İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
7
.
3. İcraçı Kredit Agentliyi və onun Təşkilatı Strukturun Təsviri
Baş Direktor
İKA üçün siyasətlər və biznes istiqamətləri müəyyən edir
IKA-nın idarəetmə aparatı və işçi heyəti
Maliyyə Şöbəsi İKA üçün mühasibatlıq prosedurları aparır və maliyyə idarəçilyi üzrə bütün
maliyyə fəaliyyətlərinə nəzarət edir. Maliyyə Şöbəsinə maliyyə meneceri başçılıq edir.
Kredit Şöbəsi İKA-nın kredit siyasəti və prosedurlarını həyata keçirir və kredit risklərin
idarəedilməsini təşkil edir. Kredit Şöbəsinə kredit meneceri başçılıq edir.
Monitorinq Şöbəsi Azərbaycanın kredit bazarının təhlili və borcalanların monitorinqi, İKA
tərəfindən daha hansı xidmətlərin təklif oluna biləcəyi barədə araşdırmalar aparır.
Monitorinq Şöbəsinə monitorinq meneceri başçılıq edir.
MİS Şöbəsi məlumat idarəetmə sistemləri (MİS) üzrə məlumatlar bazasının tərtib
edilməsinə nəzarət edir, onun istismarı və idarəedilməsi üçün məsuliyyət daşıyır. MİS
Şöbəsinə MİS meneceri başçılıq edir.
İnzibati İşlər üzrə Şöbə insan resursları ilə bağlı idarəetməni təmin edir və İKA-nın işə
götürmə məsələləri və İKA-nın gündəlik inzibati əməliyyatları üzrə məsuliyyət daşıyır.
İnzibati İşlər üzrə Şöbəyə İnzibati İşlər üzrə menecer başçılıq edir.
Hüquqşünas İKA-nın hüquqi prosedurlarını həyata keçirəcəkdir, hüquqi sənədləri tərtib
edəcəkdir və hüquqi məsələlər üzrə Baş direktora məsləhətlər verəcəkdir.
Daxili auditor İKA-nın fəaliyyətinin cari siyasətə və prosedurlara, habelə Azərbaycan
Respublikasının Qanunvericiliyinə uyğun həyata keçirilməsini yoxlayıcaqdır
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
8
.
4. İcraçı Kredit Agentliyinin Strukturu
Diaqram İcraçı Kredit Agentliyinin strukturunu göstərir.
Baş Direktor
Referent
Daxili Auditor
Hüquqşünas
Maliyyə
Şöbəsi
Kredit Şöbəsi
Monitorinq
Şöbəsi
İnzibati işlər
Şöbəsi
MİS Şöbəsi
Regional Nümayəndəlik
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
9
.
5. Işçinin Etirafı
Mən başa düşürəm ki, bu sənəddə cavab tapmadığım hər hansı sual ilə əlaqədar mən İcraçı Kredit
Agentliyinin Rəhbəri ilə məsləhətləşməliyəm. Mən İcraçı Kredit Agentliyi ilə iş əlaqəsinə könüllü
daxil oluram və etiraf edirəm ki, işin müəyyən edilmiş müddəti yoxdur. Müvafiq olaraq ya mən, ya
da İcraçı Kredit Agentliyi istək üzərində münasibətlərə səbəbli və ya səbəbsiz istənilən zaman və
qüvvədə olan Azərbaycan qanunlarını pozmadan xitam verə bilər.
Bundan əlavə mən etiraf edirəm ki, bu təlimat nə əmək müqaviləsi, nə də hüquqi sənəd deyildir.
Mən təlimatı aldım və başa düşürəm ki, bu təlimatı oxumaq və orada olan siyasətlərə və
prosedurlara, habelə təlimata olunmuş hər hansı düzəlişlərə riayət etmək mənim məsuliyyətimdir
İŞÇİNİN ADI (cap olunmuş):
İŞÇİNİN İMZASI:
TARİX: ___________________
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
10
.
6. İcraçı Kredit Agentliyi üçün İnsan Resursları Siyasəti
Aşağıdakılar İcraçı Kredit Agentliyi üçün müəyyən edilmiş İnsan Resursları təlabatları
olacaqdır:
6.1 İŞ YERİ
Mövzu: Əmək Müqaviləsi ilə əlaqədar İşçinin Əsas Hüquqları
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İKA ilə iş sazişinin bağlanılması üçün işçi prosedurları ilə təyin edir.
Siyasət
Əmək müqaviləsinə əsaslanaraq hər bir işçi xüsusi hüquqlara malikdir. Bu hüquqlara aşağıdalar
daxildir; ixtisasına, sənətinə, peşəsinə uyğun iş növü seçmək; əmək müqaviləsinin şərtlərini
dəyişmək və ya onu ləğv etmək üçün işə götürənə müraciət etmək; iş vaxtında və ya iş vaxtından
sonra qazanc əldə etmək məqsədilə qanunvericilikdə qadağan olunmayan fəaliyyətlərlə məşğul
olmaq; əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlərlə məşğul
olmaq; həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq,
habelə belə şəraitin yaradılmasını tələb etmək və sairə.
İcraçı Kredit Agentliyi İKA ofisində işçilərin hüquqlarının qorunduğunu təmin etməlidir.
Mövzu: Əmək Müqaviləsi ilə əlaqədar İşçinin Əsas Məsuliyyətləri
Tarix: Yanvar 2008
Əvvəlki Variant Tarixi: May 2005
Məqsəd
İKA ilə bağlanmış iş müqaviləsi ilə bağlı işçilərə öz məsuliyyətləri barədə məlumat vermək.
Siyasət
Əmək müqaviləsi üzrə İKA işçisinin əsas vəzifələri aşağıdakılardır:
əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə
yetirmək;
əmək intizamına və müəssisədaxili intizam qaydalarına riayət etmək;
əməyin təhlükəsizliyi normalarına əməl etmək;
işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
dövlət sirrini, habelə işəgöterənin kommersiya sirrini müəyyən olunmuş
qaydada və şərtlərlə gizli saxlamaq;
iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını
(qətnamələrini) yerinə yetirmək;
əmək qanunvericiliyi tələblərinə əməl etmək.