Microsoft Word Idare?tm? n?z?riyy?s Cavabi doc



Yüklə 421,27 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix26.10.2017
ölçüsü421,27 Kb.
#6833
1   2   3   4   5   6   7   8   9   ...   17

ə

traflı  təhlil  ve  ümumiləşdirmədən  sonra  dövlət  idarəçiliyinin  məqsədlər  “ağacı” 

nın  aşağıdakı  dörd  qrup  tələbələrə  cavab  verməsinin  vacibliyini  xüsusi  qeyd 

etmişdir. 

a)  obyektiv  şəraitdən  irəli  gəlməli  və  əsaslandırılmiş  olmalı;  ictimai  inkişafın  və 

insanların fəaliyyətinin obyektiv qanunauyğunluqları və meyllərindən irəli gəlməli; 

bu və ya digər müsbət obyektiv inkişaf meyllərinin, munasibətlərinin mövcudluğu 

və 


fəaliyyətinə 

uyğun 


olmalı; 

b) sosial yönümlü olmalı; başqa sözlə, insanların istək, tələbat və mənafelərindən 

irəli  gəlməli,  onlara  cavab  verməli,  bununla  da  onları  həmin  məqsədləri  dərk 

etməyə,  həmin  məqsədləri  müdafiə  etməyə  və  bu  məqsədlərin  həyata  kecirilməsi 

ə

trafında 



sıx 

birləşməyə 

çalışmalı; 

c)  resurs  cəhətdən  təmin  olunmalı,  o  cümlədən  intellektual,  maddi,  maliyyə 

resurslarının  ehtimal  olunan  miqdarı  ilə  deyil,həqiqi  mövcud  miqdarı  ilə  təmin 

olunmalı,  ictimai  həyat  və  fəaliyyətin  konkret  şəraiti  və  amillərilə 

ə

laqələndirilməli; 



d)  sistemli  təşkil  olunmalı,  özündə  müəyyən  ardıcıllıqla  strateji,  cari  və  taktiki 

məqsədləri,  ümumi  və  xüsusi,  əsas  və  köməkçi  ,  son  və  aralıq,  uzaq,  yaxın  və 

bilavasitə 

məqsədləri 

birləşdirməlidir. 

Dövlət  idarəetməsi  məqsədlərin  bu  tərkib  hissələri  məqsədlər  ağacının  müxtəlif 

tərəflərini  təşkil  edir.  Məqsədlər  ağacının  mərkəzi  (müəyyənləşdirici)  məqamı 

cəmiyyətin  keyfiyyəti,  onun  saxlanması  və  dəyişdirilməsi  ilə  bağlı  strateji 

məqsədlərin  müəyyənləşdirilməsindən  ibarətdir.  Strateji  məqsədlər  operativ 

məqsədlərə, onlar isə öz növbəsində taktiki məqsədlərə bölünürlər. Bəzən strateji 

məqsədlərə  başlıca  məqsədlər,  yerdə  qalan  məqsədlərə  isə  təminedici  məqsədlər 

deyilir. Məqsədləri başqa əsaslara görə fərqləndirmək olar: həcminə gorə - ümumi 

(bütün  dövlət  idarəetməsi  üçün)  və  xüsusi    (onun  ayrı-ayrı  alt 

sistemləri,komponentləri üçün) nəticələrinə görə-son və aralıq məqsədlərə ;zaman 

etibarı  ilə-uzun  müddətli,orta  müddətli,qısamüddətli  məqsədlərə  ayırmaq 

olar.Məqsədlər  ağacının  qurulması  məqsədlərin  razılaşdırılmasını,onların 

subordinasiyasının  təmin  olunmasını,məqsədlərin  cəmiyyətin  təlabatlarına  və 

maraqlarına  uyğunluğunu  təmin  etməyi  nəzərdə  tutur.Dövlət  idarəetməsinin 

məqsədlərinin  hər  birinin  ayrılıqda  və  məqsədlər  “ağacının”  bütövlükdə 

ə

saslandırılmış  və  həqiqi  olması  başqa  şərtlərlə  yanaşı,onun  müvafiq  resurslarla 



təminatı 

ilə 


ə

laqədardır. 

Dövlət idarəetməsi  məqsədlərin  praktiki  baxımdan  reallığı-dövlətin sadəcə olaraq 

arzusu  deyil,bir-birini  tamamlayan  məqsəd-vəzifədir.dövlətin  böyük  məsuliyyətlə 

öz  üzərinə  götürdüyü  öhdəlikdir.Dövlət  idarəçiliyinin  məqsədlərinin  müəyyən 

edilməsində təbii və insan resursları müstəsna əhəmiyyət kəsb edir.Təbii resurslar 

istənilən  qədər  ,tükənməz  deyil.Onların  perspektivdə,xüsusən  surətlə  artmaqda 

olan  təlabatla  müqayisədə  genişlənməsi  və  artmasıda  mümkün  deyil,böyük 

ə

ksəriyyəti  istifadə  olunduqdan  sonra  bərpa  olunmur,ehtiyatı  tükənir,hasilatı  ilə 



ə

laqədar  xərcləri  artır.Odur  ki,dövlət  konkret  dövrdə  öz  sərəncamında  olan  təbii 




resursların  əhəmiyyətini lazımınca  qiymətləndirməlidir. nsan  potensiali da heç  də 

həmişə  istənilən qədər,istənilən keyfiyyətdə olmur. nsanın ixtisası  mənəvi-texniki 

səviyyəsinin yüksəlməsi üçün lazım olan xərclər artır.Lakin dövlətin sərəncamında 

çox xərc tələb etməyən,daim inkişaf edən və bərpa olunan sosial-siyasi xarakterli 

resurslarda  var.Bunlardan  səmərəli  istifadə  olunması  dövlət  idarəçiliyinin 

məqsədləri 

müəyyən 

edilərkən 

nəzərə 

alınır. 


 Birinci  növbədə  bu,hüquq  resursudur.Sözün  həqiqi  mənasında  bura  müvafiq 

dünyagörüşü,adət-ənənə,həyat tərzi,insanların davranışı və onları hüquqi cəhətdən 

təmin  edən  qanunlar,digər  normativ  sənədlər  və  mexanizmlər  daxildir.Tarixi 

təcrübədə  hələ  qədim  dövrlərdən  sübut  olunmuşdur  ki,fərdi(xüsusi)  və  ictimai 

hüquqlar  insanların  iqtisadi  həyat  fəaliyyətinin  nizama  salınması,təşkili  və 

mümkün səmərəliyin təmin edilməsində ən çox sınaqdan keçirilmiş və həqiqi alət 

kimi  çıxış  edir.Bundan  hazırda  dünya  siyasətində  əsas  yer  tutan  hüquqi  dövlətin 

formalaşması məsələsi ortaya cıxır.Bu o deməkdir ki,dövlət idarəçiliyində qarşıya 

qoyulan 

hər 


hansı 

məqsəd 


hüquqi 

tələblərə 

cavab 

verməsi 


(ədalətlilik,insanpərvərlik,humanizm) 

 

baxımından 



qiymətləndirilməli,qanunvericiliklə  möhkəmləndirilməli  və  qanunun  tələblərinə 

uyğun 


olaraq 

həyata 


keçirilməlidir. 

Dövlət  idarəçiliyində  məqsədyönlülüyün  həyata  keçirilməsində  mühüm 

resurslardan  biri  demokratiyadır-insanların  hüquq  və  azadlığına  əsaslanan 

özünütəşkilin  müəyyən  sistemin  formalaşmasıdır.Bu  uzun  illərin  arzusu  olsa  da 

yalnız  müstəqillik  illərində  həyata  keçirilməyə  başlamışdır.Lakin  özünütəşkilin 

həyata 


keçirilməsinin 

forma,metod 

və 

vasitələri 



tədricən 

təkmilləşdirilməlidir.Demokratiya  cəmiyyətin  təşkil  olunan  qüvvəsidir.Dövlət 

idarəetməsinin  məqsədinə  az  xərc  və  maksimal  nəticə  ilə  o  zaman  çatıla  bilər 

ki,demokratiyanın 

potensialı 

praktikada 

reallaşdırılsın,insanlar 

dövlət 


idarəetməsinin  məqsədi  haqqında  məlumatlı  olsunlar,dərk  etsinlər,onun  tərəfində 

dursunlar,onun həyata keçirilməsini istəsinlər və bu istiqamətdə işləmək imkanına 

malik  olsunlar.Lakin,bunun  üçün  insanlar  praktiki  olaraq  göstərməlidir  ki,dövlət 

idarəçiliyinin  həyata  keçirilməsi  nəticələri  onların  mənafeyinə  və  tələbatına 

uyğundur.  

Dövlət  idarəçiliyi  məqsədinin  müəyyənləşdirilməsi  prosesinin  təşkili  məqsədin 

düzgün 

müəyyənləşdirilməsi 



və 

reallaşdırılmasının 

mühüm 

ehtiyat 


mənbəyidir.Düzgün  təşkiletmə  məqsədin  dəqiq  müəyyənləşdirilməsini  təmin  edir 

və  işlənib  hazırlanmasını  asanlaşdırır.Məsələnin  həllinə  düzgün  yanaşma 

metodunun 

seçilməsi,bu 

sahədə 

“düşünən 



beyinlər”in 

düzgün 


istiqamətləndirilməsi,bütün  amillərin  kompleks  halda  nəzərə  alınması,nəticədə 

dövlər  idarəetməsi  məqsədinin  (məqsədlər  “ağacı”nın)  ən  əlverişli  variantının 

müəyyən 

edilməsini 

təmin 

edir.  


Məqsəd,vəzifə  və  onların  həyata  keçirilməsini  vasitələrinin  düzgün  nisbətdə 

olması,bir-birini  tamamlaması  məqsədlərin  reallığını,əsaslandırılmış  olmasını  və 

həyata  keçirilməsini  təmin  edən  mühüm  şərtlərdir.Məqsəd  özlüyündə  aydın,real 



Yüklə 421,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə