Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


(sansara)  və keç- miş əməllər üçün əvəz edilməsi  (karma)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə24/307
tarix03.08.2023
ölçüsü2,04 Mb.
#120298
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   307
333 felsefe muhazireler toplusu eyani

(sansara) 
və keç-
miş əməllər üçün əvəz edilməsi 
(karma) 
haqqında konsepsiya göstərilir. Orada in-
sanın əməlləri zəncirində səbəb– nəticə əlaqələrinin müəyyənləşdirilmək cəhdi ifa-
də olunur. Insanın davranışı– dharma mənəvi qanunlarla müəyyən edilir. Həmin 
qanunların yerinə yetirilməsi isə hər bir varna və həyat mərhələsi (varnaşrama) 
üçün zəruridir.
Bir sözlə, upanişadlar sonrakı fəlsəfi baxışlar üçün bir növ fundament rolunu 
oynamışdır. Burada əsas dünyagörüşü ideyaları və konsepsiyaları sonralar daha də-
qiq və hərtərəfli işlənilmişdir.
Qədim Hindistanda mövcud olmuş fəlsəfi məktəbləri aşağıdakı kimi təsnif et-
mək mümkündür:


29
s/s 
Ortodoksal 
(Vedlərin nüfuzunu qəbul edənlər) 
Qeyri– ortodoksal 
(Vedlərin nüfuzunu qəbul etməyənlər) 
1. Vedanta (e.ə. IV– II əsrlər) 
Caynizm (b.er. əv IV əsr)
2. Mimansa (e.ə. VI əsr) 
Buddizm (b.er. əv.VII—VI əsr)
3. Sankhya (e.ə. VI əsr)
Çarvaka– lokayata 
4. Nyaya (e.ə. III əsr)
5. Yoqa (e.ə. II əsr) 
6. Vayşeşika (e.ə. VI– V əsrlər) 
Epik dövrün hind fəlsəfəsinə gəldikdə isə həmin dövrün fəlsəfi fikrinin əsas 
mənbəyi 18 kitabdan ibarət olan geniş epik «Mahabharata» poemasıdır. Fəlsəfə 
nöqteyi– nəzərindən az– çox maraq doğuran əsər «Bhaqavat– Gita»dır. Upanişad-
larda ayrı– ayrı fikirlərdə və deyimlərdə ifadə olunan fəlsəfə «Mahabharata»da 
dünyagörüşü problemlərinin izahına həsr olunmuş bütöv konsepsiyalar şəklində 
özünü göstərir. Həmin konsepsiyalar içərisində 
sankhya 
və onunla sıx əlaqədar 
olan yoqa təlimləri mühüm əhəmiyyət kəsb edir.
Sankhya. 
Ən qədim təlimlərdən biri olan bu təlimin əsası e.ə.600-cü ildə yaşa-
ması güman edilən Kapila tərəfindən qoyulmuşdur. Sankhya təliminə görə dünyada 
iki – maddi və mənəvi başlanğıc mövcuddur. Bütün cisim və hadisələrin, o cümlə-
dən psixi hadisələrin və bütövlükdə dünyanın izah edilməsində maddi səbəb əsas 
olmalıdır. Bu ilk səbəbi doğuran ilkin səbəb yoxdur, o bütün dünyanın daimi əsası-
dır. 
Bir sıra başqa təlimlərdə olduğu kimi sankhya təlimi də müdriklərin əsas vəzi-
fəsini insanı iztirabdan, əzab– əziyyətdən və bədbəxtlikdən xilas etmək üçün vasitə 
və yolların dərk olunmasıda, axtarılıb tapılmasında görür.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə