Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə301/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   297   298   299   300   301   302   303   304   ...   315

İdarəetmə mədəniyyəti 

 

631



rəçilik problemlərinə, idarəçilik problemlərinin sistemləşdrilməsi və təsviri-

nin yeni formasına orijinal kulturoloji yanaşma,  Şərq və  Qərb ölkələrində 

dövlət idarəçiliyinin tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq baxışı sa-

yəsində Sizin kitabınız xüsusi praktik əhəmiyyət qazanır. İdarəetmə elminin 

təkmilləşdirilməsi məqsədilə Sizin tərəfinizdən işlənib hazırlanan, müxtəlif 

səviyyələrdə effektiv innovativ idarəetmə modellərini yaratmağa imkan ve-

rən “kulturoloji piramida” universal metodu böyük əhəmiyyətə malikdir”. 

“İntellektual inkişaf problemləri” Beynəlxalq Elmlər Akademiyasından 

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akade-

mik Mahmud Kərimova göndərilmiş məktubda deyilir: “Fuad Teyyub oğlu 

Məmmədov elm aləmində dünya mədəniyyəti tarixi sahəsində görkəmli 

alim kimi çox tanınmışdır. …Dünya mədəniyyəti və bəşər sivilizasiyası el-

minin öyrənilməsi gedişində onun tərəfindən prinsip etirabarilə yeni elmi 

nəticələr  əldə edilmişdir ki, onlar da, şübhəsiz, müəllifin təliminin funda-

mentini təşkil edir və Azərbaycanın zəngin elmi və mədəni irsini yaradıcı 

surətdə  zənginləşdirir və inkişaf etdirir. …Professor tərəfindən ilk dəfə 

dünya mədəniyyəti tarixi sahəsində yüksək elmi və praktik dəyərə malik, 

dünya mədəniyyəti və sivilizasiyası tarixinin, dövlət idarəçiliyi siyasəti və 

sisteminin tədqiqatları üçün prinsip etibarilə yeni imkanlar açan bir sıra nə-

zəri- metodoloji müddəalar və prinsiplər ifadə edilmişdir.” 

Elə həmin ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının gön-

dərdiyi dəstəkdə yazılmışdır: ”Pedaqoji və Sosial Elmlər Akademiyası tarix 

elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət  İdarəçilik Akade-

miyasının professoru, bizim Akademiyanın həqiqi üzvü Fuad Teyyub oğlu 

Məmmədovun elmi fəaliyyətini yüksək qiymətləndirir. Kulturologiya sahə-

sində onun tədqiqatları yalnız Azərbaycan Respublikası üçün milli əhəmiy-

yətə deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir, belə ki, onlarda univer-

sal xarakterə malik, insanın inkişaf qanunlarının həyat fəaliyyəti fəlsəfəsi 

və texnoloiyaları açıqlanır. F.T. Məmmədovun elm və mədəniyyət tarixi və 

nəzəriyyəsinin inkişafına verdiyi ciddi töhfəni nəzərə alaraq, Rusiya 

Pedaqoji və Sosial Elmlər Akademiyası onun Azərbaycan Milli Elmlər 

Akademiyasının akademiki seçilməsini layiqli hesab edir”.  

Rusiya Kulturologiya İnstitutunun Sankt-Peterburq filialının məktubun-

da deyilir: “F.T.Məmmədov mədəniyyət və elm tarixi və nəzəriyyəsi sahə-

sində beynəlxalq tanınma qazanmış görkəmli mütəxəssisdir. Onun dünya 

mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin fundamental problem-

lərinin təhlilinə  həsr edilmiş  əsərlərinin  əhəmiyyəti - tədqiqatlarının yeni-

likçi və ensiklopedik xarakteri, tarixi həqiqətlərin yaradıcı axtarışı və insa-

nın təkmilləşməsi, cəmiyyətin davamlı sosial inkişafı və proqresi üçün yeni 



Fuad Məmmədov

 

 

632



imkanlar açan, praktik cəhətdən faydalı kulturoloji biliklərin istehsalı ilə 

şərtlənir.  

…Azərbaycanın ruhi mədəniyyətinin tarixi etapları  və inkişaf qanuna-

uyğunluqları, insanın, dövlətin və cəmiyyətin həyat və fəaliyyəti haqqında, 

tarixi proses olan mədəniyyət haqqında düzgün elmi təsəvvürlərin forma-

laşmasına imkan verən anlayışlar, formullar və konsepsiyalar ilk dəfə onun 

tərəfindən işlənib hazırlanmış, mədəniyyəti fərdi, lokal və qlobal səviyyə-

lərdə tədqiq etməyə imkan verən yeni yanaşmalar təklif edilmişdir. …Yu-

xarıda deyilənləri nəzərə alaraq, biz professor Fuad Teyyub oğlu Məmmə-

dovun “Tarix” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müx-

bir üzv seçilməsini tövsiyə etməyi zəruri hesab edirik.” 

Fuad Məmmədov Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Cənubi Ko-

reya, Tayland, Misir, Yunanıstan, Türkiyə,  İran, Kosta-Rika, Rumıniya, 

Macarıstan və digər ölkələrdə beynəlxalq konfranslarda, cəmiyyətlərdə və 

səfirliklərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. 1991-ci ildə onun 

Kosta-Rikadakı çıxışları nəticəsində bu Mərkəzi Amerika ölkəsi, ilk dövlət-

lərdən biri kimi, Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımışdır. 

Norveçdə (Berqen ş.) Beynəlxalq kulturoloji konfransda etdiyi “Mədəni si-

yasətin formalaşdırılmasına elmi yanaşma haqqında” məruzəsindən sonra, 

2000-ci ildə F.T. Məmmədov mədəni siyasət üzrə Avropa Şurası ekspertlə-

rinin siyahısına daxil edilmişdir.  

Professor Fuad Məmmədov “Politologiya”, “Beynəlxalq münasibətlər”, 

“Hüquqşünaslıq”, “İnzibati-dövlət idarəçiliyi”, “Menecment”, “Kulturolo-

giya”, ”Sənətşünaslıq” ixtisasları üzrə yüksək ixtisaslı mütəxəssislərin ha-

zırlanmasında fəal iştirak edir. O, Azərbaycan  İqtisad Universitetində 

“Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr diplomlarının 

müdafiəsi üzrə Dövlət komissiyasının sədri, Azərbaycan Respublikasının 

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Rəssam-

lıq Akademiyasının Dissertasiya şuralarının üzvüdür, elmi kulturoloq-kadr-

ların hazırlığına rəhbərlik edir, doktorluq və namizədlik dissertasiyalarının 

müdafiəsi üzrə opponent qismində çıxış edir, respublika alimlərinin bir sıra 

monoqrafiyalarının redaktorudur. Onun təşəbbüsü ilə 1999-cu ildə respubli-

kada ilk dəfə olaraq, kulturologiya sahəsində namizədlik və doktorluq dis-

sertasiyalarının müdafiəsi üzrə Şura yaradılmışdır.  

Professor Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında, Milli Ensiklopediyada, Aviasiya Akademiyasında, İqtisad 

Universitetində, Qərb Universitetində, Texniki Universitetdə, Polis Akade-

miyasında, “Qafqaz” Universitetində, Sərhəd Qoşunları Akademiyasında, 

Turizm  İnstitutunda və respublikanın bir çox digər müəssisələrində intel-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə