Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   11   12   13   14   15   16   17   18   ...   50

 
58 
kimi)  qanun  şəklinə  saldı.  Ölüm  hökmləri  gecikdiril-
mədən  həmin  gecə  yerinə  yetirilirdi.  “NKVD”  zindanına 
hətta  təsadüfi  yanlışlıq  (məsələn,  ad-soyadın  eyniliyi) 
üzündən  düşmüş  şəxsin  oradan  iş  almadan  çıxması 
möcüzə sayılardı.  
Ölkədə  o  qədər  işlək  çuğulçuluq  sistemi  yaradılaraq 
hay-küylə təbliğ edilirdi ki, valideynlər övladlarından, ər-
arvad  bir-birindən,  övladlar  ata  və  bacı-qardaşlarından 
“NKVD”-yə  xəbərçilik  edərək  məhbuslar  şəbəkəsini 
sürətlə  genişləndirirdilər.  Xalq  Pavlik Morozov  xəstəliyinə 
yoluxdurulmuşdu. İstənilən şəxs haqqında kiminsə yalan-
dan  “o,  hökumət  haqqında  xoşagəlməz  söz  söylədi”  de-
məsi  həbs  üçün  yetərliydi.  Artıq  1937-1938-ci  illərdə 
“Stalin  dustağı”nın  ədalətin  ən  zəif  işartısına  belə  umud 
bəsləməsi imkan xaricindəydi.  
  
Əliabbas  Qədimovun  dördüncü  həbsi  bu  dönəmə 
düşdü və sonuncu oldu.  
PR-23530 SAYLI İSTİNTAQ İŞİ 
Qarşımızda  229  vərəqlik,  hər  vərəqi  sanki  bir  ton 
ağırlığında, hər səhifəsindən haqsız insanların göz yaşları, 
hönkürtü  və  ah-nalələri,  yeri  gəldikcə  üsyan  hayqırtıları 
duyulan  çox  ciddi  bir  sənəd  var.  Bu,  Əliabbas  Əli  oğlu 
Qədimov  və  Mədinə  xanım  Mehdi  qızı  Qiyasbəyla’nin 
Azərb.  SSR  Cinayət  Məcəlləsinin  (CM)  72/73-cü  maddə-
ləriylə ittiham edildikləri, 7 dekabr 1936-cı ildə başlanıb 5 
sentyabr  1937-ci  ildə  bitmiş  13506  saylı  (indi  PR-23530 
saylı) istintaq işidir.  


 
59 
Dilsiz-ağızsız  vərəqlərdə  Azərbaycanın  iki  ən  qeyrətli 
övladının  güllələnməsinə  çalışan  allahsız  çekistlərin 
bütün saxtakarlıqları, ozamankı hüquq sisteminin heç bir 
əndazəyə  sığmayan  ədalətsizliyi,  kommunistlərin  öz 
siyasi rəqibləri olan dustaqlara düşməncəsinə münasibəti 
gerçək  əksini  tapıb.  Bu  sənəddə  yazılanlar  yalnız  adı 
çəkilən  iki  görkəmli  şəxsiyyətin  deyil,  bütövlükdə  kom-
munist  ağalığı  illərindəki  bütün  ziyalılarımızın,  millət-
sevər,  yurdsevər  insanlarımızın  bir-birinə  hədsiz  bənzə-
yən  talelərini  əks  etdirdiyinə  görə  oradakı  bəlgələrdən 
maksimum  yararlanmaqla  ən  önəmlilərini  oxuculara 
çatdıracağıq.  
“GİZLİ MÜSAVAT MK-sı 4-cü HEYƏTİNİN ÜZVÜ” 
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK) 
Dövlət  Təhlükəsizlik  İdarəsi  (DTİ)  Gizli-Siyasi  Şöbəsi 
(GSŞ) əməkdaşlarının 29 dekabr 1936-da tərtib etdiyi,  hə-
min  şöbənin  rəisi,  dövlət  təhlükəsizliyi  kapitanı  Gerasi-
mov
’un 30 dekabrda təsdiqlədiyi arayışda Əliabbas Qədi-
movun həbs edilməsinin motivləri belə “əsaslandırılır”:  
Arayış 
12288  saylı  istintaq  işinə  əsasən  həbs  olunan  gizli  Müsa-
vatın Mərkəzi Komitəsinin 4-cü heyətinin fəal üzvlərindən biri 
də  1902-ci  ildə 
(?!  –  müəl.)  anadan  olmuş  Şəki  şəhər  sakini, 
Quba rayon xəstəxanasının həkimi 
Qədimov Abbasdır. 
İndi  həbsdə  olan  fəal  müsavatçı  Mədinə  xanım  Qiyasbəy-
linin  ifadəsinə  görə,  Abbas  Qədimov  Müsavat  təşkilatının 
üzvüdür. Qədimov Abbas 1930-cu ildə Şəkidən Bakıya, Mədinə 


 
60 
xanımın  yanına  gəlmiş  və  gizli  üsyan  təşkilatının  adından 
bildirmişdir ki, Şəki rayonunda baş vermiş üsyan hərəkatına kö-
mək  əldə  etmək  üçün  onun  vasitəsiylə  müsavatçılarla  əlaqə 
yaratmaq istəyir. 
Hesab edirik ki, bu ifadə əsasında Qədimov Əliabbasın həbs 
edilməsi  və  Azərbaycan  SSR  CM-nin  72/73-cü  maddələriylə 
məsuliyyətə cəlb olunması zəruridir. 
2-ci  gizli-siyasi  şöbənin  əməliyyat  müvəkkili,  dövlət 
təhlükəsizliyi kiçik leytenantı 
Sonkin S. 
2-ci  gizli-siyasi  şöbənin  rəisi,  dövlət  təhlükəsizliyi  baş 
leytenantı 
Atakişiyev. 
29 dekabr 1936-cı il. 
Sənədin  aşağısında  sağ  küncdə  Sonkinin  öz  əliylə 
yazaraq  qolladığı  bu  qeydi  oxuyuruq:  “Həbs  ASSR  xalq 
səhiyyə komissarı y. Pantsxava ilə razılaşdırılıb. 3/I-37”

SƏNƏDƏ SÖZARDI 
1920-ci  il  aprelin  28-də    bolşevik  Rusiyasının  işğal 
etdiyi  Azərbaycanda  Müsavat  Partiyası  gizli  fəaliyyətə 
keçməyə məcbur oldu. Məhz gizli iş  şəraitində partiyanın 
Mərkəzi Komitəsinin (MK) yeni heyəti seçildi. MK-nın 15 
nəfərdən  ibarət  bu  heyətinin  tərkibinə  Mirzəbala  Məhəm-
mədzadə
  (sədr),  Məhəmmədsadıq  Quluyev  (təşkilat  katibi), 
Əbdülvahab Məhəmmədzadə
 (müavin), Cəfər Cabbarlı (katib), 
Məhəmmədhəsən  Baharlı
  (maliyyə  katibi)  və  b.  daxil  oldu-
lar. 
1923-cü ilin sentyabrında Fövqəladə Komissiya Müsa-
vatın  gizli  mətbəəsini  aşkarladı.  Yenidən  həbslər  dalğası 


 
61 
başlandı.  Repressiya  nəticəsində  gizli  Müsavatın  ali  or-
qanı  olaraq  fəaliyyət  göstərən  MK-nın  ilk  heyəti  də 
sıradan çıxdı. 
Daim  ölüm  və  həbs  təhlükəsi  altında  yaşamalarına 
baxmayaraq  müsavatçılar  MK-nın  ikinci  heyətini  forma-
laşdıra  bildilər.  Ancaq  1926-cı  ilin  martında  FK  Mərkəzi 
Komitə  üzvləri  Dadaş Həsənov,  Əhməd Hacınski,  Əli Yusif-
zadə
  və  34  nəfər  başqa  müsavatçını  həbs  etdi.  Həmin  ilin 
oktyabrında  partiyanın  daha  31  üzvü  həbsxanaya  atıldı. 
Bununla da MK-nın ikinci heyətinin fəaliyyəti başa çatdı. 
1926-cı  ildə  Sovet  İttifaqının  beynəlxalq  durumunun 
pisləşməsi  Müsavatın  yenidən  fəallaşmasına  səbəb  oldu. 
Bu  mərhələ  1931-ci  ilədək  davam  etdi.  Həmin  dövrdə 
partiya  daha  çox  ideoloji  mübarizəyə  və  gənclərlə  aparı-
lan işə önəm verirdi. 
1927-ci  ildə  Həsənağa  Axundzadə  (məsul  katib),  Haşım 
Aslanov
  (təşkilat  şöbəsinin  müdiri)  və  Əliağa  Aslanov 
(xəzinədar)  tərəfindən  “Gənc Azər”  təşkilatı  yaradıldı.  Bu 
təşkilatın  müxtəlif  təhsil  ocaqlarında  və  sənaye  müəssi-
sələrində  özəkləri  meydana  gəldi.  Müsavatdakı  bu 
canlanma yeni repressiyaya səbəb oldu. 1929-cu ildə 1.142 
nəfər Müsavat tərəfdarı tutuldu. Həbslər, sürgünlər 1930-
1931-ci  illərdə  də  davam  etdi.  Tutulan  müsavatçıların  və 
Müsavat  tərəfdarlarının  bir  hissəsi  güllələndi,  başqa 
hissəsi  isə  sovet  imperiyasının  uzaq  şimal  vilayətlərinə 
gedərgəlməz sürgünlərə göndərildi. 
Beləliklə, 1931-ci ildə gizli Müsavat təşkilatına başçılıq 
edən MK-nın 3-cü heyətinin fəaliyyəti başa çatdı. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə