Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə42/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

 
166 
5.
 
Şeyxzadə
 (Tala) – 1920-ci il üsyanının iştirkçısı. 
6.
 
Hafiz əfəndi
 – 1920-ci il üsyanının iştirakçısı. 
7.
 
Hacı Ağakişi bəy
 (Qazmalar kəndi) – qolçomaq. 
8.
 
Cəlal  Moçayev
  –  Kommunist  Gənclər  İttifaqı 
Zaqatala  Komsomol  Təşkilatı  Rəyasət  Heyətinin  keçmiş 
üzvü (həbs olunub). 
9.
 
Sadıq bəy Balacayev
 (qolçomaq) – həbs olunub. 
10.
 
Molla  Yusuf
  –  partiya  üzvü,  Almalı  rayonunun 
rəhbəri. 
11.
 
İslam 
və  Novruz  –  Əliabad  rayonundakı 
Varxiyan qaçaq dəstəsinin başçıları. 
12.
 
Molla  Əbdürrəhman
  (Muxax  kəndi)  –  Əliabad 
rayonu (həbs olunub). 
13.
 
Heydər  Hacı  Qurban  Maqoma
  (qolçomaq)  – 
Qabaqçöl kəndi. 
14.
 
Hacı  Heybətulla
  (Qabaqçöl  kəndi)  –  molla, 
Murtazəli qrupunun ideya rəhbəri. 
15.
 
Murqazəli 
Xalatalalı
 
(Qabaqçöl 
kəndi) 
– 
qolçomaq. 
16.
 
Bəhram İsa
 (Qabaqçöl kəndi). 
17.
 
Molla Şərif
 (Balakən) – partiyanın keçmiş üzvü. 
18.
 
Dost Tahir
 (Balakən) – nəzarətçi. 
19.
 
Paşan Məhəmməd Şaban oğlu
 (ittihadçı). 
20.
 
Mustafa Hacı Əli oğlu
 (Balakən imamı). 
21.
 
Hüseyn İlyas oğlu
 (keçmiş qoçu, ittihadçı). 
22.
 
Vartaşen (Oğuz) rayonu Qumlax kənd sovetinin 
sədri (13, 63-64). 


 
167 
Bu  siyahıya  hərəkatda  mühüm  rol  oynamış  Qaçaq 
Abbas
’ı,  Hüseyn  Əsədulla  oğlu’nu  və  Manaf  yüzbaşı’nı  da 
əlavə edə bilərik. 
Göründüyü  kimi,  üsyan  rəhbərləri  sırasında  Əliabbas 
Qədimovun  adı  yoxdur.  Onun  üsyan  hərəkatı  ilə  dolayı 
yolla əlaqəsi və bu hərəkata rəğbəti şübhə doğurmasa da 
Əliabbas Qədimov üsyanla birbaşa bağlı deyildi və onun 
rəhbərləri  arasında  da  olmamışdı.  İstintaqda  adı  hallan-
dırılan Bəhram bəy Şəki üsyanının ən parlaq simasıdır. 
 
Bəhram  bəy  Qasım  bəy  oğlu  Nəbibəyov  1884-cü  il 
dekabrın 6-da Şəkidə bəy ailəsində anadan olub. O, şərəfli 
adı  xalqımızın  tarixinə  əbədi  həkk  olunmuş  milli  qəhrə-
manlarımızdandır.  Şəki  rayonunda  hərbi  komissar 
işləyərkən  1930-cu  ildə  Şəkidə  sovet  hakimiyyətinə  qarşı 
qalxmış  üsyanın  təşkilatçı  və  rəhbərlərindən  biri  olmuş 
Bəhram  bəy  ilk  təhsilini  Kutais  real  məktəbində  alıb. 
Sonra Peterburqda Konstantin Topçuluq Məktəbinə daxil 
olaraq  oranı  1904-cü  il  sentyabrın  2-də  birinci  dərəcəli 
diplomla  bitirib.  Elə  həmin  il  Qafqazdakı  XX  topçuluq 
briqadasında  podporuçik  rütbəsində  hərbi  xidmətə 
başlayıb.  Bəhram  bəy  1909-unci  il  senytabrın  7-də 
porucik,  1912-ci  avqustun  31-də  isə  ştabs-kapitan  rütbə-
sinə yüksəlib. 


 
168 
1913-cü  ildə  III  batareyanın 
komandiri 
təyin 
olunan 
Bəhram  bəy  əlaçı  zabit  kimi  I 
əlahiddə  Qafqaz  ordusunun 
qərargahında  topçuluq  rəisinin 
müavini  vəzifəsinə  təyin  olu-
nub.  Elə  həmin  il  III  dərəcəli 
“Müqəddəs  Stanislav”  ordeni 
ilə təltif olunub.  
1919-cü  il  dekabrın  5-də 
yenicə  yaranmış  Azərbaycan 
Ordusunun  hissələrinə  baxış 
keçirən  hərbiyyə  naziri  Səməd 
bəy  Mehmandarov
  kapitan  Bəhram  bəy  Nəbibəyovun  baş-
çılıq  etdiyi  4-cü  batareyanın  hərbi  hazırlığından  tam  razı 
qalıb. 
Podpolkovnik  Bəhram  bəy  1919-1920-ci  illərdə 
qardaşları  Vahid bəy  və  podpolkovnik  Hüseyn bəy’lə  birgə 
Qarabağda ermənilərə qarşı igidliklə vuruşub.  
General-mayor  Həbib  bəy  Səlimov’un  1920-ci  il  martın 
29-da Hərbiyyə Nazirliyinə göndərdiyi raportdan: 
“Bu  gün  saat  13-də  Xankəndinin  ucqarı  bizim  hərbi 
qüvvələr tərəfindən alındı. Bakı alayı sıldırım qayalarla Daşbaşı 
yüksəkliyinə  yanaşdı.  Podpolkovnik  Bəhram  bəy  Nəbibəyov 
ermənilərin  təqib  edilməsinə  uymasaydı  və  mövqeləri 
dəyişməsəydi alayın həmləsi daha uğurlu olardı. 
Sol  cinahda  ermənilər  ələ  keçirdikləri  iki  pulemyotla  əks-
həmləyə  keçdilər.  Onları  Xankəndindən  vurub  çıxarmağa  və 
 
Bəhram bəy Nəbibəyov 


 
169 
qaçmağa məcbur etdik. Toplar əla atırdı, xüsusən podpolkovnik 
Bəhram bəy Nəbibəyovun batareyası, ancaq təəssüf ki, batareya 
komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə 
atılırdı. 
Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itki verib, 
təkcə Xaraşutda 60-dək erməni meyiti var. 
General Həbib bəy 
Səlimov” 
 
(6). 
Şəki üsyanı zamanı 1930-cu ilin 13 aprelindən başlaya-
raq  hakimiyyət  qüvvələriylə  7  gün  vuruşub  və  Bideyiz 
kəndi  yaxınlığında,  Buxdur  dağında  sayca  qat-qat  çox 
olan  düşmənlə  son  damla  qanınadək  çarpışaraq 
qəhrəmancasına şəhid olub. 
7-8-9 AVQUST DİNDİRMƏSİNİN ARDI 
1930-cu  ilin  qanlı  və  şanlı  tarixinə  bu  qısa  baxışdan 
sonra  yenidən  Əliabbas  Qədimovun  yarımçıq  qoyduğu-
muz istintaqına qayıdaq.  
Müttəhimə  verilmiş  cismani  işgəncələr  sayəsində 
dindirmənin gedişində artıq dönüş yarandığını hiss edən 
müstəntiq qarşısındakını tam tərksilah etmək üçün bütün 
gücünü toplayıb.  
“Sual: İfadənizi davam etdirin. 
Cavab:  Nəbibəyov  mənə  tapşırdı  ki,  Bakıya  get  və  Bakı 
Müsavat  təşkilatının  münasibətini  aydınlaşdır,  yardım  almaq 
üçün  həmin  təşkilat  vasitəsiylə  xaricdəki  Müsavat  dairələriylə 
əlaqə yarat. Nəbibəyovun tapşırığı əsasında mən Bakıya getdim 
və Müsavatın mərkəzi adamlarından olan Qiyasbəyova Mədinə 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə