Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə300/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   296   297   298   299   300   301   302   303   ...   315

Fuad Məmmədov

 

 

628



38. Vers une qestion culturelle integree: pratiques et politiques. Unite de Rec-

herche et de Development surles Politiques Culturelles. Strasburg, Conseil de 

L'Europe,1999. 

39. White L. The Science of Culture. N.Y., 1949. 

40. Williams R. Culture and Sosiety. L., 1968. 

41. Zadeh L.A.. From Computing with Numbers to Computing with Words – 

From Manipulation of Measurements to Manipulation of Perceptions. In: P.P. 

Wang (ed.), Computing with Words, Wiley series on Intelligent Systems, Wiley 

and sons, New York (2001), p.p. 35-68. 

42. Zadeh L.A.. Fuzzy Logic = Computing with Words. IEEE – Trans on 

Fuzzy Systems, 4, 2 (1996), p.p. 103-111. 

43. Zadeh L.A.. Probability measures of fuzzy events. Journal Math. Analysis 

and appl., 10 (1968), p.p. 421-427 

44. Zadeh L.A.. The Role of Fuzzy Logic in the Management of Uncertainty in 

Expert Systems. Fuzzy Sets and Systems, 11 (1983) p.p. 199-227. 

45. Zadeh L.A.. Toward a Theory of Fuzzy Information Granulation and its 

Centrality in Human Reasoning and Fuzzy Logic. Fuzzy Sets and Systems, 90 

(1997), p.p. 111-127. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İdarəetmə mədəniyyəti 

 

629



                        FUAD TEYYUB OĞLU MƏMMƏDOV 

 

                                     (Bioqrafik məlumat)    

     

Kulturoloq,  tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti 

yanında Dövlət  İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru, 

Azərbaycan Elmlər Akademiyası (hazırda AMEA) tərəfindən təsis edilmiş 

“Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli 

Azərbaycan alimi, təcrübəli pedaqoq, tanınmış maarifçi və ictimai xadim

respublikada kulturologiya elminin banisidir. O, “İntellektual İnkişaf Prob-

lemləri” Beynəlxalq Elmlər Akademiyası (2002-ci ildən) və Rusiya Peda-

qoji və Sosial Elmlər Akademiyasının akademiki (2004-cü ildən), Azərbay-

can Respublikası Prezidenti yanında AAK-nın reyestrinə daxil edilmiş “Si-

murq” (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi prob-

lemləri) Beynəlxalq kulturoloji jurnalın təsisçisi və baş redaktorudur.  

 Fuad Məmmədov 28 oktyabr 1946-cı ildə Bakı şəhərində ziyalı ailəsin-

də anadan olmuşdur. 1964-cü ildə 150 saylı Bakı  şəhər orta məktəbini, 

1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1969-

1991-ci illərdə o, Azərbaycan Elmlər Akademiyası sistemində  işləmişdir. 

1991-ci ildən iş yerini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna də-

yişmişdir ki, burada o, professor, və kulturologiya kafedrası və tarix kafed-

rasının müdiri kimi çalışmışdır. 1999-cu ildən bugünədək Fuad Məmmədov 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiya-

sının professoru kimi fəaliyyətini davam etdirir.  

 Professor Fuad Məmmədov SSRİ Elmlər Akademiyası Təbiətşünaslıq və 

Texnika Tarixi İnstitutu elmi məktəbinin (V.A.Volkov) yetirməsidir. 1975-ci 

ildə o, namizədlik, 1985-ci ildə isə - “Azərbaycan tarixi” (07.00.02) ixtisası üz-

rə Azərbaycanda elm tarixi üzrə ilk doktorluq dissertasiyasını müdafiə et-

mişdir.  

1989-cu ildə o ilk dəfə kulturologiya (dünya mədəniyyəti və sivilizasi-

yası tarixi və nəzəriyyəsi) sahəsində xüsusi innovativ tədqiqatlara başlamış, 

qiymətli nəticələr əldə etmiş və Azərbaycan elmində bu yeni elmin forma-

laşmasına səbəb olmuşdur.  

Fuad Məmmədov 20 ildən artıq Azərbaycan Milli Elmlər Akademiyası 

sistemində, Azərbaycan Tarix İnstitutu və Azərbaycan Tarixi Muzeyində 

kiçik elmi işçi, Elm tarixi şöbəsinin müdiri, böyük elmi işçi vəzifəsində ça-

lışmışdır. Bu dövrdə o, Azərbaycan elm tarixi üzrə 60-dan artıq ekspozisiya 

və sərgilər təşkil etmişdir ki, onun nəticələrinə görə respublika alimləri və 

onun müəssisələri SSRİ XTNS-nin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi)  

və Beynəlxalq sərgilərin 200-dən artıq qızıl, gümüş və bürünc medalları və 




Fuad Məmmədov

 

 

630



diplomları ilə təltif edilmişlər. Topladığı təcrübə əsasında onun tərəfindən 

Elm tarixi Muzeyi və Elm tarixi və nəzəriyyəsi Mərkəzinin proyektləri işlə-

nib hazırlanmışdır.  

 1974-1982-ci illərdə Fuad Məmmədov ictimai əsaslarda işlərin sərgiləri 

üzrə Elmi şuranın elmi katibi, Azərbaycan Elmlər Akademiyası “Bilik” cə-

miyyətinin sədr müavini, respublika EA “Ən yeni tarix” Koordinasiya şura-

sının üzvü olmuşdur.  

1993-cü ildə Moskvada Beynəlxalq Amerika-rus konfliktologiya 

məktəbini bitirmişdir. 

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 



 

 

Elmi əsərləri 

 Professor Fuad Məmmədov 200-dən yuxarı elmi və elmi-maarifçilik iş-

lərinin, o cümlədən, 12 monoqrafiya müəllifidir. Onların arasında beynəl-

xalq aləmdə tanınan monoqrafiyaları xüsusi qeyd etmək lazımdır: “Kultu-

rologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı, 2002-ci il), “Kuturologiya – 

effektiv həyat fəaliyyətinə doğru yol kimi” (Bakı, 2006-cı il), “İdarəetmə 

mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (Bakı, 2009-cu il). Onun tərəfin-

dən sonuncu monoqrafiya əsasında yaradılmış “İdarəetmə mədəniyyəti. Xa-

rici ölkələrin təcrübəsi” innovativ kursu on beş ilə yaxındır ki, Azərbaycan 

Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbə-

lərə və məmurlara müvəffəqiyyətlə tədris edilir. Bu qiymətli əsər Azərbay-

can Respublikası Prezidentinin xarici ölkələrin təcrübəsi  əsasında dövlət 

idarəçiliyi sisteminin modernləşdirilməsi haqqındakı sərəncamında öz əksi-

ni tapan, Azərbaycanda dövlət idarəçiliyi sistemi islahatının tələbatlarına 

uyğun olaraq hazırlanmışdır. “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təc-

rübəsi” monoqrafiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 no-

yabr 2012-ci il, 2090 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. 

 Fuad  Məmmədovun fundamental əsərləri xarici alimlər, mütəxəssislər 

və diplomatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Rusiya, ABŞ, 

Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Fransa, Macarıstan, 

Estoniya və digər ölkələrin dövlət kitabxanalarında, həmçinin BMT-nin, 

YUNESKO-nun Roma klubunun, ABŞ Konqressinin kitabxanalarında on-

ların istifadəsi Azərbaycan elmi üçün qürur predmetidir.  

 Fuad Məmmədovun idarəetmə  mədəniyyəti haqqında monoqrafiyasına 

yüksək qiymət verən görkəmli Rusiya kulturoloqu, akademik Aleksandr 

Zapesotski aşağıdakıları qeyd etmişdir: ”Elmi anlamda monoqrafiya mənə 

universal kulturoloji biliklərin məzmunlu toplusu kimi təsəvvür edilir. İda-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə