Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

__________________________________________ 

56

 



  

canda qeyri-sabitlik hökm sürübdür. Dağlıq Qarabağ 

münaqişəsi, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın 

həyatını gərginləşdirmiş və o vaxtdan daxili vəziyyət sabitliyini 

itirmişdi. 

1992-1993-cü illərdə isə bu vəziyyət daha gərgin və ağır idi. 

Həm torpaqların böyük bir qismi işğal olunmuş, həm də 

Azərbaycanın daxilində parçalama qüvvələri peyda olmuş  və 

Azərbaycan artıq parçalanmışdı. 

Demək, sonrakı dövrdə biz bir tərəfdən iqtisadiyyatı normal 

vəziyyətə  gətirməli idik, ikinci tərəfdən isə ictimai-siyasi 

sabitliyi təmin etməli idik. Eyni zamanda beynəlxalq aləmdə 

Azərbaycanın mövqelərini yaratmalı idik. Bunlar hamısı çox 

böyük enerji və  zəka tələb edirdi. Biz bunların hamısına nail 

olduq. 

İctimai-siyasi sabitlik təmin edildi. Ancaq ictimai-siyasi 



sabitliyi saxlamaq üçün təkcə hüquq-mühafizə orqanlarının, 

yaxud başqa orqanların fəaliyyəti yetərli deyildi. İctimai-siyasi 

sabitliyi saxlamaq üçün eyni zamanda ölkənin iqtisadiyyatında 

ciddi dəyişikliklər etmək lazım idi, insanların həyatında ciddi 

dəyişikliklər etmək lazım idi. Biz bunlara da nail olduq. 

1990-cı ildən başlayaraq 1994-cü ilə  qədər Azərbaycanın 

iqtisadiyyatı ildə 20-25 faiz tənəzzül edib, aşağı düşübdür. 1993-

cü ildəki, 1994-cü ildəki vəziyyəti xatırlayın. Çörək almaq 

mümkün deyildi. İnsanlar çörək almaq üçün nə  qədər növbəyə 

dururdular. Biz taxıl tapa bilmirdik ki, insanları çörəklə  təmin 

edək. O dövrdə bəzi cinayətkar qruplar bu vəziyyətdən istifadə 

edərək Azərbaycanın malını-dövlətini talan edirdilər. Yaşayış 

çox ağır idi, insanlar əziyyət çəkirdi. Malların qiyməti bahalaşır, 

manatın da dəyəri günü-gündən sürətlə aşağı düşürdü. 

  



__________________________________________ 

57

1995-ci ildə biz iqtisadiyyatdakı  tənəzzülün qarşısını aldıq. 



Ondan sonrakı illər - 1996-cı, 1997-ci, 1998-ci, 1999-cu illər 

Azərbaycanda iqtisadiyyatın inkişaf dövrüdür. 

Yəni bu işlər paralel getməli idi. Biz bir tərəfdən qanun-

qayda yaratmalı, daxili vəziyyəti sabitləşdirməli idik. Müstəqil, 

demokratik dövlət kimi Azərbaycanın təsisatlarını yaratmalı 

idik. Eyni zamanda Azərbaycanda iqtisadiyyatın bu ağır 

dövründə müsbət dəyişikliklər edilməsinə nail olmalı və bir çox 

başqa işlər görməli idik. Biz bunların hamısını görə bildik. 

1995-ci ildə ilk Konstitusiyamızın qəbul edilməsi, ilk dəfə 

demokratik  şəraitdə ali qanunvericilik orqanının seçilməsi 

Azərbaycanın gələcək həyatı üçün ən böyük əsaslardan oldu. 

Ondan sonrakı dövr Azərbaycanda qanunçuluğun 

demokratiyanın, iqtisadiyyatın inkişaf etdirilməsi və bunların 

hamısının nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyətin 

ilbəil sabitləşməsi dövrüdür. Bunlar bugünkü günün 

reallıqlarıdır. 

Məruzədə  və  çıxışlarda bizim iqtisadi nailiyyətlərimiz 

haqqında bir çox məlumat verdilər. 1990-1994-cü ilə qədər olan 

ağır vəziyyətdən Azərbaycanın iqtisadiyyatını  çıxarmaq və 

bundan sonra onun ardıcıl inkişafını  təmin etmək - bu, post- 

sovet məkanında nadir bir haldır. Bizim iqtisadi göstəricilərimiz 

göz qabağındadır. Bunlar statistikanın məlumatlarıdır və artıq 

beynəlxalq maliyyə mərkəzləri tərəfindən - Beynəlxalq Valyuta 

Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və  İnkişaf Bankı, 

Avropa Birliyinin İqtisadi Komissiyası  tərəfindən daim nəzarət 

altındadır. Ona görə bizim göstəricilərimiz hamısı göz 

qabağındadır. 

Bu da ondan ibarətdir ki, ümumi daxili məhsul ilbəil artır, 

sənaye istehsalı, kənd təsərrüfatı istehsalı artır, kapital qoyuluşu 

artır. Bunların nəticəsində  də insanların rifah halı yaxşılaşır. 

Bunun  əsası  nədədir?  Əsası bizim həyata keçirdiyimiz düzgün, 

doğru daxili siyasətdədir. Demokratik, hüquqi dövlət 

  

 



__________________________________________ 

58

quruculuğu və bu prosesin ardıcıl surətdə  həyata keçirilməsi, 



iqtisadiyyatda müxtəlif islahatların aparılması, insanlara 

sərbəstlik verilməsi, Azərbaycan iqtisadiyyatının dünya 

iqtisadiyyatı ilə inteqrasiyası, Azərbaycana sərmayənin cəlb 

olunması - bunlar hamısı böyük, kompleks iqtisadi proseslərdir. 

Bunları bu qısa müddətdə  həyata keçirmək, inanın, asan iş 

deyildir. Həm də bizim göstəricilərimiz Müstəqil Dövlətlər 

Birliyi ölkələrinin göstəriciləri içərisində yüksək yerləri tutur. 

Ona görə  də biz son illərdə  əhalinin rifah halının 

yaxşılaşdırılmasına nail ola bilmişik. Ona görə  də maaşları, - 

burada deyildi, - dəfələrlə artıra bilmişik, pensiyaları artıra 

bilmişik. Bunlar hamısı həqiqətdir. 

Həm siyasi sahədə, həm dövlət quruculuğu sahəsində, həm də 

iqtisadi sahədə bizim islahatlarımız çox ahəngdar gedir. Bunlar 

hamısı kompleks şəkildə Azərbaycanın demokratik, hüquqi, 

dünyəvi dövlət quruculuğu prosesini təşkil edir. Əgər biz 

iqtisadi islahatları  ağıllı, düşüncəli və uzaqgörənliklə 

aparmasaydıq bu nailiyyətləri əldə edə bilməzdik. 

Məsələn, təsəvvür edin, indi, - mən bu ili götürürəm, -

Azərbaycanda əldə olunan ümumi daxili məhsulun 60 faizi özəl 

sektorun hesabınadır. Bu, islahatların nəticəsidir. Sənayedə 30 

faiz özəl sektorun hesabınadır. Kənd təsərrüfatında 98 faiz, 

ticarətdə 98 faiz, tikintidə  təxminən 60-70 faiz, yük 

daşımalarında təxminən 45-50 faiz özəl sektorun hesabınadır. 

Demək, bizim iqtisadi islahatlarımız öz konkret nəticələrini 

verir. 

Təbiidir ki, iqtisadiyyatın bir qismi, xüsusən böyük islehsal 



müəssisələri, o cümlədən ağır sənayenin müəssisələri dövlət 

inhisarındadır. Ancaq o müəssisələr ki, dörd-beş il bundan öncə 

ağır vəziyyətdə idi, biz onların da daha güclü işləməsinə nail ola 

bilmişik. 

Beləliklə, həm dövlət sektorunda olan sahələrin inkişaf 

etdirilməsi, yaxşı işləməsi üçün şərait yaradılması, həm də özəl 

sektorun güclənməsi, sahibkarlığa geniş imkanlar verilməsi, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə