Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə17/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

 

 

94



Şəfəqlər yaya-yaya

Əl tut qoca dünyaya. 

Qonşudan gələn paya 

Umud olma, ey Vətən. 

 

Qoşulub hər axına,  



Yadı qoyma yaxına. 

Yağının silahına  

Barıt olma, ey Vətən. 

 

Ər olaq, igid olaq, 



Bir olaq, vahid olaq. 

Hamımız şəhid olaq, 

Təki sən şəhid olma, 

Şəhid olma, ey Vətən! 



 2010-2015 

Vyazma, Sumqayıt 

    

   

 

 

 

 

 

 

 

 

 

 


 

 

95



 

 

 


 

 

96



 

 

 



 

 

 


 

 

97



EHTİYAC 

(“Toyda tamadayam”) silsiləsindən  

 

Var-dövlət insanı ərşə qaldırar, 

Səxavət şöhrəti başda tac eylər. 

İnsanı zirvədən nəfsi saldırar, 

Adama neyləsə ehtiyac eylər. 

 

Bu el yollarımda məşəl yandırar, 



Ən yaxın bildiyim yaxına gəlməz. 

İndi hamımızı el dolandırar, 

Eli dolandırmaq ağıla gəlməz. 

 

Qayğılar qurd kimi ömrümü yeyər, 



Sozalar qəlbimdə titrəyən o şam. 

Hər səhər qapımı ehtiyac döyər, 

Ehtiyac evimdə yatar hər axşam. 

 

Sızlayar ürəyim hey korun-korun,  



Elin sevincindən dərdi bol imiş. 

Mən hardan biləydim-tutduğum yolun 

Sonu sonsuzluğa gedən yol imiş. 

 

Gərək qayalardan yol açam indi, 



Dərdimi dərd bilən anam, bacım yox... 

Bir yurd havasına möhtacam indi, 

Təkcə ehtiyaca ehtiyacım yox... 

 

Ən ağır dərdi də elnən təklərəm, 



Mən eli hər şeydən üstün görmüşəm. 

Hələ qarşıdadır görəcəklərim, 

Hələ bu dünyada nə gün görmüşəm. 

 

 




 

 

98



Hələ nəvələrin boyu qabaqda

Tər-təzə güllərim gülçü gözləyir. 

Hələ dörd oğlumun toyu qabaqda, 

Hələ dörd gəlinim elçi gözləyir.. 

 

Mən gərək elimə xəbər yollayam, 



Müqəddəs olanı atana lənət. 

Bu yurdu, torpağı satana lənət! 

Toyda tamadayam, vayda mollayam, 

Ay məni qınayan, atana lənət!.. 

 

*** 


1997 

 

 

 

 


 

 

99



SINDIRIR 

 

Zəmanə çarmıxa çəkir insanı, 

Yoxdursa əlində maya, sındırır. 

Dolu ciblərimin boş vədəsində

Dost da dəvət edir toya, sındırır. 

 

Oturub baxıram gözü tox kimi, 



Qəlbi ölü kimi, ruhu yox kimi. 

Bir qız gah oynayır, süzür ox kimi, 

Gah dönür dartılmış yaya, sındırır. 

 

Çıxmışam zamandan, vaxtdan-ölmüşəm



Yıxılıb bir yaşıl taxtdan, ölmüşəm. 

Mən ölmüş onsuz da çoxdan ölmüşəm, 

Bu qız heç salmır da saya, sındırır. 

 

Şahmatım içimdə, nərdim içimdə, 



Min bir oyun gedir gördüm içimdə. 

Bir saray ucaldır dərdim içimdə, 

Ehtiyac belimdə paya sındırır. 

 

Nə çoxdur dünyada baş sındıranlar, 



Olmaya adamı kaş sındıranlar. 

Dünən öz başında daş sındıranlar 

Bu gün başımızda qaya sındırır. 

 

*** 



1997 

 

 

 

 


 

 

100



ƏL ÇALIN  

 

Yurdumuzun qız-gəlini, 



Xınalasın öz əlini. 

Gözəllərin gözəlini 

Seçən oğlana əl çalın. 

 

Tarçı dindirsin tarını, 



Yar olan atmaz yarını. 

Subaylığın hasarını 

Keçən oğlana əl çalın. 

 

Sevgisi gül butasımı, 



Qəlbi sevgi adasımı. 

Qaldırıb eşq badəsini

İçən oğlana əl çalın. 

 

Girib yarının qoluna, 



Gül-çiçək səpin yoluna. 

Bu ağ duvaqlı gəlinə, 

Bu bəy oğlana əl çalın. 

 

Bu canım-gözüm oğlana, 



Bu boyu uzun oğlana, 

Bu enli kürək oğlana, 

Cavanşir, Babək oğlana, 

Bu gələn Beyrək oğlana, 

Bu bəy oğlana əl çalın! 

 

*** 



1994 


 

 

101



OYNAYIRIQ 

Papaq gedib, oynayırıq. 

Torpaq gedib, oynayırıq. 

Bir də baxıb görürük  ki

Geydiyimiz protezdir, 

Ayaq gedib, oynayırıq... 

 

*** 


1993 

 

AY BACI 

 

(İstəkli oğlu Hafizin faciəli ölümündən sonra  

bacım Gülaya oğlu Mahirin toyunda süst qalmışdı,  

gözlərinin  yaşını saxlaya bilmirdi) 

 

Üzün gülsün, sınıq könlün şad olsun, 

Qönçələnən gülün gəlir, ay bacı. 

Ev-eşiyə əlin yatmır nə vaxtdır, 

Ev qurmağa əlin gəlir, ay bacı. 

 

Bu dünyanı tutub durmaq nağıldı, 



Güvəndiyim dağlar uçub dağıldı. 

Unut getsin-bayatıdı, ağıdı, 

Laylay deyən dilin gəlir, ay bacı. 

 

Gözlərinə tor gəlməsin qəhərdən, 



Günbatandan günçıxana bax hərdən. 

Görürsənmi neçə kənddən, şəhərdən, 

Dağdan ağır elin gəlir, ay bacı. 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə