43
müavinləri V.P.Potyomkin və V.Q.Dekanozov, Ankaradakı Sovet səfiri Terentiev,
Türkiyə tərəfindən isə Moskvadakı səfir Ali Haydar Aktay iştirak edirdi (11). Ali
Haydar Aktay peşəkar diplomat idi. Ölkəsinin Bolqarıstandakı səfirliyində,
Türkiyə Xarici İşlər Nazirliyi aparatında iş təcrübəsi var idi. 1933-39-cu illərdə
Yuqoslaviyada Türkiyə diplomatik korpusuna rəhbərlik etmişdi. 1939-cu ildə isə
A.H.Aktay Moskvaya səfir təyin edilmişdi və bu vəzifədə Zekayi Apaydını əvəz
etmişdi (12).
Oktyabrın 1-də görüş başlayan kimi ilk olaraq V.Molotov danışıqların
yubanma səbəbləri haqqında izahat verdi. Ş.Saracoğlu isə öz növbəsində bunu
başa düşdüyünü və eyni zamanda Stalinin iştirakı ilə danışıqların davam
etdirilməsinin onun üçün şərəf olduğunu bildirdi.
V.Molotov öz izahatında qeyd etdi ki, biz qarşılıqlı yardım haqqında ingilis-
fransız-türk paktının layihəsi ilə tanış olduq. Biz eyni zamanda bu müqavilənin
maddələrini çox diqqətlə öyrənməyə çalışdıq. Belə bir qənaətə gəldik ki, bizim
üçün bütövlükdə sənədin təyinatı, Türkiyənin İngiltərə və Fransa ilə bağladığı
qarşılıqlı yardım haqqında paktın bilavasitə kimə qarşı yönələcəyi axıra qədər
aydın deyil. Biz bilmək istəyirik Türkiyə ingilis və eyni ilə fransızlarla danışıqlar
aparmaq zərurəti ilə nə dərəcədə bağlıdır və Türkiyə bu danışıqlarda nə qədər
dərinə gedib, biz eyni zamanda bilmək istərdik Türkiyə hökuməti bu paktın
bağlanmasını nə dərəcədə özü üçün vacib sayır və yaxşı olmazdımı ki, bu pakt
bağlanmasın. Sonra Molotov izah etdi ki, "İndiki dövrün şəraiti və şərtləri bu pakt
haqqında danışıqların başlandığı 1939-cu ilin yazındakı şəraitdən fərqlənir. Bütün
bunlar aşağıdakı səbəbdən bizi maraqlandırır: elə bir an gəlib çata bilərmi ki,
Türkiyə SSRİ-yə münasibətdə qərəzkar mövqeyə yuvarlansın, xüsusən ona görə
ki, bizim ehtiyatlı olmağımız üçün müəyyən simptomlar mövcuddur" (13). Rus
alimi B.Potsxveriya haqlı olaraq göstərir ki, məsələnin belə qoyuluşunda əslində
Sovetlərin mövqeyi ilə Almaniyanın mövqeyi üst-üstə düşürdü (14).
Ş.Saracoğlu V.Molotovun qaldırdığı məsələlərə cavab olaraq bildirdi ki, bizim
tərəfimizdən təqdim edilmiş paktın layihəsində hər şey yetərincə aydındır. Sənədin
mətnində birbaşa göstərilir ki, bu pakt konkret olaraq heç kəsə qarşı deyildir, lakin
eyni zamanda bütövlükdə hər hansı təcavüzkara qarşıdır. Sənədə əlavə olunmuş
şərtə görə, bu pakt SSRİ-yə qarşı istifadə edib bilməz. Ş.Saracoğlu qeyd etdi ki, üç
ölkə artıq paktı imzalama mərhələsinə çatmışdır. Əlbəttə, bu hazırlıq mərhələsində
dünyada çox şey dəyişib, lakin Türkiyənin təhlükəsizliyinə gəldikdə, bu məsələdə
heç bir dəyişiklik baş verməmişdir. Hər ehtimala qarşı Aralıq dənizi və
Balkanlarda müharibə başlanarsa, İngiltərə, Fransa və Türkiyənin öhdəlikləri
nəzərə alınmışdır. İngiltərə və Fransa ilə paktların imzalanıb-imzalanmaması
haqda, mən heç bir qəti söz deyə bilmərəm. Lakin bu paktlar imzalansa, biz
onlardan çətin ki, imtina edə bilək" (15).
44
Əlbəttə, İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında pakt ideyası
beynəlxalq vəziyyətin gərgin bir məqamında meydana gəlmişdi. Rumıniyaya
Alman ultimatumu elan edildikdə, Albaniya məsələsi meydana çıxdıqda və Korfu
üçün təhlükə yarandıqda ingilislər türklərdən "nə etmək fikrində olduqlarını"
soruşdular. Türkiyə Sovet hökumətinə ingilislərin təklifi haqqında məlumat verdi
və Moskvadakı səfirə tapşırdı ki, SSRİ-nin bu istiqamətdə nə düşündüyünü
öyrənsin. Bu hadisədən üç-dörd gün sonra İngiltərə rəsmi qaydada Türkiyəyə öz
təkliflərini çatdırdıqda Ankara cavab verdi ki, onların mövqeyi Sovet İttifaqının
paktda iştirakından, onun fəaliyyət dairəsmin məhdudlaşdırılmasından, İngiltərə
tərəfindən Türkiyəyə iqtisadi kömək göstərilməsindən asılı olacaq. Bu zaman
xarici işlər komissarının müavini Potyomkinin Ankaraya səfəri oldu və əlverişli
şəraitdə mümkün olan müxtəlif detallar haqqında danışıqlar aparıldı. Həmin
danışıqların gedişində Sovet İttifaqının ingilis və fransızlarla müqavilə
bağlayacağı halda, Türkiyənin də İngiltərə və Fransa ilə pakt bağlaya biləcəyinə
işarə edildi. Türkiyə ilə Sovet İttifaqı arasında qarşılıqlı yardım haqqında paktın
müxtəlif detalları Ankaradakı səfir Terentievlə Türkiyə Xarici işlər Nazirliyi
arasında aparılmış danışıqlarda müzakirə edildi və bütün bunlardan sonra Türkiyə
üç maddəni özündə əks etdirən qarşılıqlı yardım haqqında paktın layihəsini
Sovetlərə təklif etdi. Bu təklifə uyğun olaraq Sovet hökuməti Ş.Saracoğlunu
Moskvaya dəvət etdi ki, qarşılıqlı pakta aid bütün məsələləri müzakirə edib
razılığa gəlsinlər. İ.Stalin və V.Molotovla danışıqlarda Ş.Saracoğlu qeyd etdi ki,
mənə görə Sovet-Türkiyə paktı yalnız bizi deyil, bizim dostlarımızı da, yəni SSRİ-
ni də maraqlandırır. Hətta hücum etməmək barədə Sovet-Alman paktının 4-cü
maddəsini nəzərə almaqla belə mən düşünürəm ki, SSRİ ilə Türkiyə arasında
müqavilə bağlanması üçün heç bir maneə yoxdur. Müqavilə həm də ona görə sülh
aləti olacaqdır ki, bizim ingilislərlə sazişimizdə Sovetlərlə bağlı şərt vardır.
Anoloji olaraq belə bir şərt görünür qarşılıqlı yardım haqqında Sovet-Türkiyə
paktında da olacaqdır. Daha sonra Ş.Saracoğlu əlavə etdi ki, mən istəmirəm bizim
ölkələrimiz arasında paktın xeyrinə olan tezisi Sizin qarşınızda daha da
gücləndirim, madam ki, Sovet rəhbərliyi beynəlxalq vəziyyəti məndən daha yaxşı
bilir (16).
Ş.Saracoğlunun geniş izahatı Sovetlər tərəfindən aydın cavab tələb edirdi və
belə bir "cavabı" V.Molotov verdi. O dedi: "Bu Sovet-Türk paktı kimin əleyhinə
istiqamətlənəcək? Biz Almaniyanın əleyhinə pakt bağlaya bilmərik, İtaliyanın
əleyhinə - o da Almaniyanın müttəfiqidir, Bolqariyanın əleyhinə - o ki, Türkiyəni
hədələmir" (17).
SSRİ ilə Türkiyə arasında danışıqlara toxunan tanınmış rus tarixçiləri
A.Danilov və A.Pıjikov doğru olaraq yazırlar: həmin vaxt aydın oldu ki, SSRİ
başlanmış müharibədə Türkiyəyə heç bir təminat verməyi arzu-