Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə61/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   57   58   59   60   61   62   63   64   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



124

 

mənbə əvəzlik 



ilkin 

məna 


dillər 

isimlər 


I şəxs 

öz, insan, bədən, 

qul (bəndə), 

xidmətçi 

yapon, kxmer, 

vyetnam, fransız, 

vari, nqiti 

 

II şəxs 



insan, bədən, ağa, 

yiyə, qalan 

insanlar, və 

başqaları və s. 

polyak, tay, 

birman, yapon 

 

III şəxs 



insan, qalan, şey, 

və başqaları 

zande, miştek 

 

 



 

 

ad+şəxsəvəzlikləri  I-III şəxslər 



mənim bədənim (I 

şəxs), cənabınız 

(II şəxs tək), siz 

hamınız, siz 

insanlar (II şəxs 

cəm) 


ispan,rumın,yapon, 

ingilis, nenes 

 

 

 



 

ad+işarə 

əvəzlikləri 

I-III şəxslər 

bu cənab, bu ağa 

(I şəxs), zati-aliləri 

(III şəxs)  

erməni, yapon 

 

 

 



 

işarə əvəzlikləri 

III şəxs 

bu, o 


indoneziya, sinqal, 

italyan  

 

 

 



 

köməkçi feil+şəxs 

əvəzlikləri 

I-III şəxs 

bu mənəm, hansı 

ki... (I şəxs) 

afrasiya, ayn 

 

 



 

 

digər şəxs 



əvəzlikləri 

I, II şəxs 

biz>mən 

siz>sən 


o, onlar>siz 

alman, türk, hindi, 

taqal 

 

 



 

 

digər dillərdən 



alınmalar 

I-III şəxs 

 

çamorro, 



ingilis, 

yatmul, tay, 

vyetnam 

 

Dilin inkişafı prosesində şəxs əvəzliklərinin həddindən artıq dayanıqlı olması diqqəti xüsusi 



cəlb edir. Belə ki, onlar istənilən dilin baza leksikasına daxildirlər və buna görə dillərin 

müqayisəsində və ya protodilin bərpasında aparıcı mövqeyə malikdirlər.  

Dillərin monogenezi nəzəriyyəsində də əvəzliklər xüsusi əhəmiyyət kəsb edir. Buna əsas 

səbəb yuxarıda bəhs etdiyimiz kimi, əvəzliklərin dilin qədim laylarından birini təşkil etməsi və dilin 

genetik, milli xüsusiyyətlərini özündə əks etdirməsidir. Məsələn, mütəxəssislərin fikrincə, qədim 

*mV kökündən yaranan əvəzlik I şəxsin göstəricisi kimi bütöv Avrasiya dillərində çox geniş 

yayıldığından tədqiqatçılar üçün dünyanın bir çox dillərinin bir-biri ilə qohumluğunu sübut edən 

əsas arqument kimi götürülür [10, 93]. 

Biz yazıdaana dilimizə aid I şəxs əvəzliyinin təkini eyni və müxtəlifsistemli dillərlə müqayisə 

etmək, onun arxetipinimüəyyənləşdirmək, ümumiyyətlə bu əvəzliyin yayılma arealını izləmək 

arzusunda olduğumuzdanilk növbədə Azərbaycan dilinin materiallarını qısa da olsa diqqət edək.  

Azərbaycan dilinin yazılı ədəbi mətnlərində və dialektlərində müxtəlif fono-morfoloji 

variantlarda özünü göstərən I şəxs əvəzliyi bütün türk dillərində ümumilik təşkil edir. Təbii ki, bu 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



125

məqamda bəzi spesifik xüsusiyyətlərin mövcudluğu  (bu da daha çox fonetik fərqlərlə özünü 

göstərir) istisnalıq təşkil edir. 

Professor Hadi Mirzəzadə qeyd edirdi ki, tarixi materialların dilindən aydın olur ki, 

Azərbaycan dilində birinci şəxsin təkini əvəz edən söz iki mənada mən/bən formalarında 

yayılmışdır,bən formasına Azərbaycan dilinin ancaq qədim və orta dövrlərində yazılmış ədəbi 

əsərlərin dilində rast gəlinir [2,104]. Sonra görkəmli dil tarixçisi ədəbi abidələrin dilinə əsaslanaraq 

göstərir ki, birinci şəxs əvəzliyinin təki ismin yönlük halında iki şəkildə 

mənə

mə , məyə, ma a, maã, ma , mağaformalarda [4, 177] işləndiyi nəzərə alsaq, onda Azərbaycan 

dilində də *m səsindən sonrakı saitin qeyri-müəyyən olduğu (incə və ya qalın, ə və ya a) qənaətinə 

gələrik və dilimizdəki əvəzliyin də nostratik*mV(e)modelinə uyğun olduğunu deyə bilərik. Onsuz 

da türkoloji ƏDƏBIYYATlarda I və II şəxs əvəzliklərinin mə+n, sə+nhissələrinəayrıldığı 

bildirilmiş və şəxs əvəzliklərinin I şəxsdə bi//be və ya mi//me, II şəxsdə si//se olduğu göstərilmişdir. 

O da qeyd olunmuşdur ki, sözlərin sonundakı n səsi yiyəlik halın qalığıdır [1, 5]. Bəzi 

tədqiqatçıların fikrincə isə, -n təklik əlamətidir və -r\-z ilə oppozisiyadadır (b\m+n- I şəxs tək; bi+zI 

şəxs cəm) [11, 202].  Deməli, *mV  tipində vokal səsin (i/e/ə/a) sabit olmaması bu modelin  

Azərbaycan dili üçün də uyğun olduğu fikrini bir daha təsdiq etmiş olur. 

I şəxsin təkindəki *m- və ya *b- səsinin hansının ilkin olması fikri nəinki Azərbaycan 

dilçiliyində, ümumiyyətlə türkoloji dilçilikdə uzun müddət mübahisə doğurmuşdur.Hələ vaxtilə 

M.Kaşğari qeyd etmişdir ki, ben əvəzliyi oğuz və qıpçaq dillərinə aiddir. ƏbuHəyyan isə bu 

formanı türk (Türkiyə türk. – T.Q.) forması hesab edir.M.Rəsənen söz əvvəlində 

b>məvəzlənməsinin təsadüfi olduğunu və bunun burun səsi -n-nin təsiri ilə baş verdiyini 

yazır.Altay dillərində, xüsusilə türk və monqol dillərində m>bəvəzlənməsinin də mövcudluğu 

samitlərdən (b və ya m) hansının ilkin olduğuna aydınlıq gətirməyə çətinlik törədir. 

B.Serebrennikovun qənaətinə görə, söz əvvəlindəki b  türk dillərində p səsinin cingiltiləşməsinin 

nəticəsidir, sonradan b>m əvəzlənməsi baş verir, lakin bu fonetik qanunlara uyğun deyil [13, 51].  

I şəxsin təkində b və m samitlərinin müvaziliyiqədim türk daş kitabələrində mövcuddur. Rus 

türkoloquV.Ponaryadovyazır ki, əski türk runik yazılarında I şəxs təki ilk samiti olan bän və män 

şəklində ortaya çıxır. Ara-sıra bunların ayrı-ayrı şivələrə aid olduğu göstərilir. Məsələn, Yenisey 

çayı bölgəsi abidələrində män sadəcə əski qırğız yazılarında, bänisə sadəcə Çik yazılarında 

işlənmişdir [3, 90]. Tədqiqatçı sonra qeyd edir ki, Göytürk xaqanlığına aid Orxonabidələri 

içərisində Kül Teqin və BilgəKağanyazılarında da ancaq män işlənir. Lakin eyni dövrə və eyni yerə 

aid üçüncü böyük abidə olan Tonyukuk abidəsində həm bän, həm də män şəkillərinə təsadüf edilir. 

[3, 91]. 

Mən əvəzliyinin vaxtilə Azərbaycan dilində işlənmiş və hal-hazırda işlənən fonovariantlarını 

(bən\mən\mə \man\men və s.) türk dil arealında izləyək: 

Qədim türk.(Orxon-Yenisey, qədim uyğur.): men, Qaraxanlı türk. (“Divanü-lüğətit-türk”, 

“Qutadqu bilik”) men, Türkiyə türk. ben, qaqauz. ben, türkmən. men, salar. mē(n), Xalac. mən, 

özbək.  men, uyğur. mən, Krım tatar. men, tatar. min, başqırd. min, qırğız. men, qazax. min, 

qaraçay-balkar. men, qaraqalpaq. men, qumuq. men, noqay. men, sarı uyğur. men, xakas. min, şor. 

men, oyrot. men, Tuva türk. men, tofalar. men, çuvaş. e-bə, yakut. min, dolqan. min [6, 341]. 

Göründüyü kimi, mən əvəzliyi çox cüzi dəyişikliklə türk dillərinin hamısında eyni cür işlənir. 

Lakin bu əvəzliyin praforması haqqındakı fikirlər müxtəlifdir. Məsələn, A. Şerbak bu praformanı 

əvvəlcə  *pän  (pä:n ), sonra isə yalnız pän, M. Rəsənenisə *mi(n), çuvaş dili üçün εbə-*bi 

formalarında bərpa etmişdir. M.Rəsənenin fikrincə, I şəxsdə m-~b-  əvəzlənməsi qədim hadisədir. 

G.Klouson ilk səsin p- olduğunu qəbul etsə də, benformasının daha qədim olduğunu düşünmüşdür; 

menisə erkən dövrlərdə yaranan assimilyasiya olunmuş variantdır. V.Kotviç bir neçə variant bərpa 

etmişdir:  mä(n), bi(n), mi(n).F.Aşnin isə praformanı belə sıralandırır: *bi(*män-

Serebrennikovməsələyə fonetik qanunauyğunluq baxımından yanaşmışdır. O, sondakı –n səsinin 

lap əvvəldən işlənməsinə şübhə ilə yanaşmış və özünün fonetik konsepsiyasına  (p-, p->b-, b->-m) 

əsaslanaraqpraformanı*pə, sonra *pən>bən kimi bərpa etmişdir.A.Kononovben\men əvəzliyinin iki 

morfemdən ibarət olduğunu qeyd edərək göstərirdi ki, kök morfem b

o

-  ümumaltaya (protoaltay 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə