Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə59/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   55   56   57   58   59   60   61   62   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



120

yanaşı, əski monqol (monqol-biçiq) əlyazmalarının dili də bacarıqlı müəllimlər tərəfindən 

məktəblilərə öyrədilməkdədir.Çəngəl türklərinin 3 dildə (tuvin, monqol və qazax dillərində) sərbəst 

danışması, onların Tuva Respublikası ilə ərazicə və mənşəcə yaxın olması sumon əhalisi ilə rus 

tuvinləri arasında yaxşı münasibət yaratdı. Nəticədə 1950-1960-cı illərdə çəngəllərin ana dili 

vəziyyəti nisbətən yaxşılaşdı. Bu səbəbdəndir ki, Tuva türklərinin digər qruplarına nisbətən çəngəl 

türkləri dil xüsusiyyətləri və adət-ənənələrini daha çox qoruyub saxlaya bilmişlər. Çəngəl 

türklərinin folkloru və etnoqrafiyası haqqında ilk araşdırmalar alman alimi Erike Taubeyə 

məxsusdur (3,598; 106-107). Q.Zolbayar öz həmvətənlərinin folklorunun müxtəlif janrlarını, 

Z.Kırqıs sırf musiqi folklorunu öyrənmişlər (4). Sam Dan, Matsnay-oolom, Y.L.Arançının 

araşdırmalarında çəngəl türklərinin tarixi, etnoqrafiyası, məişət-tərzi, bəzi dil xüsusiyyətləri 

haqqında müxtəlif məlumatlar əldə etmək olar. 

1983-cü ildən başlayaraq Tuva Humanitar Araşdırmalar İnstitutu tərəfindən Çəngəl və 

Kobdo tuvinlərinin dialekt xüsusiyyətlərinin öyrənilməsi məqsədilə başda D.A.Monquş olmaqla 

dilçi-alimlərdən ibarət ekspedisiyalar yaradıldı. D.A.Monquş ərazicə bir-birindən çox uzaqda 

yerləşən Çəngəl və Kobdo tuvinlərinin dialekt xüsusiyyətləri ilk dəfə olaraq dilçilik baxımından 

araşdırmış, çəngəl və Kobdo tuvinlərinin dialektlərindəki fərqli xüsusiyyətləri bütün təfərrüatı ilə 

tam aça bilməsə də, müəyyən təsəvvür yaratmağa nail olmuşdır.  

U.Seseqdarın yazdığına görə, çəngəl türklərindən 200 km. cənubda məskunlaşan Kobdo 

tuvinlərinin ana dili monqol dilinin təsirinə daha çox uğradığından (adstrat, substrat, superstrat) 

çəngəl türklərinin nitq xüsusiyyətlərindən fərqlənir və bu fərqli xüsusiyyətlər yalnız bu barədə 

aparılan tədqiqatların müqayisəsi zamanı üzə çıxarıla bilər. Çəngəllərin danışıq dili 

xüsusiyyətlərinin tədqiqatçısı Xiys Qansux da bu fikrin tərəfdarıdır (5, 362-367). 

1990-cı ilin əvvəllərindən başlayaraq Rusiya və Monqolustan dilçiləri tərəfindən Mon-

qolustanın azsaylı xalqlarının yazılı abidələrinin öyrənilməsi məqsədilə ekspedisiyalar təşkil edilir. 

Rusiya dilçiləri tərəfindən V.İ.Rassadin, P.S.Seren, Monqolustan hökuməti tərəfindən akad. L.Bold 

bu işə məsul olaraq təyin edilirlər. Bu ekspedisiyanın etnolinqvistik xarakter daşıyan nəticələri 

sonralar L.Boldun və P.S.Serenin elmi işlərində öz əksini tapmışdır. 

Çindəki tuvinlərin adət-ənənələri, mədəniyyəti haqqında tarixçi-etnoqraf M.V.Monquşun 

nəşr olunmuş elmi əsərləri tam təsəvvür yaradır. 

Telengitlər

 Altayın cənubunda yaşayan etnik qruplardan olub, məskunlaşma yerlərinə görə 

iki yerə: 1) Ulaqan və 2) Koş-Aqaç telengitlərinə bölünürlər. Ulaqan telengitləri daha çox Altayın 

Cənub-Şərq ərazisində, Teles gölü ətrafında və Çoluşman, Başkaus Ulanan çaylarının vadiləri 

boyunca yayılmışlar. Koş-Aqaç telengitləri Çui və Arqut çayları boyunca Koş-Aqaç rayonunda 

məskunlaşmışlar. Şimal etnosu olan telengitlər özlərini teles,Xatun çayına tökülən Çuy çayı vadisi 

ətrafında məskunlaşan cənub telengitlərinin ümayəndələri özlərini Чуй ичини  кишиси (çuy kiji) 

adlandırırlar. Bir subetnos olaraq, öz saylarıının 15 mindən artıq olduğu qənaətindədirlər. 2000-ci 

ildən azsaylı xalqlar siyahısına düşən bu subetnos sayının 2002-ci ilin ümumi siyahıyaalma 

nəticələrinə görə 2399 nəfər olduğu müəyyənləşdirilmişdir. 2004-cü ildə Telengitlər Federasiyası 

yaranmışdır. Altay dilinin telengit dialektində danışan bu etnonim nümayəndələrinin dindarları 

pravoslav dininə və şamanizmə etiqad edirlər. Dağlıq Altayda Arqut, Ursula, Koksı və Xatun 

hövzələrinin axarından tutmuş axırına qədər (Sumultı, Çarış) olan ərazilərdə, eləcə də İrtış çayının 

sağ qolunda (Narım, Buxtarme, Kurçumu, Ablayketu, Uba) məskunlaşan etnoslar özlərini altay-

telengitlər (altay ulus kiji) adlandırırdılar. Teles gölünün cənub sahilindən (Altın-göl) axan 

hövzələrdə (Çulışman və Başkaus) məskunlaşanlar Altın-göl telengitləri idi.XVIII əsrin axırı XIX 

əsrin əvvəllərində telengitlər iki möhrəşəm imperiyaya - həm Rusiya, həm də Çin imperiyaları 

arasında qalmışdılar. 1864-cü ildə Çuquçak müqaviləsinin imzalanması ilə telengitlərin statuslarının 

“qeyri-müəyyənliyi”nə son qoyuldu, telenqitlərin məskunlaşdıqları böyük ərazilər tərkibcə 

Rusiyaya birləşdirildi. Bu etnosun dialekti əsasında rus yazısı altay-kiji qrafikası ilə XIX əsrdə 

yaradıldı. Telengitlər yarımköçəri həyat tərzi keçirərək iribuynuzlu mal-qara, at saxlamaqla və 

ovçuluqla məşğul olmuş və indi də bu ənənəni davam etdirirlər. Keçədən hazırlanan aul tipli (xalq 

arasında buna alançik – “konusvari şalaş-çum” deyirlər) konusvarı yurtaların (bunlar – həm də 

kerege adlanır) giriş qapılarının bir sıra etiqadlara görə cənub tərəfdən qoyulması məqsədəuyğun 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



121

sayılır. Şamanizmdən qaynaqlanan bir sıra adət-ənənələrə indi də əməl edilir. Əsasən böyük ailələr 

yaşayan yurtalarda telengitlərin geyim-kecim, yeyəcək və içəcəkləri ilə bərabər məişət əşyaları da 

saxlanır. Qab-qacaqlarının əsasən ağac və dəridən hazırlanmasını tərcih edirlər. Bu barədə 1993-cü 

ildən altaylarla ilgili araşdırmalar aparan Almaniyanın Planka adına Leybtsix Elmi-Tədqiqat 

İnstitutunun əməkdaşı Aqneşka Xalembanın İngiltərədə 2006-cı ildə 6000 nüsxə ilə ingiliscə çap 

etdirdiyi kitabda müfəssəl məlumata rast gəlmək olar (6). Hazırda bu etnos sayının azalması 

təhlükəsi vardır. Rusiyanın “Моя планета” telekanalının telengitlər haqqındakı veriliş bu devizlə 

yayımlanmışdır: “Onların dilinin yaşadığı qədər xalqı da yaşayacaq”.  

Altayların xalqının etnik tərkibinin öyrənilməsi tarix, etnoqrafiya, onomastika elmlərinin 

aktual problemlərindəndir. Altay xalqlarıın etnik aspektləri ilk dəfə Q.Miller, İ.Georqi, İ.Fişer, 

Q.Spasski, A.Qoroxov, Bunde, P.Çixaçevin əsərlərində öz əksini tapmış, XX əsrin əvvəllərində isə 

bu problemə V.Verbitski, V.Radlov, Q.Potanin, N.Yadrintsev, A.Andriana, N.Aristov, A.Kalaçov, 

E.Yutsenski, S.Şvetsak, və s. kimi alimlər, tarixi etnoqrafiyasını N.Dırenkova, Y.Xudyakov, 

S.Tokarev, Y.Potapov, A.Yarxo, P.Tadiyev tədqiq etmiş, Q.Şamayev, N.Baskakov, S.Klyaştornı, 

D.Savinov, Y.Qumilyov, A.Umanski, V.Molodin, V.Moiseyev tədqiq etmişlər. Buna baxmayaraq 

bir sıra məsələlər həll olunmamış qalır. Məsələn, Oyrot dövrünün öyrənilməsi Altay qəbilələrinin 

daha əvvəlki dövrlərinin bərpa edilməsi üçün əlverişli zəmin yarada bilərdi (7,151).  

TelengitlərAltay kiji və teleutlarla birlikdə cənub-altay etnik qrupuna daxildirlər. 

N.A.Baskakov telengit dialektini türk dillərinin qırğız-qıpçaq qrupuna daxil edir (9,20).  

L.N.Qumilyov onların lap əvvəllər az,  soyon,mayma etnonimlərini də özündə ehtiva edən 

tolos qəbilə birliyində mövcud olduqlarını yazır, Altay türklərinin mənşəcə Qərb hunlarından 

törədiyini, lakin onun mənşə birliyinin “ana qurdun iştirakı ilə baş verdiyini” mistik şəkildə 

əlaqələndirir, eləcə də  Qərb hunlarının 468-ci ildə məhv edildiyini göstərir (10,145-150). 

Q.Kazımovun fikrincə isə, “Qərb” L.N.Qumilyovun düşündüyü qədər yaxın “Qərb” deyil, 

bütövlükdə Asiyanın qərb hissəsi – Ön Asiya əraziləridir və bu əfsanə (ana qurd totemi) Aşina 

tayfasının mənsub olduğu əhalinin çox uzaq keçmişdə Qərbdən ayrılmış olmasına işarədir (8, 

s.190). Qərb orientalistərindən olan V.Tomsen, Xirt və Şavann tolos və telelərin Çin annallarından 

törədikləri fikrində olduqları halda, rus alimləri V.V.Bartold, Melioranski, N.A.Aristov, 

Q.E.Qrumm-Qrjimaylo tolosların əcdadlarının teleslərdən deyil, teleut qəbilə adından törədikləri 

fikrinin tərəfdarıdırlar. 

Q.P.Samaev arxiv sənədlərinə və bir sıra tarixi mənbələrə istinad edərək cənub altaylarının 

(altay kiji, teleut və telengitlərin) XVII-XIX əsrlərdə vahid telengit etnosu altında mövcud 

olduğunu qeyd edir (11,256). Qədim Çin mənbələrində Altay kiji, teleut və müasir telengitlərin 

əcdadlarının  dolanqe  adı ilə Xanqay ərazilərində çox böyük bir ərazini tutduqları və VI əsrdə və 

tele qəbilə birliyinə daxil olduqları haqqında da məlumat verilir.  

Tolosların daha sonra getdikcə türküt sərkərdəsi Çebi xanın başçılığı altında olan  teleslərlə 

birləşdikləri, Qərbi Monqolustandan mancurların əlindən qaçan və oyrotların tabeliyində olan 

telengitlərə XVIII əsrdə qaynayıb qarışdıqları söylənilir (11, s.200).  

Çin tarixçiləri kurıkanların teleslərin tərkibinə daxil olduqlarını, dillərinin isə qırğız dilindən 

fərqləndiyini göstərirlər (12, 455;250). Qeyd edək ki, kurıkanların, ümumiyyətlə, yakutlardan, 

xakasların isə qırğızlardan törədikləri fikri də mövcuddur (13, 318). 

 K.V.Yadanova telengitlərin bir etnos kimi formalaşmasında tele, tuqyu/tukyu kimi qıpçaq 

və bir sıra monqol mənşəli tayfa və nəsillərin iştirakının olduğu qənaətindədir (14). 

Aparılan araşdırmalara əsasən deyə bilərik ki, telengit, telenqet, teleut etnonimi altı ulusdan 

(aymakdan) ən böyüyü və çox işlək olanıdır. Bu etnonim salnamələrdə XIII əsrdə qeydə alınmışdır. 

Tele tayfalarının + -nqut/-ut cəm şəkilçilərinin birləşməsindən əmələ gəldiyi ehtimal olunur. 

E.Əhmədova bu tipli etnonimləri -at, -it, -ut, -üt formantı ilə düzələn etnonimlər sırasında tədqiq 

edir (15, 127). D.Y.Yeremeyev etnonimiyada özünü göstərən -t ünsürünü monqol mənşəli cəmlik 

bildirən şəkilçi hesab edir və onun ilkin etnonimlərə (karait, arkenut, karlıkut, teleut, telengit, 

torqout) qoşulduğunu qeyd edir (16,138). F.A.Cəlilovun fikrincə, cəmlik bildirən -t elementi türk 

mənşəli olub, -at/-it morfemi əvvəllər kəmiyyət bildirmiş, sonralar isə asemantikləşmişdir (17, 200). 

Xalq etimologiyasına görə, Telegeyin qeyri-qanuni nikahdan (telem) doğulan oğlu Telenqet 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə