörəklə çəkməsin imtahana kaş! 

 

*** 




 

 

51



UTANIR 

 

Budanıbdır insanlığın ağacı, 

Sındırılmış budağından utanır. 

Dünənlərdə itib qalıb dünəni, 

Bu günündən, sabahından utanır. 

 

Bu ağacın yarpaqları incədir, 



Bu yamacın çiçəkləri qönçədir. 

Bu görünən dağlar ki var, külçədir 

Viran qalmış yatağından utanır. 

 

Əsrimizin əsəbləri nə gərgin, 



Bu ağrıdan hamımıza yetər ki... 

Hara baxsan qaçqın, köçkün, didərgin.., 

Söndürülmüş ocağından utanır. 

 

Bəlkə əyyaş dünyasıdır bu dünya, 



“Ürəyi daş” dünyasıdır bu dünya. 

“Papaq al-qaç” dünyasıdır bu dünya, 

Qaçırdılmış papağından utanır?... 

 

Haqq yoludur Kəbəmizin yolları, 



Haqlılar da, haqsızlar da yoldadır. 

Öz nəfsinin, tamahının qulları  

Həccə gedən günahından utanır. 

 

Gedən gəlmir, gələn getmək istəmir,  



Sözqananlar söz eşitmək istəmir. 

Üzlü qonaq durub getmək istəmir, 

Ev sahibi qonağından utanır. 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə