Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

__________________________________________ 

50

 



da, biz Yeni Azərbaycan Partiyasını yaradandan sonra da -

baxmayaraq ki, onlar oktyabr ayında Naxçıvanda dövlət 

çevrilişinə  cəhd göstərmək istədilər, partiyamızın yaranmasına 

maneçilik törətdilər, burada məruzədə deyildi, onlar tərəfindən 

bizim partiyaya qarşı bir neçə cinayət halları oldu -bütün bunlara 

baxmayaraq, 1993-cü ilin fevral ayında Azərbaycanda dövlət 

böhranı yarandı. Bəlkə də bunu indi bəziləri unudublar. O vaxt 

Surət Hüseynov və Rəhim Qazıyev Xalq Cəbhəsindən ayrılaraq 

Xalq Cəbhəsinə qarşı  Gəncədə  hərəkata başlamışdılar. Bu, 

həmin hərəkatın birinci mərhələsi idi. Bakıda Xalq Cəbhəsinin 

hakimiyyəti çox ağır vəziyyətdə idi, danışıq aparmaq üçün 

Gəncəyə bir neçə nümayəndə göndərmişdilər. Amma onlar 

təslim olmamışdılar, öz iddialarından çəkinməmişdilər. 

O vaxt Xalq Cəhbəsinin qərargahından yenə  mənə müraciət 

etdilər. Mən bəyanat verdim - onu dərc ediblər. Bəyanat verdim 

ki, ölkənin bu ağır dövründə hansısa bir dövlət çevrilişinə cəhdə 

yol vermək olmaz, mən xalqı Azərbaycan prezidenti Əbülfəz 

Elçibəyin ətrafında toplaşmağa, xalqı birliyə dəvət edirəm. 

Bu da həqiqətdir. Ancaq bunların müqabilində bizim 

yaratdığımız partiyaya qarşı təqiblər, təzyiqlər göstərirdilər, indi 

gecə-gündüz demokratiyadan, insan hüquqlarından dəm 

vuranlar o vaxt - Azərbaycan müstəqilliyini təzəcə  əldə etdiyi, 

körpə bir demokratiya yarandığı bir zaman öz şəxsi iddialarına 

görə demokratiya prinsiplərini pozurdular. Bu, təkcə Yeni 

Azərbaycan Partiyasına qarşı deyildi, bir çox başqa qüvvələrə də 

qarşı idi. Mən bunları bu gün sizə ona görə çatdırıram ki, bizim 

partiyanın yaranma tarixini, o dövrü biləsiniz və bunlar da heç 

vaxt unudulmasın. 

Beləliklə, biz 1992-ci ilin noyabr ayında Naxçıvanda 

partiyamızı - onun proqramı  və nizamnaməsi haqqında burada 

deyildi - ağır, çətin bir şəraitdə yaratdıq. Nizamnamədə də 

  

 




__________________________________________ 

51

 



var, bu partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya 

kimi yaranmadı. Biz partiyanın nizamnaməsində yazdıq ki, 

partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi 

həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən 

çıxarmaq üçün yaranır, bu partiya parlament tipli bir partiyadır. 

Yəni biz tamamilə demokratiya yolu ilə gedirdik. 

Partiyanı yaradarkən heç kəs qarşıya məqsəd qoymurdu ki, 

biz hakimiyyəti devirəcəyik, - necə ki, indi ayrı-ayrı müxalifət 

qüvvələri hakimiyyəti devirmək haqqında, yaxud da hakimiyyət 

uğrunda mübarizə aparacaqları barədə ayda bir dəfə  bəyanatlar 

verirlər. Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı 

birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin 

problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini 

göstərmək məqsədi ilə yarandı. 

Ancaq hadisələr bizim nəzərə aldığımızdan da başqa cür 

inkişaf etdi. Partiya yaranandan cəmi 7 ay sonra, 1993-cü ilin 

iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. 

Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə 

bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədən 

başlayan hərəkat Azərbaycanın  ərazisinin demək olar ki, 

yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. 

Vaxtilə  məni təqib edən, Naxçıvanda məni devirmək, məni 

Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə 

bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan 

əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, 

Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları 

oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər. Bu dəfə isə mən 

artıq Azərbaycanın dağıldığını gördüm. 

Naxçıvanda mənimlə dörd gün aparılan söhbətdən sonra mən 

Bakıya gəlib vəziyyəti öyrənmək istədim. Gəldim. Vəziyyətin 

nə  qədər gərgin olduğunu xatırlayın - o vaxt bunların hamısı 

televiziya ilə verilirdi. Azərbaycan parçalanırdı, dağı- 

  



__________________________________________ 

52

lırdı. Bunlar haqqında dünən də, bu gün də burada deyildi. Belə 



bir ağır, çətin zamanda böyük təhlükə altında Gəncəyə getdim. 

Nəhayət, Azərbaycanın ağır vəziyyətdən çıxmasında iştirak 

etməyə söz verdim. Ancaq o vaxtkı iqtidar o qədər vəhiməyə 

düşmüşdü, o qədər qorxmuşdu, xalqın inamını o qədər itirmişdi 

ki, onlar qaçdılar, dağıldılar, gizləndilər və meydanda təkcə 

Heydər Əliyev qaldı. 

Ondan sonrakı bütün dövr məlumdur. Mən sizə  təşəkkür 

edirəm ki, çıxışlarınızda həmin dövrü təhlil etdiniz, gördüyümüz 

işləri,  əldə etdiyimiz nailiyyətləri göstərdiniz. Mən bunları sizə 

söyləyərək, partiyanın yaranma prosesi və o dövrdə konstruktiv 

mövqe tutan bir partiya kimi yaranması fikrini sizə çatdırmaq 

istəyirəm. Bununla da bizim partiya indi müxalifətdə olan və bu 

gün Azərbaycan iqtidarına düşmən gözü ilə baxan bütün 

partiyalardan fərqlənir. 

Azərbaycanda partiya çoxdur. Azərbaycan iqtidarı  və Yeni 

Azərbaycan Partiyası ilə  əməkdaşlıq edən bir çox partiyalar 

vardır. Onlar sağlam fikirli partiyalardır. Güman edirəm ki

həmin partiyaların nümayəndələri qurultayımızda iştirak edirlər. 

Bu partiyalar həqiqətən sağlam yolla gedən partiyalardır. 

Ancaq hərəsinin öz platforması var. Birinin o birisindən bəlkə 

də müəyyən qədər fərqi var. Ancaq bunların ümumi amalı birdir 

- Azərbaycanda demokratiyanı inkişaf etdirmək. Azərbaycanın 

müstəqilliyini inkişaf etdirmək və Azərbaycanda sabitliyi 

qorumaq, saxlamaq. Ona görə biz bu partiyalarla bu gün də 

əməkdaşlıq edirik. 

Ancaq Azərbaycanı dağıdan və Heydər  Əliyevi gətirib 

Azərbaycanda parlament sədri seçən insanların bir qismi, yəni o 

vaxt iqtidarda olanlar sonra qaçdılar, dağıldılar və bir aydan, iki 

aydan sonra müxalifətə keçdilər. Bu, vicdansızlıqdır və 

vicdansızlıq heç vaxt xalq içərisində hörmət qazanmayacaqdır. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə