Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
56
4. Səhv fikirləri düzəldin. 
A) Günəş şüaları 30° enliklərdə zenitdə olur. 
___________________________________________________ 
B) Yer öz oxu ətrafında 365 günə tam dövr edir. 
____________________________________________________ 
C) Yerin Günəşə tərəf meyilliyi onun orbital hərəkətindən asılı olaraq 
dəyişmir. 
_____________________________________________________ 
D) 22 dekabrda Cənub yarımkürəsində qış fəslidir. 
_____________________________________________________ 
 
5. Yerli vaxt nəyə deyilir? 
A)  Eyni paralel üzərindəki vaxta 
B)  Eyni meridian üzərindəki vaxta 
C)  Ekvatordakı hesablanan vaxta 
D)  Qrinviçdən hesablanan vaxta 
E)  Qonşu meridianlar arasındakı vaxt fərqinə 
 
6. Yer planetini digər planetlərdən fərqləndirən xüsusiyyətlər: 
1.  ______________ 
2.  ______________ 
3.  ______________ 
 
 
 
7. Günəş hansı məntəqədə  
zenitdə ola bilər?  
________________ 
 
 
 
 
 
 
 
 
 
 
 




Çap üçün deyil


 
57
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
8 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
       1 saat
 
 
Dərs 17  / Mövzu:
 
YERİN DAXİLİ PROSESLƏRİ 
 
 
Dərsdə əsas məqsəd Yerin daxilində baş verən proseslərin yaranması və süxurların 
yerdəyişməsinin səbəblərini, daxili proseslərin fəaliyyəti ilə yaranan relyef forma-
larının şərh edilməsidir.  
 Şagirdlərdə idraki fəallıq yaratmaq üçün VI sinif “Coğrafiya” və “Həyat bil-
gisi” fənlərindən öyrəndiklərini yadlarına salaraq zəlzələ, vulkan və qeyzerlərin 
başvermə səbəblərini soruşmaq olar.  
 “Fəaliyyət”də verilmiş tapşırığı “Zəlzələ və vulkanların yer səthinin relyefinin 
formalaşmasına necə təsir edir?” sualı ətrafında başlamaq  olar. Şagirdlər dərslikdə 
verilmiş coğrafi obyektlərin hansılarını yerin daxilində baş verən proseslərin yarat-
dığını seçməlidirlər. 
 Şagirdlər yeni mövzunu  “açar sözləri üzə çıxarmaq” və ya “açar sözlər üçün  
sual qurmaq” üsullarının köməyi ilə təhlil edə, nəticədə mətni  mənimsəyə bilərlər. 
ALT 
STANDARTLAR 
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblə-
rini şərh edir.  
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Yerin daxilində baş verən  proseslərin Yer səthində relyefin 
formalaşmasına təsirini izah edir. 
 
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.  
2.1.2. Fiziki xəritələri təhlil edir.
YER SƏTHİNİN RELYEFİ 
TƏDRİS VAHİDİ –
4
Çap üçün deyil


 
58
Yeni mövzunun mənimsənilməsində “izah etməklə oxu” üsulunu məqsədəuyğun 
hesab edərsinizsə,  şagirdlər oxuduqları mətn parçalarında səbəb-nəticə  əlaqələrini 
müəyyən etməlidirlər. Bunun üçün bir-biri ilə  əlaqəli zəncirvari silsilə  əsasında 
məntiqi ardıcıllığı yaratmalı və  mətnin  izahını aparmalıdırlar. 
 
Litosfer tavalarının sərhədlərini xəritədə göstərmək və kontur xəritədə çəkmək la-
zımdır. Məktəbdə  şərait olarsa, müəllim internet resurslarından faydalanaraq 
şagirdlərə tavaların hərəkətinin videogörüntülərini nümayiş etdirə bilər. 
http://www.youtube.com/watch?v=gz7dJXpzLkU (tavaların hərəkətinin vidiogörüntüləri) 
http://www.youtube.com/watch?v=wEyZ5r0d8d4( tavaların toqquşmasının animasiyası) 
http://www.youtube.com/watch?v=PXmqQV3rsxY (litosfer tavalarının hərəkəti haqqında məlumat)  
http://www.youtube.com/watch?v=YT9hZmTMfv8 (materiklərin parçalanmasının  animasiyası) 
http://www.youtube.com/watch?v=NYbTNFN3NBo (animasiya-materiklərin parçalanması) 
http://www.youtube.com/watch?v=YPLsogIPTw0 (animasiya-materiklərin parçalanması)  
Morfostruktur anlayışını şagirdlərin daha yaxşı mənimsəməsi üçün əvvəlcədən bu 
formaları göstərən slaydlardan ibarət təqdimat hazırlaya bilərsiniz.  
 Öyrəndiklərinizi tətbiq edin: 45+15=60   60x111=6660 km  
666 000000 : 6=111 000 000 il 
Nə öyrəndiniz. Yerin dərinliklərində baş verən endogen proseslər litosferdə şaquli 
və üfüqi hərəkətlərə səbəb olur. Bu proseslər tektonik hərəkətlər  adlanır. Daxili 
qüvvələrin yaratdığı relyef formalarına morfostruktur deyilir. 
 Öyrəndiklərinizi yoxlayın bölümündə verilmiş tapşırıqda şagirdlər sxemi dəf-
tərlərinə çəkərək  uyğunluğu müəyyən etməlidirlər: 
 
 
 
Qiymətləndirmə meyarları: İzahetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yerin daxili proseslə-
rinin səthin relyefinin 
formalaşmasına təsiri-
ni müəllimin köməyi 
ilə izah edir. 
Yerin daxili proses-
lərinin səthin relyefi-
nin formalaşmasına 
təsirini çətinliklə izah 
edir. 
Yerin daxili proses-
lərinin səthin relyefi-
nin formalaşmasına 
təsirini, əsasən, izah 
edir. 
Yerin daxili proses-
lərinin səthin relyefi-
nin formalaşmasına 
təsirini düzgün  izah 
edir. 
 
 
Dərs 18  / Mövzu:
 
XARİCİ AMİLLƏRİN RELYEFƏ TƏSİRİ 
 
ALT 
STANDARTLAR
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma sə-
bəblərini şərh edir.  
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Xarici amillərin relyefin müxtəlifliyinə təsirini şərh edir. 
 
litosfer təbəqəsində  baş verən şaquli və üfüqi hərəkətlər
Morfostruktur 
Tektonik  proseslər 
İri relyef formaları 
Materik çıxıntıları və okean çökəklikləri
Sıra dağlar, vulkan kraterləri, onların çökəklikləri
Yerin daxilində yüksək 
temperatur və təzyiq 
Səbəb
litosfer tavaları 
Endogen
proseslər 
Nəticə
tektonik  
hərəkətlər 
zəlzələ və vulkanlar  
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə