Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə22/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 2. Qədim hind və Çin fəlsəfəsi 
 
Hind fəlsəfəsi.
Hindistan çox-çox əsrlər bundan əvvəl fəlsəfənin mənəvi mə-
dəniyyətin spesifik bir hadisəsi kimi formalaşdığı məkanlardan biri olmuşdur. Qə-
dim hind fəlsəfəsi magik-mərasim mədəniyyəti əsasında yaranmışdır.
"Hind fəlsəfəsi" termini üç min il bundan əvvəl qədim Hindistanda yaranmış 
və hind müqəddəslərinin ilkin və əhatəli mənəvi uzaqgörənliyi əsasında inkişaf et-
miş fəlsəfi sistemlərin geniş qrupunu əhatə edir. Bizim eradan əvvəl I minillikdə 
yaranmış vedanta, yoqa, vayşeşika, sankhya və başqa təlimlər, eyni zamanda, həm 
müstəqil fəlsəfi sistemlər, həm də Hindistanda hakim din olan induizmin korrelya-
tiv elementləri kimi çıxış edirdi. 
E.ə. I minilliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sistemləşdirilmiş 
şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi 
anlayışlar: varlıq, materiya, insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, 
idealist səciyyə daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıx-
mışdı. Qədim hind fəlsəfi fikri hakim brahmanizm dini təlimi və ona müxalif şəkil-
də formalaşmış «
Vedlər
»də ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxu-
nan dini himnlərin və mahnıların məcmusu idi.
Ved 
sözü sanskritdən tərcümədə 
bilik 
mənasını verir. Lakin bu bilik xüsusi bi-
likdir. Vedlər himnlərdən, dualardan, qarğışlardan, qurbanvermə formalarından və 
s. ibarətdir. Vedlərdə obrazlı dillə ən qədim dini dünyagörüşü– dünya, insan və mə-
nəvi həyat haqqında ilkin fəlsəfi təsəvvürlər ifadə olunmuşdur. Vedlər 4 qrupa, ya-
xud hissəyə bölünür. Onlardan ən qədimi 
samhitlərdir 
(himnlərdir). Samhitlər 4 
məcmuədən ibarətdir. Onlardan ən qədimi– Riqveda– dini himnlər məcmuəsidir 


27
(təxminən e.ə. 1,5 min il əvvəl). Vedlərin ikinci hissəsi 
Brəhmənlərdir 
(ritual 
mətnlər məcmuəsi). Brəhmənizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi
brəhmənizm buddizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü 
hissəsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dör-
düncü hissə Upanişadlardır («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqla-
rı yanında oturanlar» deməkdir). Əslində Upanişadlar e. ə. I minillikdə yaranmış 
sırf fəlsəfi hissədir. Artıq bu zaman fəlsəfi şüurun ilk elementləri yaranır və ilk fəl-
səfi təlimlərin formalaşması müşahidə olunur (buraya həm dini– idealist, həm də 
materialist təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti müəyyən 
sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.
Qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar 
«Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz 
edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şra-
manları, acivikləri (naturalist-fəlsəfi təlim), çaynizm və buddizmi qeyd etmək olar. 
Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədim dövr hind fəlsəfi sistemi olan sut-
ralar meydana çıxmışdi.
Sutralar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şək-
lində ifadəsı idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - loka-
yat və çarvak baxışları formalaşmışdır.
Bu və ya digər istiqamət bir sıra məktəblərdə tez– tez dini– etik forma altından 
materialist tendensiyalarla müşahidə olunurdu. Məsələn, qədim Hind materialist 
məktəbi olan 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə