__________________________________________
171
Bilirsiniz ki, bu məsələnin sülh yolu ilə həll olunması ilə
ATƏT məşğul olur. ATƏT də bundan ötrü hələ 1992-ci ildə
Minsk qrupu yaradıbdır. Bu Minsk qrupunun üzvlərinin biri də
Türkiyədir. Bir də ki, bu məsələnin həll olunmasında təkcə
ATƏT-in Minsk qrupunun üzvü kimi yox, Türkiyənin iştirakı
olmadan bu məsələlər tamamilə həll edilə bilməz. Çünki
Ermənistanla Türkiyənin böyük bir sərhədi vardır və Türkiyə
Azərbaycanın yaxın dostudur. Qafqazda olan problemlər
Türkiyəsiz həll edilə bilməz.
Məsələn, mən İstanbul zirvə görüşündə belə bir təklif irəli
sürdüm ki, Cənubi Qafqazda təhlükəsizlik, sülh və əməkdaşlıq
paktı yaransın. Bu paktın yaranmasında da mən bir neçə dövlətə
müraciət etdim. Birinci növbədə Türkiyəyə. Çünki Türkiyəsiz
bunları etmək mümkün deyildir.
Bunların hamısına görə də mən buraya gəlmişəm.
Azərbaycan xalqının Türkiyə xalqına salamını, hörmət və
ehtiramını gətirmişəm və bütün Azərbaycan xalqı adından Sizi
və bütün Türkiyə vətəndaşlarını bu bayram günləri münasibətilə
ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı, yeni-yeni
uğurlar arzulayıram.
__________________________________________
172
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ
SÜLEYMAN DƏMİRƏL İLƏ
GÖRÜŞDƏ
*
SÖHBƏT
Ankara, «Çankaya» köşkü
9 yanvar 2000-ci il
Süleyman Dəmirəl: Əziz dostum, qardaşım, cənab Heydər
Əliyev! Xoş gəlmisiniz. Sizinlə hər görüşdən böyük sevinc
duyuram. Mən Sizi, bütün Azərbaycan xalqını Yeni il və
müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik
edirəm. Dəvətimi qəbul edərək Ankaraya gəldiyinizə görə
təşəkkür edirəm. Əminəm ki, 2000-ci ildə Qafqazın bütün
ölkələrində sülh bərqərar ediləcək, Ermənistan - Azərbaycan
münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səylər daha
da artırılacaq və bu münaqişə Sizin uzaqgörən siyasətiniz
nəticəsində öz həllini tapacaqdır.
Heydər Əliyev: Dəvətə və xoş sözlərə görə minnətdarlığımı
bildirirəm, əziz dostum, qardaşım Süleyman Dəmirəl. 2000-ci il
və müqəddəs Ramazan bayramı münasibətilə Sizi və bütün
Türkiyə Cümhuriyyətini və xalqını ürəkdən təbrik edirəm.
Azərbaycanın haqq işini Türkiyənin daim müdafiə etməsini,
Ermənistaınn respublikamıza təcavüzünü qətiyyətlə pisləməsini
biz yüksək qiymətləndiririk. Hazırda Ermənistan -Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll olunması üçün
*
Görüşdə Türkiyənin xarici işlər naziri İsmayıl Cəm iştirak edirdi.
__________________________________________
173
ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar
aparılır.
Süleyman D ə m i r əl: Bu bizə böyük ümidlər verir. Mən
Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyətini yüksək
dəyərləndirirəm. İkitərəfli əlaqələrimizin bütün sahələrdə daha
da möhkəmləndirilməsi və durmadan inkişaf etdirilməsi
vacibdir.
Heydər Əliyev: Mən ATƏT-in İstanbul zirvə görüşünün
nəticələrini və bu sammit keçirilən zaman Bakı-Ceyhan əsas
ixrac neft boru kəməri barədə ən yüksək səviyyədə imzalanmış
sazişi tarixi hadisə kimi qiymətləndirirəm. Bu kəmərin
tikintisinin sürətləndirilməsi zəruridir.
Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan
qaldırılması da mühüm məsələdir.
Süleyman Dəmirəl: Türkiyə Cümhuriyyəti qardaş
Azərbaycan xalqını həmişə dəstəkləyir və dəstəkləyəcəkdir.
Sizinlə görüşüm və etdiyimiz söhbətlər həmişə olduğu kimi, bir
daha iki qardaş xalqın rifahına xidmət edəcəkdir.
__________________________________________
174
TÜRKİYƏ RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ
BAŞ QƏRARGAHININ RƏİSİ, ORDU GENERALI
HÜSEYN KIVRIKOĞLU İLƏ GÖRÜŞDƏ SÖHBƏT
Ankara, «Çankaya» köşkü
10 yanvar 2000-ci il
Hüseyn Kıvrıkoğlu: Sizi gördüyümə çox şadam.
Heydər Əliyev: Mən mətbuat nümayəndələrinin yanında sizi
və sizin şəxsinizdə qəhrəman türk ordusunu, Türkiyə xalqını
Ramazan bayramı, Yeni il münasibətile bir daha təbrik edirəm.
Sizə cansağlığı, səadət, türk ordusuna böyük uğurlar
arzulayıram.
2000-ci il əsrimizin sonuncu ilidir, biz XXI əsrə, üçüncü
minilliyə doğru gedirik. Arzu edirəm ki, bu il də, gələcəkdə də
Türkiyə daha da güclü, qüdrətli bir dövlət olsun. Türk ordusu
indiyə qədər olduğu kimi, böyük öndər Atatürkün yolu ilə
gedərək daha da güclənsin və Türkiyənin təhlükəsizliyinin,
bölgədə sülhün, əmin-amanlığın təmin edilməsində öz
xidmətlərini göstərsin.
Hüseyn Kıvrıkoğlu: Cənab prezident, səmimi sözlərinizə
görə təşəkkür edirəm. Əziz dost və qardaş cümhur başkanı
hörmətli cənab Heydər Əliyev, mən Sizi Türkiyədə yenidən
görməyimdən çox məmnunam. Mən də Sizi və Sizin şəxsinizdə
Azərbaycan xalqını və silahlı qüvvələrini Ramazan bayramı,
Yeni il - 2000-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm,
ölkənizə sülh arzulayıram.
Heydər Əliyev: Yeni üçüncü minillikdə bütün dünyada,
eləcə də Qafqazda sülhün bərqərar olması öz müstəqil
Dostları ilə paylaş: |