__________________________________________
165
Bu barədə Ermənistanın özü də Türkiyə ilə danışıqlar
aparıbdır. Bu məsalələri bir daha dəqiqləşdirmək mövqelərimizi
müqayisə etmək, məsləhətləşmək məqsədi ilə mən Türkiyəyə
gedirəm. Əsas məsələ bundan ibarətdir.
Bilirsiniz ki, Bakı-Ceyhan neft kəməri haqqında müqavilə
artıq imzalanıbdır. Bunun icrasına başlamaq lazımdır. Türkiyə
də bunu istəyir, biz də bunu istəyirik. Ancaq biz indiyə qədər bu
müqavilələri parlamentdə ratifikasiyaya verə bilməmişik. Çünki
bir neçə məsələ Gürcüstan ilə bu günə qədər həll edilməyibdir.
Bilirsiniz ki, bu yaxın zamanlarda Türkiyənin nümayəndə heyəti
Gürcüstanda və Azərbaycanda olmuşdur. Onlar Gürcüstan
prezidenti Eduard Şevardnadzeyə və mənə prezident Süleyman
Dəmirəlin məktublarını vermişlər. Bu barədə də danışmaq
lazımdır. Çünki bunu gecikdirmək olmaz. Türkiyə də maraqlıdır
ki, bu gecikməsin. Biz də maraqlıyıq, təbii ki, Gürcüstan da
maraqlıdır. Amma Gürcüstan bəzi məsələləri ortaya atıbdır.
Bunlar bizim üçün uyğun məsələlər deyildir Türkiyə üçün də
uyğun deyildir. Bu barədə də fikir mübadiləsi aparacağıq.
Ümumiyyətlə, ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf
etdirmək, genişləndirmək məsələləri də bizim qonşularımızla
danışıqların əsas mövzusudur. Görürsünüz, qısamüddətli səfərə
gedirəm amma, nə qədər məsələ var.
S u a l: Cənab prezident, Bakı-Ceyhan müqaviləsi
imzalanmamışdan əvvəl Gürcüstan indiki şərtlərini irəli
sürmürdü. İndi nəyə görə bu şərtlər irəli sürülür?
C a v a b: Sürmürdü, yox. Siz bunu onlardan soruşun.
S u a l: Cənab prezident, Azərbaycanın Avropa Şurasına
üzv olması məsələsi nə yerdədir?
C a v a b: Necə nə yerdədir? Biz Avropa Şurası ilə
əməkdaşlıq edirik və lazımi danışıqlar aparırıq. Yəqin ki, vaxtı
gələndə bunların hamısı həll olunacaqdır.
__________________________________________
166
S u a l: Cənab prezident, Şimali Qafqazdakı vəziyyəti
səfəriniz zamanı müzakirə edəcəksinizmi?
C a v a b: Əlbəttə ki, biz bu barədə fikir mübadiləsi
aparmalıyıq. Şimali Qafqazdakı, Çeçenistandakı vəziyyətə nə
Türkiyə, nə də Azərbaycan müdaxilə edir. Ancaq təəssüf ki,
Rusiyanın mətbuat orqanları, hətta rəsmi dairələri axır zamanlar
bir çox əsassız bəyanatlar veriblər. Bu da bizi çox narahat
edibdir. Bilirsiniz ki, dünən Azərbaycanın Xarici İşlər Nazirliyi
Rusiyanın bu hərəkətlərinə görə bu barədə çox sərt bəyanat
veribdir. Yəqin ki, biz bu barədə də danışacağıq, bu mövzu
kənarda qala bilməz. Çünki Rusiyanın mətbuat orqanları, rəsmi
dairələri də bəzən çalışırlar sübut etsinlər ki, guya bu terrorçular,
yaraqlılar Türkiyədən, başqa Şərq ölkələrindən gəlib
Azərbaycandan, Gürcüstandan keçirlər və buradan silah-sursat
keçir. Bu, tamamilə yalan sözdür, böhtandır, iftiradır. Heç bir
belə fakt yoxdur. Kiyevdə olarkən mən bu barədə Baş nazir, indi
prezident səlahiyyətlərini həyata keçirən Vladimir Putinlə də
danışdım, ona da dedim. Yəqin ki, biz bu barədə da söhbət
edəcəyik.
S u a l: Cənab prezident, Bakı-Ceyhan neft boru kəməri
ilə bağlı Gürcustanın sərt mövqeyi barədə nə deyərdiniz?
C a v a b: Bilirsiniz, siz düzgün demirsiniz. Sərt mövqe
yoxdur. Gürcüstanın müəyyən şərtləri var. Hərə istəyir ki,
burada öz problemini ölkəsi üçün daha da faydalı həll etsin. Mən
elə hesab edirəm ki, burada həll oluna bilməyən elə bir problem
yoxdur. Bunların hamısı həll olunacaqdır.
S u a l: Cənab prezident, indiki gərgin münasibətlərdə
İrana Sizin qarşıdakı səfəriniz barədə nə deyə bilərsiniz?
C a v a b: Nə gərgin münasibətlərdir? İranla bizim gərgin
münasibətlərimiz yoxdur. Sən bunu haradan götürmüsən? Mən
bəyan etmişəm ki, İranla bizim çox yaxşı münasibətimiz var. Bu
günlərdə mən Yeni Azərbaycan Partiyasının qurultayındakı
çıxışımda hətta qeyd etdim ki, mənim İstanbulda irəli
__________________________________________
167
sürdüyüm Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı
yaranmasında İran da iştirak etməlidir. İranın prezidenti məni
dəvət edibdir, mən də, şübhəsiz ki, həmin dəvəti bu yaxınlarda
həyata keçirəcəyəm.
S u a l: Cənab prezident, Aram Sarkisyanın Dağlıq
Qarabağla bağlı son təklifinə Sizin münasibətiniz?
C a v a b: Elə bir təklif mənə məlum deyil.
S u a l: Cənab prezident, sammitdə Siz Koçaryanla
görüşəcəksinizmi?
C a v a b: Görüşəcəyəm. Hələ Moskvada da görüşəcəyəm,
lap arxayın olun.
S u a l: Cənab prezident, Cövhərqala alındığı halda rus
qoşunlarının Azərbaycana və Gürcüstana girməsi ehtimalı
varmı?
C a v a b: Bilirsiniz, mən istəyirəm ki, siz bu sualları
verməyəsiniz. Çünki bunlar əsassız suallardır. Orada Rusiya öz
daxili işi ilə məşğuldur. Nə üçün sən deyəsən ki, Qroznının, nə
bilim, alınmasından sonra onlar Azərbaycana müdaxilə
edəcəklər? Buna bir əsas yoxdur.
Yaxşı, sağ olun.