__________________________________________
59
sahibkarlar təbəqəsinin yaranması, özəl sektora böyük imkanlar
verilməsi, xarici ticarətin liberallaşdırılması - bütün bunlar
hamısı həmin bu nəticələri verir.
Azərbaycana xarici sərmayənin cəlb olunması çox gözəl
nəticələr veribdir. Bizi gözü götürməyənlər, yaxud da bizə
düşmən gözü ilə baxanlar belə deyirlər ki, bəli, Azərbaycana
xarici investisiya gəlir, ancaq bu, təkcə neft sektorunadır. Amma
həqiqət bundan ibarət deyildir. Son dörd ildə Azərbaycana 5
milyard Amerika dolları həcmində vəsait, sərmayə qoyulubdur.
Bunun yarısı neft sektoruna, yarısı isə başqa sektorlara
qoyulubdur. Bu il isə qoyulan təxminən 1 milyard 600 milyon
dollar investisiyanın 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft
sektorunadır.
Bunlar real göstəricilərdir, statistikadır. Kiçik bir ölkəyə dörd
il içərisində 5 milyard dollar həcmində investisiyanın gəlməsi,
iqtisadiyyatın inkişaf etməsi bu gün üçün, gələcək üçün nə qədər
böyük imkanlar yaradır. Bu, nə qədər yeni iş yerləri açır, nə
qədər insanların işləməsi və yüksək əmək haqqı alması üçün
şərait yaradır. Budur bizim iqtisadi göstəricilərimiz, budur bizim
islahatlarımızın nəticəsi!
Bu minvəlla biz bundan da yaxşı irəliyə gedirik və gedəcəyik.
Əmin ola bilərsiniz ki, bizim iqtisadi siyasətimiz bundan sonra
daha çox uğurlar gətirəcək, Azərbaycan xalqının rifah halı günü-
gündən yaxşılaşacaqdır. Bizim imkanımız olacaqdır ki, hər il
maaşlar artsın, insanların gəlirləri artsın və Azərbaycan xalqı
firavan yaşasın.
Azərbaycanın çox düşünülmüş və tarazlı xarici siyasəti var.
Məhz bu siyasətin nəticəsində Azərbaycan qısa bir zamanda,
demək olar, beş il içərisində dünya miqyasında, Dünya
Birliyində özünə layiq yer tutdu və böyük hörmət qazandı.
Azərbaycan artıq dünya miqyasında tanınmış və inkişaf etmiş
bir ölkə kimi görünür. Azərbaycana maraq artır, Azərbaycanla
daha da çox hesablaşırlar. Azərbaycanın coğrafı-strateji və-
__________________________________________
60
ziyyəti, Azərbaycanda görülən işlərin nəticəsi, ölkəmizin təbii
sərvətləri, həyata keçirdiyimiz böyük layihələr - həm neft
layihələri, həm də boru kəmərləri layihələri- bunlar hamısı
Azərbaycana diqqəti və münasibəti tamamilə dəyişdiribdir.
Belə bir şəraitdə, təbiidir ki, bizim qarşımızda duran ən əsas
vəzifə Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ
problemini həll etməkdir. Çox təşəkkür edirəm ki, siz
Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin apardığı həm
daxili siyasəti, həm xarici siyasəti dəstəkləyir və bunu yüksək
qiymətləndirirsiniz. Məhz sizin dəstəyinizə, xalqın dəstəyinə və
etibarına arxalanaraq, Azərbaycan prezidenti kimi mən belə
cəsarətli addımlar atıram və cəsarətli siyasət həyata keçırirəm.
Mən sizə təşəkkür edirəm ki, 1994-cü ildə atəşkəs əldə
olunması barədə bizim qərarımızı dəstəkləyirsiniz. Amma təkcə
siz - Yeni Azərbaycan Partiyasının üzvləri yox, Azərbaycan
Respublikasının, ölkəmizin əhalisinin əksəriyyəti, bəlkə də
hamısı bunu dəstəkləyir. Bu, bizim böyük nailiyyətimizdir.
Ancaq eyni zamanda bu müddətdə məsələni tam həll etmək
mümkün olmadığına görə, təbiidir ki, biz öz üzərimizdə olan
məsuliyyəti hələ tamamilə yerinə yetirə bilməmişik.
Amma bilin və bütün xalqımız, bütün ölkəmiz bilsin - bu, heç
də asan məsələ deyildir. Bunun səbəbləri məlumdur. Ancaq
bunlara baxmayaraq biz bunu həll edəcəyik. Bilirsiniz ki, Mən
təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün
yox, bütün Qafqazda sülhün, əmin-amanlığın yaranması
sahəsində də təşəbbüslərdə bulunmuşam. Xüsusən Cənubi
Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün
ATƏT-in İstanbul sammitində təklif irəli sürmüşəm. O təkliflə
mən həm ATƏT-in üzvlərini dəvət etmişəm, həm Avropa
Birliyini dəvət etmişəm, həm dünyanın böyük dövlətlərini,
ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş
Ştatları, Rusiya və Fransanı dəvət etmi-
__________________________________________
61
şəm, bu işdə marağı olan başqa ölkələri dəvət etmişəm ki,
hamımız birlikdə birləşib Cənubi Qafqazda təhlükəsizliyin
təmin olunması və əməkdaşlığın inkişafı üçün pakt təsis edək.
Bu, mümkündür. Amma bunu həyata keçirmək üçün
Ermənistan-Azərbaycan münaqişəsi həll olunmalı,
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları
azad olunmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və Ermənistanla
Azərbaycan arasında sülh yaranmalıdır.
Təbiidir ki, bunlar hamısı bir ildə ola bilməz. Amma əgər
bunlar haqqında qərar qəbul olunsa, bu barədə lazımi
müqavilələr imzalansa, şübhəsiz ki, onda mənim müraciət
etdiyim çox dövlətlər təhlükəsizlik və əməkdaşlıq paktının
yaranmasında iştirak etməyə çalışacaqlar.
Bizim bölgədə qonşu dövlətlərlə bu barədə əlaqələrimiz
həmişə sıx olmalıdır və biz bu siyasəti aparırıq. Bu dövlətlər
Rusiyadır, Türkiyədir, Gürcüstandır, İrandır. İran böyük
dövlətdir. Qafqazdakı problemlərin həll olunmasında İran
kənarda qala bilməz. Ona görə də mən bu gün bəyan edirəm ki,
təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında, təbiidir ki,
İran da öz töhfəsini verməlidir, öz təşəbbüsünü irəli sürməlidir.
Yalnız beləliklə Qafqaz ölkələri və Qafqazı əhatə edən ökələr,
Qafqaza maraq göstərən Avropa ölkələri, ATƏT üzvləri,
Amerika Birləşmiş Ştatları - hamısı birlikdə Qafqazda bunu edə
bilərlər.
Bu, mütləq lazımdır. Çünki görürsünüz ki, Qafqaz indi
dünyanın ən gərgin bir regionuna çevrilibdir. Təsəvvür edin,
əgər ümumdünya miqyasında götürsəniz, Qafqazda olan
münaqişələr heç bir yerdə yoxdur: birinci münaqişə olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
Gürcüstanla Abxaziya, Osetiya münaqişələri, Şimali Qafqazda
Çeçenistan münaqişəsi, İnquşetiyada, Şimali Osetiyada və başqa
yerlərdə müəyyən problemlər, ümumiyyətlə Şimali Qafqazda
sabitliyin yaranması problemi. Görün, dünyanın kiçik bir
Dostları ilə paylaş: |