İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
14
.
Mövzu: Rəqabətli Seçilmə Prosedurları
Tarix: Yanvar 2008
Əvvəlki Variant Tarixi: May 2005
Məqsəd
Icraçı Kredit Agentliyi daxilində vakant iş yerlərini doldurmaq məqsədilə işçiləri prosedurlarla
təmin edir.
Siyasət
Bu Icraçı Kredit Agentliyinin mümkün hallarda İKA-nin mövcüd ixtisaslı işçilərini
həvəsləndirməklə vakant iş yerlərinin doldurulması məqsədilə müəyyən edilmiş siyasətdir. Əgər
boş yerə İKA-nin mövcüd ixtisaslı işçiləri yerləşdirilə bilməzsə, Icraçı Kredit Agentliyinin Baş
Direktoru iş yerini doldurmaq məqsədilə işçi axtarmağa başlayır.
Iş yerlərinə élan yerli qəzetlərdə və yerli kütləvi informasiya vasitələrində élan olunmaqla həyata
keçirilə bilər.
Elana élanın verilmə tarixi daxil edilməlidir
Elana müraciətin son tarixi daxil edilməlidir
Elana cari iş vəzifəsi daxil edilməlidir
Elana vəzifənin ardıcıl iş saatları daxil edilməlidir
Iş üzrə seçim meyarları:
Bir iş yerinə müəyyən dərəcədə bərabər ixtisaslı iki və ya daha artıq namizəd
müraciət edərkən vəzifəyə müsabiqədə daha təcrübəli namizəd təyin olunmalıdır.
Qiymətləndiriləcək ixtisaslaşma dərəcəsi vəzifənin cari funksiyalarına əsaslanır.
Minimum ixtisaslı müraciət edən bütün şəxslər Icraçı Kredit Agentliyi idarəetmə
üzvləri tərəfindən formalaşmış işə götürmə kommisiyası tərəfindən müsahibədən
keçməlidir.
Əgər daxildən müraciət edən şəxs seçilmişsə, onda Icraçı Kredit Agentliyi yeni
vəzifəyə seçilmiş işçini müvafiq təlimlə təmin etməldir.
Əgər daxildən müraciət edən şəxs olmamışsa, işəgötürən öz seçimi ilə boş yeri
doldurur.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
15
.
Mövzu: Kompensasiya – Məvacibin Müəyyən edilməsi
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
Icraçı Kredit Agentliyinin müvafiq vəzifələri üçün kompensasiyanın necə müəyyən edilməsi
barədə işçilərə informasiya verilməsi.
Siyasət
Icraçı Kredit Agentliyi vəzifələrin təlabatlarını və məsuliyyətlərini əks etdirəcək bərabər
dərəcədə və kredit maliyyə təşkilatları, habelə cögrafi ərazidə təşkilatlar ilə rəqabət daşıyacaq
məvaciblərin ödənilməsini nəzərdə tutur.
Hər vəzifə üçün kompensasiya bir neçə faktorla müəyyən edilir:
Vəzifənin təhlili və təşkilat daxilində qiymətlədirilməsi
Vəzifənin mühüm vəzifə və məsuliyyətlərinin müəyyən edilməsi
Uyğun məvacib barədə sorgu göstəriciləri
Oxşar mühitdə eyni vəzifələr üçün digər işəgötürənlər tərəfindən ödəniş təcrübələrinin nəzərə
alınması.
Baş Direktor illik əsasla məvacibləri nəzərdən keçirir və ödəniş məzənnələrinin işçinin iş
funksiyalarına, Icraçı Kredit Agentliyinin maliyyə nəticələrinə və gələcək proqnozlara müvafiq
tənzimləndiyini müəyyən edir.
.
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
16
.
Mövzu: İşdən çıxma və ya işə xitam verilməsi
Tarix: Yanvar 2008
Əvvəlki Versiya Tarixi: May 2005
Məqsəd
İşəgötürən adından təşəbbüs verilmiş və ya işçi tərəfindən təşəbbüs olunmuş hallar üçün işə
xitam verilməsi üzrə Icraçı Kredit Agentliyinin prosedurları baxımından prosedurların təmin
edilməsi.
Siyasət
Bütün təşkilatlar daxilində işçinin işinə xitam verilməsi baş verir. Aşağıda əmək müqaviləsinə
xitam verilməsi hallarından nümunələr verilmişdir:
1. Əmək müqaviləsinə yalnız burada müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə
bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişməsi;
d) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-
cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
e) tərəflərin idarəsindən asılı olmayan hallar;
f) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Əmək Müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
İşçi bir təqvim ayı qabaqcadan işəgötürən yazılı ərizə ilə xəbərdar etməklə əmək
müqaviləsini ləğv edə bilər.
Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-
hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin
tələblərini yerinə yetirməyə borcludur.
İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsili davam etdirmək üçün müvafiq təhsil
müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək
müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində
göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər
Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti
bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə
işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu
şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə
rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. əmək müqaviləsi bu maddə ilə
müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki
ərizəsini geri götürmək və ya etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi
qüvvəsi yoxdur
İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə,
xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsas əmək
müqaviləsinin ləğv edilməsinə yol verilmir.
İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin
verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv
edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu