Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

 
62 
1931-1937-ci  illərdə  sovet  xüsusi  xidmət  orqanlarının 
qəddarlığıyla  üzləşən  müsavatçılar  mütəşəkkil  təşkilat 
halında  fəaliyyət  göstərə  bilməsələr  də  mütərəqqi  fikirli 
ziyalılarla gizli təşkilat və qruplar halında birləşərək milli 
dəyərlərimizi, azadlıq ideyasını təbliğ edir və yayırdılar. 
Çekistlər  həmin  dövrdə  həbs  olunaraq  istintaqa  cəlb 
edilən  şəxslərə  “müsavatçı”  ittihamı  irəli  sürür,  onların 
sırasında daha fəal olanları isə Müsavatın Mərkəzi Komi-
təsinin  4-cü  heyətinə  mənsub  olmaqda  suçlayırdılar  (8, 
155-158).  Əliabbas  Qədimov  belə  ittihama  məruz  qalan-
lardandı. 
Yeri gəlmişkən, oxucularımız Mədinə xanımı “satqın” 
adlandırmağa  qətiyyən  tələsməsinlər.  Bu  məsələnin 
kökünü  aşağıda  geniş  açıqlayacağıq  və  həqiqət  öz  yerini 
tutacaq.  
MƏDİNƏ XANIM QİYASBƏYLİNİN İSTİNTAQI 
13506  saylı  (indi  PR-23530  saylı)  istintaq  işi,  yuxarıda 
dediyimiz  kimi,  Əliabbas  Qədimovla  Mədinə  xanım 
Qiyasbəylinin ortaq “cinayət”i üzrə açılıb.  
Onların “cinayət”i kimi taleləri də  eyni oldu. Bu gün 
onların  müstəntiqə  nələr  söylədiyini  heç  bir  tarixçi  və 
hüquqşünas  təsdiqləyə  bilməz,  çünki  “NKVD”  müstən-
tiqləri,  adətən,  müttəhimlərin  on  cümləsindən  yalnız 
birini – müttəhimin özünə qarşı olanı seçir, yaxud adi bir 
cümləyə  siyasi  don  geydirərək  yazır  və  ən  müxtəlif 
vadaretmə  üsullarıyla  müttəhimə  bu  uydurmaların  altın-
dan  qol  çəkdirirdi.  Bir  çox  hallarda  işgəncədən  bayılmaq 


 
63 
dərəcəsinə  çatmış,  ağlı  üstündə 
olmayan 
məhbusa 
istənilən 
sənədi  imzaladırdılar.  Hər  şey-
dən  əl  çıxdıqda  istintaq  proto-
koluna saxta imza da atırdılar – 
kim  yoxlayacaqdı  ki?!  Çox 
təəssüf  ki,  bu  gerçəkliyi  bil-
məyən  bugünkü  soydaşımız 
istintaq  sənədlərində  üzləşdiyi 
ifadələrə  tam  inanaraq  işdə  adı 
keçən məhbusu lənətləyir, “sat-
qın”  adlandırır,  yaxud  ən 
yumşaq ifadəylə desək, qınayır. 
Bu  vacib  girişi  ona  görə  veririk  ki,  Əliabbas  Qədimovla 
Mədinə  xanım  Qiyasbəylinin  ifadələrini  də  oxucumuz 
tam  gerçəklik  kimi  qəbul  etməsin,  onların  dediklərini 
özünün məntiq süzgəcindən keçirsin.   
Öncə  baxaq  görək  Mədinə  xanım  kimdir?  Onun 
haqqında aşağıda ən qısa bilgi veririk. 
Mədinə  xanım  Qiyasbəyli  (1889-1938)  Azərbaycanın 
ən qabaqcıl maarif xadimlərindən biri, görkəmli müəllim, 
jurnalist  və  tərcüməçidir.  1889-cu  ilin  aprelində  Qazax 
qəzasının  Salahlı  kəndində  maarifpərvər  Mehdi  ağa 
Vəkilov
’un  ailəsində  dоğulub.  İlk  dini-dünyəvi  təhsilini 
valideynlərindən alıb, sоnralar Tiflisdə “Müqəddəs Nina” 
məktəbində  oxuyub.  Daha  sonra  birillik  pedaqoji  kursu 
bitirərək  müəllimlik  şəhadətnaməsi  alıb  (1905).  Təhsilini 
başa  vurduqdan  sоnra  –  17  yaşındaykən  Salahlıda  öz 
 
 
Mədinə xanım Qiyasbəyli 
zindanda 


 
64 
evində  birsinifli  ilk  kənd  qız 
məktəbi  açaraq  (1906)  оrada 
dərs  deyib.  Ömrü  boyu 
maarif və mədəniyyətin inki-
şafına çalışıb.  
Qazax və Gədəbəy bölgə-
lərində  məktəb  təşkil  edib, 
Qazax  qəzasında  xalq  mək-
təbləri  müfəttişi  olub  (1918). 
1919-da  ailə  qurub  (iki  qzı, 
bir oğlu olub). Bakıya köçən-
dən  sonra  burada  yaşadığı 
mənzildə  kurslar  təşkil  edib. 
Sonra  Türk  qızlarımız  üçün 
açılmış  Darülmüəllimata  –  qız  pedaqoji  məktəbləri  üçün 
ibtidai  sinif  müəllimləri  hazırlayan  ilk  pedaqoji  texni-
kuma  başçılıq  edib  (1920-1926).  Bakının  orta  məktəblə-
rində, Tibb İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda və 
b. ali məktəblərdə dərs deyib.  
“Şərq  qadını”  jurnalının  yaradıcılarından  biri  kimi 
savadsızlığa qarşı mübarizə aparıb.  
Tərcüməçilik  fəaliyyətiylə  də  ardıcıl  məşğul  olub. 
Səməd  Vurğun
  A.S.Puşkinin  “Yevgeni  Onegin”  poema-
sının  tərcüməsi  üzərində  çalışarkən  qohumu  Mədinə 
xanımın  tövsiyələrindən  faydalanıb.  Rusdilli  oxucular 
M.S.Ordubadi
’nin “Dumanlı Təbriz”, Əbülhəsən’in “Yoxuş-
lar” romanıyla onun tərcüməsində tanış olublar.  
 
 
Mədinə xanım Qiyasbəyli 
- darülmüəllimat 
direktoru 


 
65 
Mədinə  xanım  Qiyasbəyli  Əliabbas  Qədimovdan  bir 
gün  sonra  –  8  dekabr  1936-da  1747  saylı  orderlə  həbs 
edilib. 
İLK DİNDİRMƏ 
Həbsdə  qaldığı  2  il  müddətində  –  8  sentyabr  1937-ci 
ilədək Mədinə xanım 12 dəfə dindirilib.  
Öncə  müstəntiq  Platonov’un  tərtib  etdiyi  10  dekabr 
1936-cı il tarixli ilk istintaq protokolunu gözdən keçirək. 
“Sual:  Sizin  gizli  əksinqilabi  Müsavat  təşkilatının 
üzvü  olmağınız  istintaqa  bəllidir.  Bunu  boynunuza 
alırsınızmı?  
Cavab: Yox, almıram. 
Sual: Müsavatçılardan şəxsən kimləri tanıyırdınız? 
Cavab:  Mən  müsavatçılardan  şəxsən  aşağıdakı  şəxsləri 
tanıyırdım: 
1) 
Vəkilov  Rəhim,  Müsavat  Parlamentinin  keçmiş  üzvü. 
Müsavatçı  kimi  fəaliyyət  göstərdiyinə  görə  sürgün  edilib. 
Mənim qohumum, əmioğlumdur. Solovetsk adasından sürgün-
dən  qayıtdıqdan  sonra  Tiflisdə  yaşayırdı.  Özünü  öldürdü.  2) 
Vəkilov  İsfəndiyar,  atamın  əmisi  oğludur,  sürgündə  olub. 
1936-cı  ildə  sürgündən  qayıdıb,  hazırda  Gəncədə  yaşayır.  3) 
Vəkilov  Zəkəriyyə,  atamın  əmisi  oğludur.  Sürgündə  olub, 
oradan  təxminən  1938-ci  ildə  qayıdıb.  İndi  Bakıda  yaşayır.  4) 
Baharlı  (Vəkilov)  Məhəmmədhəsən  sürgündə  olub.  Bakıda 
yaşayır.  5) 
Rəhimov  Əbdülhəsən,  müəllimdir.  Mən  onunla 
bir yerdə, eyni məktəbdə dərs demişəm. Hazırda sürgündədir”. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə